Məhkəmə qərarları › İş №2(014)-1597/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1597/2022

27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1597/2022 27.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2, maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qızına qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2, maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qızına qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1991-ci ildə Ağdaş rayonu, Əmirmahmud kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs1, anası Maraqlı şəxs2dır. Atası Maraqlı şəxs1, anası Maraqlı şəxs2 və o, Ərizəçi adı səhvən (X5) adına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 22 sentyabr 1998-ci il tarixli 17 nömrəli qərarına əsasən 2.77 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0071 KOD 90318028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. Həmin JN-0071 KOD 90318028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında onun ad, soyad, ata adı Ərizəçi olduğu halda səhvən X5” kimi qeyd edilmişdir. Hazırda həmin həmin JN-0071 KOD 90318028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış yanlışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Buna görə də Ərizəçi (səhvən X5) və ailə üzvlərinin adına rəsmiləşdirilmiş JN-0071 KOD 90318028 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasında ərizədə göstərilənləri təsdiq edərək Ərizəçi anası olduğunu bildirdi. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 22 sentyabr 1998-ci il tarixli 17 nömrəli qərarına əsasən 2.77 hektar torpaq sahəsi onun və ailə üzvlərinin mükliyyətinə verilən zaman torpağın mülkiyyət hüququna dair dövlət aktında oğlu Ərizəçi səhvən X1 qeyd edilmişdir, ailəsində X5 adlı şəxs olmamışdır və yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin və Maraqlı şəxs1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və məhkəmə iclasında iştirak edən maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi atası Maraqlı şəxs1, anası Maraqlı şəxs2dır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs1 X6 ilə 11 dekabr 1990-cı ildə rəsmi nikaha girmişlər, X6 “Həşimova” soyadını qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti başçısının Şəmsabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 314 nömrəli, 09 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Ağdaş rayonu, Əmirmahmud kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs1 ailə tərkibi arvadı Maraqlı şəxs2, oğulları Ərizəçi və X10, gəlini X2, nəvələri X7 və X4 ibarətdir. İş materiallarında olan JN-0071 KOD 90318028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1998-ci il il tarixli 17 nömrəli qərarı ilə verilmiş 2.77 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi Maraqlı şəxs1, Maraqlı şəxs2 və X3 mülkiyyətinə verilmişdir. İşdə materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi ünvanlanmış 20 sentyabr 2022-ci il tarixli **********16 №-li məktubdan görünür ki, JN-71 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu, Əmirmahmud kəndi ərazisində yerləşən 2.77 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2 və X3 mülkiyyətinə verilməsinə dair JN-0071 KOD 90318028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar