Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-16/2024 01.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçinın Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, yəni Ərizəçi xx xxxxxx 1972-ci ildə Ağdaş şəhəri, Vaqif küçəsi 12-də doğulmuş, 17 iyul 1998-ci il tarixdə X9 ilə evlənmişlər, birgə nikahlarından 4 avqust 1995-ci il təvəllüdlü X12, 30 yanvar 2000-ci il təvəllüdlü X10 doğulmuş və uşaqlar onun yanında yaşayır. Uşaqlar Bakı Baş Səhiyyə Mərkəzi 9 nömrəli şəhər poliklinikası şöbəsində “Ağır kəmağıllıq dərəcəsində ağıl zəifliyi, nitq və davranış pozuntusu və əqli gerilik diaqnozu ilə ruhi qeydiyyatdadırlar. Onlar uşaq vaxtlarından xəstəlikləri ilə əlaqədar xəstəxanada qeydiyyatda olmuş və müalicə almışlar. Öyrənmək qabiliyyətinə malik olmadığından ən adi savaddan, yazıb-oxumaqdan məhrumdurlar. Uşaqlıqdan əlillikləri ilə əlaqədar eşitmirlər və hər hansı formada nitq qabiliyyətləri olmadığından danışmaqdan məhrumdurlar, əl işarələri ilə və qışqıraraq ünsiyyət qurmağa çalışırlar. Xəstəlikləri ilə əlaqədar həkim əmək-ekspert komissiyasından keçirilmişlər və onlara uşaqlıqdan yaranmış əlillik müəyyən edilmişdir. Faktiki olaraq xüsusilə özü baxır və onların üzərlərində faktiki qəyyumluğu bir ata kimi özü həyata keçirir. Hazırda uşaqlarının üzərində qəyyum təyin edilməsi ilə bağlı olaraq onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətlərinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi iddia tələbinin həcminin azadılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək uşaqları X12 və X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, işin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 17 iyul 1998-ci il tarixdə Vİ-ЖГ № 382670 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 17 iyul 1998 il tarixdə 22 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Rəhimov, arvada Rəhimova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli, 1706 nömrəli doğum haqqında arayışdan görünür ki, X12 4 avqust 1995-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, atası Ərizəçi, anası X5r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2016-cı il tarixli, AZ-İİİ № 723976 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 30 yanvar 2000-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, atası Ərizəçi, anası X5r. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16 2 saylı X19 filialı Ağdaş rayon Qəbul şöbəsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, № 3-17-1/2-R-78577/2023 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X3 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı X19 filialından İ (birinci) dərəcə əlil kimi hər ay 270.0 (iki yüz yetmiş) manat sosial müavinət və İ (birinci) dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 200.0 (iki yüz) manat təyin edilib. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16 2 saylı X19 filialı Ağdaş rayon Qəbul şöbəsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, № 3-17-1/2-R-78577/2023 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı X19 filialından İ (birinci) dərəcə əlil kimi hər ay 270.0 (iki yüz yetmiş) manat sosial müavinət və İ (birinci) dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 200.0 (iki yüz) manat təyin edilib. İşin materiallarında olan Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər poliklinikası tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli arayışdan görünür ki, 1995-ci il təvəllüdlü X12 poliklinikanın psixatriya kabinetində 2015-ci ildən İ qrup əlildir. İşin materiallarında olan Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər poliklinikası tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli arayışdan görünür ki, 2000-ci il təvəllüdlü X12 poliklinikanın psixatriya kabinetində 2015-ci ildən İ qrup əlildir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 29 yanvar 2024-cü il tarixli, 208 saylı rəyindən görünür ki, X6 Ağır dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə müəyyən edilir. X12 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 müəyyən edilən Ağır dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 29 yanvar 2024-cü il tarixli, 209 saylı rəyindən görünür ki, X10 oğlunda Ağır dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə müəyyən edilir. X12 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 müəyyən edilən Ağır dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 02 dekabr 2023-cü il tarixli, 1/6279 nömrəli məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X10 ayrı-ayrı tarixlərdə (“xx.xx.2018-xx.xx.2018”, “xx.xx.2019-xx.xx.2019”, “xx.xx.2023xx.xx.2023”, “xx.xx.2023-xx.xx.2023-cü illər) xəstəxanada F72.1, Z74.3 (Ağır dərəcəli kəmağıllıq, kəskin nəzərəçarpan imbessillik dərəcəsində kobud nitq və davranış pozuntuları ilə, kənar şəxslərin himayəsinə ehtiyacı var, İQ-20) diaqnozu ilə müalicə alıb. Digər şəxs xx.xx.1995-ci il təvəllüdlü X7 heç bir müraciəti qeydə alınmamışdır. Beləliklə, məhkəmədə iclasında müəyyən olundu ki, X11 və X10 “Ağır kəmağıllılıq dərəcəsində ağıl zəifliyi, nitq və davranış pozuntuları” ilə Bakı şəhər Binəqədi raonu 9 saylı şəhər poliklinikasının Psixatriya kabinetində qeydiyyatdadırlar. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 4 avqust 1995-ci il təvəllüdlü X12 və 30 yanvar 2000-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi uşaqları 4 avqust 1995-ci il təvəllüdlü X12 və 30 yanvar 2000-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-16/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-16/2024
01.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver