Məhkəmə qərarları › İş №2(014)-1543/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1543/2025

07.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1543/2025 07.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Niyazi oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, üçüncü şəxs Maraqlı şəxs qarşı "miras əmlakın qəbul edilməsinin müəyyəm edilməsi" tələbinə dair məhkəmənin icraatına təkrar daxil olmuş iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Niyazi oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, üçüncü şəxs Maraqlı şəxs qarşı "miras əmlakın qəbul edilməsinin müəyyəm edilməsi" tələbinə dair təkrar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2009-cu il tarixdə Ağdaş şəhərində ölmüş mərhum anası X1 ölümündən sonra ondan ünvan 1 ünvanında miras qalmış 0.0283 ha həyətyanı torpaq sahəsinin onun, yəni İddiaçı Niyazi oğlu tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə dövlət rüsumu haqqında ********** nömrəli qəbz əlavə edilsə də, Elektron Məhkəmə İnformasiya Sistemində yoxlama zamanı müəyyən edilmişdir ki, eyni nömrəli qəbzlə iddiaçı 01 aprel 2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin 05 may 2025-ci il tarixli, e-2(014)-902/2025-009 nömrəli qərardadı ilə İddiaçı Niyazi oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, üçüncü şəxs Maraqlı şəxs qarşı "miras əmlakın qəbul edilməsinin müəyyəm edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması, İddiaçı Niyazi oğlu tərəfindən xx.xx.2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X5 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu, ona geri qaytarılması qərara alınmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, sözü gedən qərardad qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Ağdaş rayon İcra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru Mahir abbasov tərəfində həmin icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi həmin qəbz üzrə ödənilmiş dövlət rüsumu artıq icra olunmaqdadır. Hal bu ki, məhkəmədə təkrar verilmiş iddialar üzrə dövlət rüsumu yenidən ümumi qaydada alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən məhkəmədə təkrar verilmiş iddialar üzrə dövlət rüsumu yenidən ümumi qaydada alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hazırki iddia tələbi ilə bağlı iddiaçının dövlət rüsumunu ödəməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Niyazi oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, üçüncü şəxs Maraqlı şəxs qarşı "miras əmlakın qəbul edilməsinin müəyyəm edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının dövlət rüsumunu ödəməməsi nəzərə alınsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar