Məhkəmə qərarları › İş №2(014)-1520/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1520/2020

26.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1520/2020 26.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı və vəkili F.Məmmədovun Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 16 saylı qərarı ilə JN-104A saylı şəhadətnamə üzrə atası X34 və nənəsi X19 ümumibirgə mülkiyyətində olmuş 0,3426 ha torpaq sahəsinin yarısına, həmçinin torpağa mülkiyyət hüququna dair JN-116 saylı 90304028 N-li Dövlət Aktı ilə X61ma və atası X27 mülkiyyətinə verilmiş 0,55 ha pay torpağının yarısına mirasın qəbul etdiyi üçün bu barədə Dövlət Notariat Kontoruna qanunla müəyyən olunmuş müddətdə müraciət etmədiyini, ancaq həmin mirası miras açıldığı gündən idarə etdiyini nəzərə alaraq mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, DƏDRX-nin xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********46 reyestr nömrəli çıxarışı ilə Ağdaş rayonu Əmirarx kəndində yerləşən 0,3426 ha torpaq sahəsi və Dövlət aktı ilə 055 ha torpaq sahəsinin bir hissəsi mərhum atası X27 mülkiyyəti olmuşdur. Atası beyinə qansızma diaqnozu ilə xx.xx.2015-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra torpaq sahəsini o və ailə üzvüləri idarə etmişdir. Miras əmlakını mütamadi idarə etməklə, o, qəbul etmişdir. Anası və o, digər bacısı, yəni onlar bu əmlakı hər biri atalarının əmlakı olaraq qəbul edərək bu işlərlə bağlı qanunla müəyyən olunmuş hüquqlarından istifadə etməklə əmlakı idarə etmişlər. Torpağın mülkiyyətə verilməsinə görə JN-104A (kod 90304028) saylı şəhadətnamə ilə Ağdaş rayonu X15 xx xxxxxx 1998-ci il tarixli 16 saylı qərarı ilə X28 və X34 0,3426 hektar həyətyanı torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-116 (kod 90304028) saylı Dövlət Aktına əsasən Ağdaş rayonu X15 xx xxxxxx 1998-ci il tarixli 16 saylı qərarı ilə X28 və X34 0,55 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Qeyd olunan miras əmlakının bir hissəsi yəni yarısı atasınındır. Atası öləndən sonra miras əmlakını reallıqda o qəbul etmişdir. Əmisi tərəfindən miras əmlakına ciddi maneələr yarandığından mirası idarə etməyə qoymadığından o, bu barədə məhkəməyə müraciət etmiş Ağdaş Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə əmisi X46 tərəfindən edilmiş qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması qət edilmişdir. Onlar bundan sonra Dövlət Notariat Kontoruna müraciət etmişlər. Ona verilmiş 1451 saylı 2019-cu il tarixli məktubla qanunun iki norması yazıldıqdan sonra mirasın qəbul edilməsi müddətinin ötürüldüyü bildirilmişdir. O, bu orqana müraciət edərək mirası idarə etdiyini, atası öldüyü gündən onu dəfn edərək yas mərasimini belə onun verdiyini Malay kəndində onun evində vəfat edərək, həmin kənd qəbiristanlığında dəfn etdiyini bildirmişdir. Qeyd olunan torpaq sahələrini də idarə etdiyini, atasının ölümündən dərhal sonra zəruri hərəkətlər etdiyini hətta müvafiq çıxarışı belə atasının adına aldığını və torpaq sahələrini idarə etdiyini bildirmişdir. Həmin orqan tərəfindən imtina edildiyindən, o, mirasın qəbul edilmə faktının müəyyən edilməsi ilə bağlı hazırda məhkəməyə müraciət etmişdir. Qeyd olunan hər iki əmlak ata mirası olduğunu, həmin mirasın bügündə onun idarə etdiyini bildirmişdir. Miras əmlakı bu gün də idarə edir. Miras əmlakını atasının vəfatından və onun dəfnindən 7 gün sonra onun vərəsəsi olaraq mirası faktiki idarə etməklə, qəbul etmişdir. Bu səbəbdən də məhkəmə müstəvisinə çıxaraq mirası qəbul etmə faktının məhkəmə qaydasında müəyyən edilməsi ilə bağlı hazırkı iddia ilə çıxış etmişdir. Ağdaş rayon Məhkəməsi ona məlumat vermədən məhkəmə prossesini keçirmiş, özünün xx.xx.2020-ci il tarixli İş N2 2(014)- 667/2020 saylı qərardadı ilə ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararaq bildirmişdir ki, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciə etsin, çünki, ərizə AR MPM-149,150-ci maddələrinə əməl edilməmiş, yəni Göyçay rayon Notariat Ofisinin xx xxxxxx 2019-cu il tarixli 1451 Ns-li məktubuna müvafiq olaraq mirasın qəbul edilməsi vaxtının uzadılması barədə ərizə ilə müraciət etməli olduğu halda, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə müracət etməyini hazırda fəaliyyət göstərdiyi üçün şəxs kimi Ağdaş rayon Notariat Ofisini göstərməli olduğu halda, Göyçay rayon Notariat Ofisinini göstərmişdir. Qeyd olunan hallarnan bağlı məhkəmə iddiasını və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Tərəfindən məhkəməyə qədər notariat orqanına müraciət edən zaman yuxanda qeyd etdiklərini Dövlət X24 cümlə-cümlə bildirmişdir. Mirası qəbul etdiyini, idarə etdiyini, bildirmişdir. Ancaq maraqlı cəhət odur ki, Dövlət Notariat Kontoru öz imtina məktubunu ona yazmış olduğu xx xxxxxx 2019-cu il tarixli məktubunda konkret olaraq mirasın qəbul edilmə müddətinin ötürülməsi və müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. O, bu formada imtina məktubu almışdır. Tərəfindən mirasın qəbul edilmə müddəti ötürülməyib. Ancaq Ağdaş rayon Məhkəməsi tərəfindən mirasın qəbul edilməsi ilə bağlı ərizəsi geri qaytarıldığından, təkrar məhkəməyə müraciət etməyinin əsasları qərardadda qeyd edildiyindən, o, mirasın qəbul edilmə müddətinin uzadılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edir. Bu səbəbdən də X55 və atası X27 ümumibirgə mülkiyyətində olan ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışla, həmçinin ********** qeydiyyat nömrəli, xx.xx.2019- cu il tarixli çıxarışla 0,3426 ha və 0,55 ha torpaq sahələrinin miras əmlakı olaraq qəbul etdiyini və həmin əmlaklarla bağlı, yəni atasına aid olan hissəni faktik olaraq miras açıldığı gündən həmin miras əmlakını idarə etdiyini nəzərə alaraq Dövlət Notariat ofisinə zamanında müraciət etmədiyi üçün mirasın qəbul edilməsi vaxtının uzadılması barədə qərar qəbul edilməsini istəyir. Bu səbəbdən də Qanunvericiliyin tələbinə görə əmlakı idarə etməyə başladıqda, bununla da mirasın qəbul edilməsini qəbul etmiş sayılır. Bu baxımdan da tələbinin təmin edilməsini, məhkəmə tərəfindən onun mirasın qəbul edilməsi vaxtının ( müddətinin) uzadılması barədə qərar qəbul edilməsini istəyir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, torpaq sahəsi ona atası və nənəsindən miras qalmışdır. Faktiki olaraq torpaq sahəsini o qəbul etmişdir. Miras torpaq sahəsi ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur. Lakin qarşı tərəf ona torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməyə mane olur, buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.Torpaq sahəsi Əmirarx kəndində yerləşir. Ümumi torpaq sahəsi 34 sotdur, yarısı atasına, yarısı isə nənəsinə məxsus olmuşdur. Hazırda cavabdeh məhkəmədə iş gedə-gedə orada ev tikir. 55 sot çöl torpağıdır. Çöl torpağı boşdur, oradan heç biri istifadə etmir, boş qaldığı üçün oradan məcburi köçkünlər mal otarmaq üçün istifadə edirlər. Atasının qeydiyyatı Əmirarx kəndinə olub, ancaq Malay kəndində onunla bir yerdə yaşayıblar. Cavabdeh yalan danışır, o,atasının dəfn mərasimi üçün 90 manat xərc çəkmişdir və ona heç bir pul verilməmişdir. Qəbri də özü düzəltdirmişdir. Ona yas mərasimindən sonra cəmi 1 torba qənd verilmişdir.Cavabdeh və onun tərəfindən dindirilmiş şahidlərin ifadələri tamamilə yalandır. Belə ki, iddiaçının atasının Əmirarx kəndində evi olub, mal-qarası olub, lakin o, həmin əmlakı qəbul edib idarə etməkdə maneələrlə üzləşib və bu səbəbdən miras əmlakı idarə edə bilməmişdir. Onun Yevlaxda da anası ilə atasının birgə əldə etdikləri, tikdirdikləri evi vardır və o, hal-hazırda həmin mirası da qəbul edib idarə edir. Mirasın qəbul edilməsi üçün maneələr olduğuna görə o, rəsmi şəkildə mirası qəbul edə bilməmişdir. Hesab edir ki, iddiası əsaslıdır,odur ki,iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Əliyev Aydın onun qardaşı olmuşdur. Aydın Yevlax şəhərindən olan bir xanımla evlənmişdir, odur ki, Yevlağa gedərək orada məskunlaşmışdır, Yevlağa gedəndə atasıgil mərhum qardaşı Aydına getməməsini söyləmişlər, lakin qardaşı Aydın Yevlağa getdi, oraya qeydiyyata düşdü, 8 il orada yaşadı, sonra qayıtdı, gəlib bacısıyla yaşadı, lakin Savad onunla birgə yaşamışdır. Aydın 1988-ci ildə Yevlaxdan qovulandan sonra yenidən gəlib kəndə qeydiyyata düşmüşdür. İddiaçı özü də yaxşı bilir ki, sənədlərdə texniki səhvlər düşüb. O, 3 ildir ki, çöl torpağında yonca əkmişdir, ancaq iddiaçı deyir ki, ora boşdur, məcburi köçkünlər həmin torpaqda mal otarırlar. Torpaq sahələrini o qəbul etmişdir, neçə illərdir ki, torpaq haqqını, su pulunu verir. O, sənəddə düşən texniki səhvlərlə bağlı heç bir orqana müraciət etməmişdir. Malaydaki evin tikilməsində də o da istirak etmişdir, qapı-pencərəsini o, vermişdi, ancaq evi qardaşı tikdirmişdir. Malaydaki ev qardaşının əmlakı olmuşdur, orada qardaşı yaşamışdır. 34 sotda o ev tikdirmişdir. O, vaxt mərhum qardaşı orada 34 sotda ev tikdirmək istəmiş, bir yerdə köməkləşib ev tikmişlər, lakin onun xanımı şəhər qızı idi, kənd həyatına uyğunlaşa bilmədiyi üçün qardaşı da ona qoşulub Yevlağa getmişdir. Kəndlərində torpaq islahatı 1990-da keçirilmişdir. Onun özünün adına həyətyanı torpaq yoxdur və olmamışdır. X2 yaşamış, orada vəfat etmişdir, lakin onu Əmirarx kəndinə gətirib öz kəndlərində dəfn etmişdir, yas mərasimini də özü vermişdir. Sənəddə texniki səhv düşərək Aydının adı səhv yazılmışdır. Malay kəndində mərasim üçün pul yığılıb, xərclərini o çəkmişdi, ancaq yığılan pulu oğluna, yanı iddiaçıya vermişdir. Aydının mal-qarasını və atını şəxsən görməsə də, onların mövcudluğunu güman edir. Ata ilə oğul bir yerdə yaşadığına görə yəqin edir ki,onun mal qarası da oğula qala bilər. İddiaçı necə torpaq sahəsini qəbul etmişdir ki, neçə illərdən bəri bir dəfə də olsun torpaq sahəsinin vergisini ödəməmiş, ondan vergi pulu, su pulu tələb edilməmişdir. Bütün bunları o, ödəmişdir. Hesab edir ki, iddia əsassızdır, odur ki,iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq cavabdeh Ağdaş rayonu Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş üzrə şahid X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı ilə ataları əmiuşaqlarıdır. O, Malay kəndinin imamıdır. Elçin ona zəng etmişdir ki, atası dünyasını dəyişmişdir. Elçin atası ilə bir yerdə yaşayırdılar. Aydın əmi onlara onu Əmirarx kəndində dəfn edilməsi barədə vəsiyyət etmişdir. Bunu oğluna da bildirmiş, belə olmuş yas mərasimi Malay kəndində verilmişdir. 3 gün o, həmin kənddə yasda olmuşdur. O, özü də Malay kəndində yaşayırdı. Elçin atası ilə bir yerdə Malay kəndində yaşayırdı. Torpağı Tapdıq adlı şəxsdən almışdılar, lakin sənədləşdirməmişdilər, orada ev tikdirmişdilər. Hələ də həmin torpaq sahəsi sənədsizdir. İş üzrə şahid X29 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Elçini çoxdan tanıyır, uzun müddətli gediş-gəlişi var, bu işin içində olan adamdır. Elçinin atasının Əmirarx kəndində torpaq sahəsi var idi, ancaq Malay kəndindəki torpaq sahəsi sənədsiz idi, belə ki, Aydın həmin torpaq sahəsini alanda onu satan şəxs sonra sənədləşdirərik demiş və sənədləşdirməmişdir. Malay kəndində olan torpağı Aydın kişi keçi və malı verərək almışdır. Aydın kişi öləndən sonra bildiyinə görə mal-qara Elçinə qalmışdır. O, 20 ildir ki, iddiaçının evinə gedib gəlir. Aydın Malay kəndində vəfat etmişdir, hətta orada onun qəbri də qazılmışdır, ancaq sonra necə oldusa onu Əmirarxa apardılar, orada dəfn etdilər. Bəli, Aydının atı da var idi. Aydın Malay kəndindəki torpaq sahəsini almağa 45 şirvan pul və mal-qara vermişdir. Hazırda həmin torpağı satan şəxs, onları oradan çıxarır. Elçin atı atası xəstə olanda satmışdır. Elçinin atası həmişə ona deyirdi ki, onun Əmirarx kəndində torpağı var, hətta kürsü də tökmüşdür. Elçin həmin torpaq sahəsinə gedib-gəlirdi. İş üzrə şahid X75 məhkəmə iclasında ifadə verərək bildirdi ki, cavabdeh əmisinin oğludur. O, məhkəmədən qabaq tərəfləri razılaşdırmaq məqsədi ilə evlərinə dəvət etmişdir. Elçin Qaradağlı kəndində torpaq almaq istədiyini bildirmişdir və demişdir ki, 5000 manata satırlar torpağı, o da Elxana demiş ki, kömək et Elçin həmin torpağı alıb yerləşsin. Onlar bu barədə razılşsalar da 2 saat sonra Elçin zəng etmiş və bildirmiş ki, anası razı deyil. Mərhum Aydın 1970-ci illərdə həyat yoldaşına görə Yevlağa köçmüşdür, bir neçə ildən sonra Aydını rayona geri qayıtmışdır. O, ailəsini də götürüb Rusiyaya getmiş, həmin vaxt da evini, bağını-bağçasını Aydına evdə yaşayaraq istifadə etməsi üçün vermişdir. Ancaq tapşırmışdır ki, xurma ağaclarına dəyməsinlər. Lakin Aydıngil xurmanı da satdıqları üçün tələb etmişdir ki, evdən çıxsınlar. Aydıngil 6-7 il orada yaşamışdılar. Elçinin atası öləndə onun telefonuna zəng vurmuşlar, lakin onun telefonuna zəng çatmamışdır. Aydın vəsiyyət etmişdir ki, o, Malay kəndində dəfn olunsun. Odur ki, Aydın həmin kənddə dəfn olundu, yas mərasimi Elxanın evində Əmirarxda verildi. Elçin yasın üçündən sonra onlara gəldi ki, cümə-axşamını Malay kəndində vermək istəyir, o, da etiraz etmişdir ki, Aydın Malayda dəfn olunub, yas mərasimləri də Əmirarxda verilib. Elçinin atası Aydın Əmirarx kəndində kərpicdən bir ev tikdirmişdi, yanında da qarğıdan bir daxma tikmişdilər, Aydın öləndə onu oraya aparmışdılar. İş üzrə şahid X30 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, cavabdehin həmkəndlisidir. O,Əmirarx kəndinin imamıdır. Aydının dəfnindən tutmuş bütün yas mərasimlərinə kimi axıra qədər iştirak etmişdir. O, Əmirarx kəndində Elçini, onun atasını görməmişdir, onlar Əmirarxda yaşamamışlar, ancaq o, iddiaçı və onun mərhum atasını qonaq kimi gəlib-gedən görmüşdür. İddiaçı və mərhum atası Malay kəndində yaşamışlar. Elçin qonaq kimi Əmirarx kəndinə gəlirdi, lakin kimə qonaq gəldiyini görməmişdir. İş üzrə şahid Qasımov Möhübbət Allahverdi oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, Elxan dayısı oğludur. Mərhum Aydın da dayısı oğlu olmuşdur. Aydın arvadı ilə bir yerdə Yevlağa getmişdir, bir neçə ildən sonra oradan qayıdıb gəlmişdir, onlar həmin vaxtdan sonra Malay kəndində yaşadılar. Onun Aydının kənddə torpaq sahəsinin olubolmaması barədə heç bir məlumatı yoxdur. O, Elçinin kənddə torpaq sahəsini əkibbəcərməsini görməmişdir. Elçinin Malay kəndində qoyun-quzusunun olmasını görməmişdir. O, Elçini yasdan sonra Əmirarx kəndində cəmi bir dəfə qonaq kimi görmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Göyçay Rayon Notariat ofisinin X26 xx xxxxxx 2019-cu il tarixli notariat əməliyyatı aparılmasından 1451 nömrəli imtina məktubundan görünür ki, mirasın qəbulu üçün müddət ötürüldüyündən müddətin uzadılması İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında arayışdan görünür ki, X56 xx xxxxx 2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X56 ilə X35 ilə xx xxxxxx 1975-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuş evləndikdən sonra qadın ərinin Əliyeva soyadını qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 1977-ci ildə anadan olmuş İddiaçı valideynləri X56 ilə X31r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Güvəkənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, X1 qeydiyytada olmasına baxmayaraq oğlu İddiaçı ilə Ağdaş rayonu Malay kəndində yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Güvəkənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, mərhum X27 bu kimi vərəsələri vardır. X8,oğlu İddiaçı və qızı Əliyeva Könül Aydın qızı. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı daşınmaz əmlqakın dövlət reyestrindən ********** saylı xx xxxx 2015-ci il tarixli,********** saylı xx xxxxxxx 2019-cu il tarixli çıxarışdan görünür ki,Ağdaş rayonu,Əmirarx kəndində yerləşən 0,3426 ha torpaq sahəsi X48 və X27 ümumi birgə mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı mərhum atası X20 miras qalmış yaşayış məntəqələrinin torpaqlarının və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə istifadə olunan torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh1 tərəfindən yaradılan maneələrə son qoyulması və həmin maneələrin aradan qaldırılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən fotoşəkildən görünür ki, X56 1946-cı ildə anadan olmuş və 2015-ci ildə vəfat etmişdir,X48 1923-cü ildə anadan olmuş və 2012ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Ağdaş rayon Güvəkənd kənd XDSİK-in Əmirarx kəndinə aid olan 1986-1987-1988-1990-cı illərin 06 nömrəli təsərrüfatbaşına kitabın 159 nömrəli təsərrüfatı X21 adına olmaqla təsərrüfatında X48 ailə başçısı kimi,X57 həyat yoldaşı üstündən xətt çəkilmiş,xx xxx 1987-ci ildə vəfat etmişdir,oğlulları X16,Cavabdeh1,gəlini X17, oğlu X56 adına 0,25 ha torpaq sahəsinin olması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Ağdaş rayon Güvəkənd kənd XDSİK-in Əmirarx kəndinə aid olan 1980-1981-1982-ci illərin 05 nömrəli təsərrüfatbaşına kitabın 159 nömrəli təsərrüfatı X32 adına olmaqla təsərrüfatında X57 ailə başçısı kimi,X48 həyat yoldaşı,oğlulları X10,Cavabdeh1,gəlini X17, nəvəsi X11 adına 0,25 ha torpaq sahəsinin olması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Ağdaş rayon Güvəkənd kənd XDSİK-in Əmirarx kəndinə aid olan 1983-1984-1985-ci illərin 05 nömrəli təsərrüfatbaşına kitabın 154 nömrəli təsərrüfatı X32 adına olmuş,lakin üstündən xətt çəkilərək X21 adına olmaqla təsərrüfatında X57 ailə başçısı kimi 1983-cü ildə Omsk şəhərinə getməyi göstərilmişdir,X48 həyat yoldaşı,oğlulları X10,Cavabdeh1,gəlini X17, nəvələri X12 1984-cü ildə vəfat etməsi göstərilmişdir, X13 adına 0,25 ha torpaq sahəsinin olması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Güvəkənd Bələdiyyəsinin xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki,Cavabdeh1 Alcan oğlunun qardaşı X56 2015-ci il in aprelin 18-də Malay kəndində dünyasını dəyişmişdir. Həqiqətən Cavabdeh1 Alcan oğlu qardaşı mərhum Əliyev Aydının nəşini Malay kəndindən gətirərək Əmirarx camaatının iştriakı ilə el adəti üzrə kənd qəbirstanlığında dəfn etmişdir. Cavabdeh1 öz qardaşına adəti üzrə həyətində 40 gün yas mərasimi vermiş və bütün çəkilən xərcləri öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Güvəkənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2017-ci il tarixli arayışından görünür ki, X48 xx xxxx 2012-ci ildə vəft etmişdir. Mərhumun ölən günə bu kimi vərəsələri qalmışdır. X3,X22,X14,X49,Cavabdeh1,qızları X23 və X36. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Güvəkənd Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Alcan oğlunun mərhum qardaşı X27 adında olan həyətyanı və pay torpaq sahələri texniki səhv ucbatından Cavabdeh1 Alcan oğlunun əvəzinə X27 adı düşmüşdür.Aparılan sorğular bunu sübuta yetirmişdir. Odur ki,kənd bələdiyyəsinin üzvləri və sədrinin ümumi qərarına görə hər iki torpaq sahələri Cavabdeh1 Alcan oğluna verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Güvəkənd İƏD üzrə nümayəndəliyinin xx xxx 2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Ağdaş rayonu Əmirarx kəndində yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Güvəkənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2017-ci il tarixli arayışından görünür ki, X48 xx xxxx 2012-ci ildə vəfat etmişdir,ölən günə kimi oğlu Cavabdeh1,gəlini X18, nəvələri X50,X37 və X38 ilə birgə yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən DİN-in yaşayış yeri üzrə qeydiyyat haqında 195/2020 saylı arayışından görünür ki, X56 xx xxxx 1946-cı ildə Ağdaş rayonu Əmirarx kəndində anadan olmuşdur,xx xxxxxx 1979-cu ildən xx xxxx 1988-ci ilə qədər Yevlax şəhəri,Əzizbəyov küçəsi ev 92-də qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları,arvad(ər), valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsədir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə icasında araşdırılmış sübutlar,tərəflərin izahatı və dindirilmiş şahid ifadələri nəticəsində məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının mərhum atası və nənəsinin,yəni həm də cavabdehin qardaşı ilə anasının ümumbirgə mülkiyyətində torpaq sahəsi mövcud olmuşdur. İddiaçı iddia irəli sürdüyü 0,3426 ha torpaq sahəsinə dair məhkəməyə mülkiyyət sənədi təqdim etsə də, 0,55 ha pay torpaq sahəsinin mərhum atasının tam mülkiyyətində və ya ümumbirgə mülkiyyətində olması barədə məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Göstərilən müddəalara əsasən iddiaçının miras qoyan Aydın Əliyevin vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan yenə qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idi. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. İşin hallarından görünür ki, iddiaçı notariat ofisinə mirası qəbul etmək barədə müddəti ötürməklə müraciət etmişdir. Beləliklə, mirasın açıldığının ona bəlli olmasına və buna dair hər hansı maneənin olmamasına baxmayaraq iddiaçı notariat kontoruna mirası qəbul etmək barədə ərizəni qanunla müəyyən edilmiş müddət ərzində verməmişdir. Notariat orqanına mirasın qəbulu barədə ərizələrin verilməməsinin üzürlü səbəbləri barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır.İşin hallarından həmçinin görünür ki, iddiaçı miras əmlakı faktiki olaraq da qəbul etməmişdir. Belə ki, iddiaçı mərhum atasından qalmış mal-qaranın tərəfindən qəbul edildiyini bildirsə də,iddiaçının vəkilinin bu barədə yönəldici xarakter daşıyan sualına cavabdeh Aydının mal-qarasını və atını şəxsən görməsə də, onların mövcudluğunu güman edir. Ata ilə oğul bir yerdə yaşadığına görə yəqin edir ki,onun mal qarası da oğula qala bilər kimi cavab verməsi məhkəmədə iddiaçının iddiasını əsaslandırdığı halları cavabdeh tərəfindən etirafı kimi qəbul etmir. Belə ki, cavabdeh bu halı birmənalı şəkildə təsdiq etməmiş,sadəcə olaraq güman etmişdir.İddiaçı tərəfdən məhkəmədə dindirilmiş şahid Mahir Musayev iddiaçının mərhum atasından iddiaçıya miras olaraq mal-qara qaldığını bildirsə də,mərhum Aydın Əliyevin sağlığında mülkiyyətində mal-qaranın olması hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmadığı üçün,məhkəmə tərəfindən mərhum Aydın Əliyevdən miras əmlak kimi malqaranın qalması müəyyən edilə bilməmişdir. İddiaçı atasının vəfatından sonra mübahisəli torpaq sahəsini cavabdehin maeələri ilə üzləşdiyi üçün qəbul etdiyini, lakin idarə edə bilmədiyini bildirmiş, lakin bu barədə məhkəməyə hər hansı mötəbər bir sübut təqdim etməmişdir. Lakin məhkəmə iclasında araşdırılmış sübutla əsasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi də hazırda cavabdeh tərəfindən istifadə edilir. Belə olan halda mnəhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar