Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1497/2023 18.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi X15 iştirakı ilə Ərizəçilər X26 və Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər X26 və Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə X16, Ərizəçi Sadiq qızı, X33, X17, X22 və X7 mülkiyyətinə ünvan 3ində yerləşən 4,09 ha torpaq sahəsinə torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. 1998-ci ildə torpaq islahatı zamanı ərizəçilər və ailə üzvləri ünvan 3 sakinləri olmuşlar. Kənd təsərrüfatı təyinatlı 4,09 ha olan torpaq sahəsi 24 fevral 1999-cu ildə DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən JN-136 nömrəli KOD 90314038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Qeydiyyat zamanı texniki səhvə yol verilmişdir. Belə ki, X32 Limon Ağa qızı əvəzinə Ərizəçi Sadiq qızı, X26 əvəzinə X22, X23 əvəzinə X17 olaraq qeyd edilmişdir. Dövlət Aktında mülkiyyətçi olaraq X16 qeyd edilmişdir. Dövlət X5 ailə üzvlərinə verilib və Dövlət X1 ailə üzvləri qeyd edilib. X8 arvadı olaraq Ərizəçi əvəzinə Ərizəçi Sadiq qızı qeyd edilmişdir. Hansı ki, X8 ailə üzvlərinin arasında Ərizəçi Sadiq qızı, X22 və X17 olmamışdır. Hazırda torpaq sahəsinə çıxarış əldə etmək zərurəti yaranmışdır. Həmin hüquqi əhəmiyyətli olan fakt onlara həmin torpaq sahəsini onlara maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində adlarına qeydə aldırmaq üçün lazımdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X26 izahat verərək ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Ərizəçi və maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə digər Ərizəçi və maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadə verərək göstərdi ki, Ərizəçi qaynanası, X26 isə qaynıdır. X8 və ailə üvzlərinin adlarına dövlət tərəfindən torpaq sahəsi verilmiş, lakin həmin torpağın sənədlərində ərizəçilərin adları və ata adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək Ərizəçi və X26 ilə həmkəndlidirlər. X8 və ailə üvzlərinin adlarına dövlət tərəfindən torpaq sahəsi verilmiş, lakin həmin torpağın sənədlərində ərizəçilərin adları və ata adları səhv yazılmışdır. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-136 nömrəli KOD 90314038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X9 və ailə üzvləri Ərizəçi Sadıq qızı, X30, X18, X24, X10 mülkiyyətinə ünvan 3i ərazisindən 4,09 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-136 nömrəli KOD 90314038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan 01 iyun 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 454 nömrəli doğum haqqında arayışdan görünür ki, X25 18 noyabr 1980-ci ildə ünvan 3ində doğulmuş, atası X19, anası Ərizəçidır. İşin materiallarında olan 30 oktyabr 2015-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2010 nömrəli ölüm haqqında arayışdan görünür ki, X16 16 iyul 1999-cu il tarixdə Ürək çatışmamazlığı səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Cardam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli arayışdan görünür ki, ARDT və XK-si tərəfindən verilmiş JN-136 nömrəli KOD 90314038 saylı (DT və XK-si Ağdaş rayon şöbəsində qeydiyyat nömrəsi 5404) “Dövlət Aktı”nın adlı siyahısında ailə üzvlərinin soyadları, adları və ata adlarında texniki səhvə yol verilmişdir. Belə ki, X9 əvəzinə X19, Ərizəçi Sadıq qızının əvəzinə X34, X20 əvəzinə X30, X18 əvəzinə X25, X24 əvəzinə X28, X21 əvəzinə X21 olmalıdır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № 17611819 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X26 xx.xx.1982-ci il tarixdə ünvan 3ində doğulmaqla, ünvan 3i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilərin adlarına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş 07 aprel 1999-cu il tarixli JN-136 nömrəli KOD 90314038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi atasının adı səhvən “Sadıq” kimi, X3, ata adı və cinsi səhvən “X17” kimi, X4, ata adı və cinsi səhvən X6 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adları, atalarının adları, soyadları və ya cinsləri onların şəxsiyyətlərini təsdiq edən sənəddə göstərilən adları, atalarının adları, soyadları və ya cinsləri ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adları, atalarının adları, soyadları və ya cinsləri onların şəxsiyyətini təsdiq edən sənəddəki adları, atalarının adları, soyadları və ya cinsləri ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş 07 aprel 1999-cu il tarixli JN-136 nömrəli KOD 90314038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X2 və ailə üzvləri Ərizəçi, X31, X23, X26 və X14 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər X26 və Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş 07 aprel 1999-cu il tarixli JN-136 nömrəli KOD 90314038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X2 və ailə üzvləri Ərizəçi, X31, X23, X26 və X14 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1497/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1497/2023
18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver