Məhkəmə qərarları › İş №2(014)-1507/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1507/2020

23.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1507/2020 23.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək X12,X2 və X9 adlarına verilmiş JN - 257 saylı (kod 90321018) torpağa mülkiyyət hüququna dair dövlət aktının X6,Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizələrini onunla əsaslandırmışlar ki, torpaq islahatı zamanı Ağdaş rayon ərazisində 2,25 hektar torpaq sahəsi Ağdaş rayon X18 xx xxxxxx 1997-ci il tarixli, 14 saylı qərarına əsasən X12, X2 və X9 mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN - 257 saylı (kod 90321018) torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin aktda texniki səhvə yol verilmişdir, belə ki, Ərizəçi2 adı səhvən X3, Ərizəçi1 adı isə səhvən X7 qeyd edilmişdir. Halbuki, ailə üzvləri arasında qeyd edilən Tahir adda şəxs yoxdur. Həmçinin qeyd etmək istəyirlər ki, X6 vəfat etmişdir. Belə ki, X1 da adında texniki səhvə yol verilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktı maraqlı orqandan əvvəl başqa təşkilat tərəfindən tərtib edildiyindən onlar tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə buraxılmış yanlışlıqların düzəldilərək ada qeydə alınmasının mümkün olmadığı bildirilmiş və bu barədə aidiyyati məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəmə iclasında ərizələrini müdafiə edərək ərizəyə uyğun izahat verdilər və bildirdilər ki,bu faktın müəyyən edilməsi onlara vərəsəliklə bağlı lazımdır,odur ki, ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, torpaq islahatı zamanı Ağdaş rayon Qolqəti kəndində 2,25 hektar torpaq sahəsi Ağdaş rayon X18 xx xxxxxx 1997-ci il tarixli, 14 saylı qərarına əsasən X12,X4,X13 birgə mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN – 257 saylı (kod 90321018) torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.X6 xx xxxxxx 2019-cu ildə vəfat etmişdir. Ərizəçi1 Ağdaş rayonu,Qolqəti kəndində yaşayır.Ailə tərkibi:atası X15,anası X5 2019-cu ildə vəfat etmişdir,həyat yoldaşı Əbdürəhimova Elnarə Göyərçin qızı,övladları X19,X20 və X16r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edildi ki, ərizəçilərin və mərhum X1 adında torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhvə yol verilmişdir. Ərizənin təmin edilməsi ərizəçilərə vərəsəliklə əlaqədar lazımdır. Ərizəçilərin müvafiq faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmələri məhkəmə iclasında tədqiq edilmiş müvafiq sübutlarla isbata yetdiyindən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X12,X2 və X9 adlarına verilmiş JN - 257 saylı (kod 90321018) torpağa mülkiyyət hüququna dair dövlət aktının X6,Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar