Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1546/2025 03.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X28 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X20, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh8 və Cavabdeh4 qarşı “miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 12 iyun 2005-ci il tarixdə ölümündən sonra miras qalmış, daşınmaz əmlakın reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi **********, 19 mart 2024-cü il qeydiyyat tarixi olan çıxarışla İddiaçı, X27 və X4 ümumi birgə mülkiyyətinə verilmiş olan Ağdaş rayonu, ünvan 1 ünvanda yerləşən 0,31 ha yaşayış məntəqələrinin torpaqları sahəsi və 46,2 kv.m yaşayış evindən miras qoyan mərhum X6 çatacaq paydan 4/5 hissədə iddiaçının payı, 1/5 hissədə isə Cavabdeh1 payı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X9 12 iyun 2005-ci ildə Ağdaş rayonu, Şəkili kəndində yerləşən yaşadığı evdə vəfat etmişdir. O, yəni İddiaçı, övladı X27 və anası X4 mülkiyyətində Ağdaş rayonu, Şəkili kəndi (Ömər Cəbrayılov küçəsi, 18 saylı ünvanda) 0,31 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində **********99- 10301 saylı daşınmaz əmlakın reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə 19 mart 2024-cü il tarixdə qeydə alınmışdır. Torpaq sahəsində 46,2 kv.m ölçüdə fərdi yaşayış evi tikilmişdir. Anasının ölümündən sonra dəfn mərasimini təşkil etməklə və miras qalmış torpaq sahəsində müəyyən işlər görməklə vərəsəlik açıldığı vaxtdan mirası faktiki qəbul etməyini şəksiz nümayiş etdirmişdir. Mərhum qardaşı X10 vəfatından sonra arvadı Cavabdeh1 da həmin ünvanda onlarla qalmışdır. Mərhum anası X9 ölən günə ondan və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ibarət qanun üzrə birinci növbəli vərəsələri qalmışdır. Mərhum anası X4 ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar Ağdaş rayon Notaiat ofisinə müraciət etmişdir, lakin Cavabdeh1 ilə aralarında mübahisə olduğuna görə miras əmlakda payların müəyyən edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Göründüyü kimi, qanun üzrə birinci növbəli vərəsə kimi mirasın açılmasından sonra miras torpaq sahəsindən və üzərində inşa edilmiş yaşayış evindən pay istəməyi ilə əlaqədar ötən müddət ərzində mövqeyini ortaya qoysa da, mübahisəni məhkəmədən kənar, yəni notariat kontorunda həll etmək mümkün olmadığından mübahisəyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün müraciət etmişdir. Mərhum anası X4 ölümündən sonra miras qalmış əmlakın kütləsi Ağdaş rayonu, ünvan 2 ünvanında yerləşən 0,31 hektar torpaq sahəsi təşkil edir. Mərhum anası X4 ölümündən sonra qanun üzrə vərəsələr 5 nəfər olduqlarına görə mərhum valideynlərindən miras qalmış əmlakda payın hər birlərinə 1/5 hissədə müəyyən edilməlidir. Belə ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onların hər birinə çatası 1/5 paydan onun xeyrinə imtina edirlər. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı miras əmlakın bölüşdürülməsi tələbi ilə müraciət etdiyini, lakin iddia tələbində 46,2 kv.m yaşayış evindən pay müəyyən edilməsini xahiş etsə də, hal-hazırda həmin evin mövcud olmadığını bildirərək, X4 12 iyun 2005-ci il tarixdə ölümündən sonra miras qalmış, daşınmaz əmlakın reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi **********, 19 mart 2024-cü il qeydiyyat tarixi olan çıxarışla İddiaçı, X27 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu, ünvan 3 ünvanda yerləşən 0,31 ha yaşayış məntəqələrinin torpaqları sahəsi miras qoyan mərhum X6 çatacaq paydan onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizəni mümkün hesab etmişdir. İddiaçı məhkəməyə yeni cavabdehlərin cəlb edilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı miras əmlakın bölüşdürülməsi tələbi ilə müraciət etdiyini, lakin vərəsələrin dairəsi məlum olmasına baxmayaraq iddia tələbi tərtib edilən zaman həmin şəxslər cavabdeh qismində göstərilməmişdir. Halbiki, mərhum X8 varisi Cavabdeh5, mərhum X1 varisləri Cavabdeh6, Cavabdeh7 Əhmədiy oğu və Cavabdeh9, X10 varisi Cavabdeh5, X2 varisi Cavabdeh8dır. Göstərdiklərimi nəzərə alaraq məhkəmədən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı miras əmlakın bölüşdürülməsi tələbi dair mülki iş üzrə Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 oğu, Cavabdeh9 və Cavabdeh8 cavabdeh qismində cəlb edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 2(014)-1546/2025-008 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh8 cavabdeh qismində cəlb edilmələrini qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, X4 ölümündən sonra onunla birlikdə 8 vərəsəsi vardır. Anası ölən zaman ondan miras qalmış əmlakda qardaşı Cavabdeh2 və digər qardaşı X17 yaşamışlar. Həmin vərəsələrindən mərhum qardaşı X10 vəfatından sonra arvadı Cavabdeh1 istisna olmaqla digər vərəsələr öz paylarını ona vermişlər. Buna görə də X3 miras qalmış Ağdaş rayonu, ünvan 3 ünvanda yerləşən 0,31 hektar torpaq sahəsində onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, 1986-cı ildə o, X17 ilə evlənərək ona məxsus evə gəlin köçərək köhnə evdə yaşamışlar. Həmin evdə üç uşaqları olmuşdur. Daha sonra həmin həyətdə yeni ev tikdirərək yaşamağa başlamışlar. Qeyis 2007-ci ilədək həmin köhnə evdə yaşamışdır. Daha sonra həmin il boşandıqdan sonra Mingəçevir şəhərinə köçmüşdür. İlham 12 sentyabr 2022-ci il tarixdə ölmüşdür. Buna görə də əri İlhamın anası olan X4 ölümündən sonra miras qalmış torpaq sahəsinə onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16 sentyabr 2025-ci il tarixdə keçrilən məhkəmə iclasında Cavabdeh4 izahatında bildirdi ki, mərhum anasından qalan miras əmlakın bacısı İddiaçı tərəfindən qəbul edilməsinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh8 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 hər biri ayrı-ayrılıqda məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizələr ünvanlayaraq, iddia tələbini qəbul etdiklərini, iddia tələbinə uyğun qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, X9, İddiaçı və X22 ümumi birgə mülkiyyətində Ağdaş rayonu, Şəkili kəndi (Yeni qaydalarla: AZ:0324, Ağdaş rayonu, ünvan 4 ünvanında yerləşən 0,31 ha yaşayış məntəqələrinin torpaqları sahəsi və 46,2 kv.m yaşayış evi vardır. Ağdaş rayon Qeydiyyat şöbəsinin 22 iyul 2023-cü il tarixli, 605 saylı arayışından görünür ki, X9 12 iyun 2005-ci il tarixdə Durğunluq pnevmaniyası diaqnozu ilə ölmüşdür. Ağdaş rayon Notariat ofisi tərəfindən İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış 24 iyun 2025-ci il tarixli, 445 saylı məktubun surətindən görünür ki, 12 iyun 2005-ci il tarixdə vəfat etmiş anaları X3 miras qalmış Ağdaş rayonu, Şəkili kəndi ünvanında yerləşən yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin miras qoyana məxsus hissəsindən onlara çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi zamanı vərəsələr arasında mübahisə olduğundan müvafiq iddia tələbi məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ağdaş rayon Qeydiyyat şöbəsinin 23 yanvar 2024-cü il tarixli, 05/09/S/204054-24 saylı arayışından görünür ki, X4 ailə üzvüləri, X5 (20 fevral 1946-cı il, vəfat edib), X14 (09 iyul 1948-ci il), Cavabdeh4 (xx xxx 1952-ci il), Cavabdeh3 (xx xxxxxxxx 1954-cü il), X17 (12 fevral 1957-ci il, vəfat edib), X7 (01 mart 1959-cu il, vəfat edib), Cavabdeh2 (xx xxxx 1965-ci il), İddiaçı (xx xxxxxxxx 1966-cı il). Ağdaş rayon icra hakimiyyəti başçısının Şəkili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli, 5-32-12/2-30/2024 saylı arayışdan görünür ki, X9 ölən günədək Ağdaş rayonu, Şəkili kəndində yaşamışdır. Ağdaş rayon icra hakimiyyəti başçısının Şəkili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli, 5-32-12/2-29/2024 saylı arayışdan görünür ki, X4 vərəsələri X5 (vəfat edib), X14, Cavabdeh4, Cavabdeh3, X17 (vəfat edib), X7 (vəfat edib), Cavabdeh2, İddiaçı. Ağdaş rayon Notariat ofisi tərəfindən 15 mart 2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 sentyabr 2022-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi Cavabdeh1dır. Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış və notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı iddia tələbini qəbul edir, iddia tələbinə uyğun qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh3 tərəfindən məhkəməyə ünvanlanmış və notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı iddia tələbini qəbul edir, iddia tələbinə uyğun qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh5 tərəfindən məhkəməyə ünvanlanmış və notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı iddia tələbini qəbul edir, iddia tələbinə uyğun qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh6 tərəfindən məhkəməyə ünvanlanmış və notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı iddia tələbini qəbul edir, iddia tələbinə uyğun qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh7 tərəfindən məhkəməyə ünvanlanmış və notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı iddia tələbini qəbul edir, iddia tələbinə uyğun qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh9 tərəfindən məhkəməyə ünvanlanmış və notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı iddia tələbini qəbul edir, iddia tələbinə uyğun qətnamə qəbul edilməsini xahiş edir. Ağdaş Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, e-2(014)-133/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X18 və Cavabdeh2 cavabdehlər X27, İddiaçı və Cavabdeh1 qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və s.” tələbinə dair iddiasının rədd edilməsi barədə yekun qərar qəbul etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(107)-796/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 və X18 tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 2(014)-133/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(107)- 796/2023 nömrəli qətnaməsinin 21-ci bəndində qeyd edilən mövqeyindən görünür ki, iddiaçı X19 digər iddiaçı X18 ilə 2009-cu ildə nikaha girənədək mübahisəli ünvanda yerləşən mərhum anası X6 məxsus evdə hazırkı iş üzrə Cavabdeh1 və sonuncunun ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin vaxtda mübahisəli həyətdə bir fərdi yaşayış evi mövcud olmuşdur. X19 digər iddiaçı X18 ilə 20 fevral 2009-cu ildə evləndikdən sonra mübahisəli evdən X11 yaşadığı Mingəçevir şəhərinə köçmüş və Mingəçevir şəhərində yaşamağa başlamışdır. X9 12 may 2005-ci ildə öldüyü zaman X12, o cümlədən onun mərhum qardaşı – hazırkı iş üzrə Cavabdeh1 əri X10 həmin vaxt həyətdə mövcud olan tək yaşayış evində yaşadığı, həmin evin yerləşdiyi torpaq sahəsinin hazırkı iş üzrə digər cavabdehlərlə birlikdə X4 ümumibirgə mülkiyyətində olduğu, Torpağın Mülkiyyətə verilməsinə dair JN-061A, (kod ********) saylı şəhadətnamədə göstərilənlərin hazırkı iş üzrə mübahisələndirilməməsi, miras açıldıqdan sonra miras qalmış evdə miras qoyan X4 vərəsələrindən X12 və X10 ailə üzvləri ilə birlikdə yaşaması, nəticədə mirası faktiki qəbul etdiyi məlum olur. Göründüyü kimi, gələcəkdə həmin daşınmaz əmlakla bağlı mübahisəli hal mövcud olmayacağı təqdirdə, iddiaçı X12 mübahisəli həyətdə olan 1975-ci ildə tikilmiş evə hüquqları mövcuddur. Lakin, həmin hüquqlar hələ rəsmi qeydiyyata alınmamışdır. Beləliklə, məhkəmə iclasında aşağıdakılar müəyyən olundu: * Miras qoyan X9 12 iyun 2005-ci il tarixdə Durğunluq pnevmaniyası diaqnozu ilə ölmüşdür. * İddiaçının anası X4 adına miras əmlak olaraq X9, İddiaçı və X22 ümumi birgə mülkiyyətində Ağdaş rayonu, Şəkili kəndi (Yeni qaydalarla: AZ:0324, Ağdaş rayonu, ünvan 4 ünvanında yerləşən 0,31 ha yaşayış məntəqələrinin torpaqları sahəsi və 46,2 kv.m yaşayış evi qeydə alınmışdır. * İddiaçının anası X4 ölümündən sonra iddiçının qardaşı X19 və digər qardaşı X17 ailə üzvləri ilə birlikdə yaşaması nəticədə mirası faktiki qəbul etmişlər. * Bundan başqa miras əmlakı ümumi birgə mülkiyyətdə olmaqla digər mülkiyyətçi İddiaçı özü olduğundan onun da tərəfindən miras faktiki qəbul edilmişdir. * Mirası faktiki olaraq qəbul etmiş X17 12 sentyabr 2022-ci il tarixdə ölmüşdür. X10 isə vərəsəsi Cavabdeh1dır. * Bundan sonra İddiaçı və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Ağdaş rayon Notariat ofisinə müraciət edərək onlara vəsiyyətnamə üzrə mirasın onların payına şəhadətnamə verilməsini xahiş etsələr də, digər vərəsələr arasında mübahisə olduğundan rədd cavabı verilmişdir. * Hazırda İddiaçı miras əmlakın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. * İddiaçı və Cavabdeh2, eyni zamanda mirası faktiki olaraq qəbul etmiş 12 sentyabr 2022-ci il tarixdə ölmüş X10 arvadı Cavabdeh1 vərəsələr olması (digər vərəsələrin istisna edilməsi prinsipinə uyğun olaraq) işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1269-cu maddəsinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırkı halda isə hüquq münasibətləri (vərəsəlik) X4 12 iyun 2005-ci il tarixdə Ağdaş rayonu, Şəkili kəndində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. İddiaçının anası X4 ölümündən sonra iddiçının qardaşı X19 və digər qardaşı X17 ailə üzvləri ilə birlikdə miras qoyulan əmlakda yaşamaları nəticədə mirası faktiki qəbul etmişlər. Bundan başqa miras əmlakı ümumi birgə mülkiyyətdə olmaqla digər mülkiyyətçi iddiaçı özü olduğundan onun da tərəfindən miras faktiki qəbul edilmişdir. Mirası faktiki olaraq qəbul etmiş X17 12 sentyabr 2022-ci il tarixdə öldükdən sonra onun anasından miras qalmış əmlak hazırkı iş üzrə Cavabdeh1 keçmişdir. Həmçinin məhkəmə iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh4 (Cavabdeh8 istisna olmaqla) məhkəməyə ünvanladıqları və notariat qaydada təsdiq edilmiş ərizələrində İddiaçı iddia tələbini qəbul etdiklərini və iddia tələbinə uyğun qətnamə qəbul edilməsini xahiş etsələrdə, məhkəmə hesab edir ki, həmin şəxslərdən yalnız Cavabdeh2 miras qoyan (anası) X4 ölümündən sonra miras qalmış əmlaka sahiblik etməklə mirası faktiki olaraq qəbul etmiş, lakin o, qanunla müəyyən edilmiş müddətdə mirasın ona çatan hissəsindən imtina etmədiyindən onun hazırkı halda mirasdan ona çatan hissəsindən İddiaçı xeyrinə imtina edə bilməz. Bundan başqa digər şəxslər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh4 və Cavabdeh8 miras əmlaka faktiki olaraq sahiblik etmədiklərindən onlar hazırkı halda miras əmlaka dair vərəsəlik hüququnu itirmişlər. Belə ki, hazırkı iş vərəsəlik münasibətləri həmin qərar qəbul edilməmişdən, yəni X4 12 iyun 2005-ci il tarixdə Ağdaş rayonu, Şəkili kəndində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Belə olan halda hazırkı iddia tələbi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarın təsiri altına düşmür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi daşınmaz əmlakın dövlət reyestrində 19 mart 2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış və Ağdaş rayonu, Şəkili kəndi ünvanında (Yeni qaydalarla: AZ0324, Ağdaş rayonu, ünvan 5ləşən 0,31 ha torpaq sahəsindən 12 iyun 2005-ci il tarixdə vəfat etmiş X6 çatası hissəsindən miras qalmış paydan İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə, Cavabdeh1 1/3 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi daşınmaz əmlakın dövlət reyestrində 19 mart 2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış və Ağdaş rayonu, Şəkili kəndi ünvanında (Yeni qaydalarla: AZ0324, Ağdaş rayonu, ünvan 5ləşən 0,31 ha torpaq sahəsindən 12 iyun 2005-ci il tarixdə vəfat etmiş X6 çatası hissəsindən miras qalmış paydan İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə, Cavabdeh1 1/3 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №2(014)-1546/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1546/2025
03.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver