Məhkəmə qərarları › İş №2(014)-165/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-165/2025

23.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-165/2025 23.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı əsassız hespablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hespablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdaş şəhəri Heydər Əliyev prospekti 134 ünvanında yaşayır. Həmin ünvanda ona məxsus ev və həmin evə Azəriqaz İB tərəfindən sayğacı vasitəsilə məişət qazı ilə təmin edilir. Belə ki, X1 qarşı məhkəmədə iddia qaldıraraq 1019,61 manat borcun tutulmasını tələb etmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(014)-926/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 521,20 manat sayğac göstəricisinə görə borc və 15 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 536,60 manat pul tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qətt edilmişdir. Qeyd edir ki, məhkəmə qətnaməsində əsas kimi X2 tərəfindən onun istehlak etdiyi qaza görə ümumilikdə 1019,61 manat borcu yaranmış, həmin borcun 498,41 manat hissəsi hazırkı iddia verildikdən 3 il əvvəl (may 2020-ci il tarixədək) yarandığı qeyd edildiyindən həmin borca dair hissədə iddia rədd edilmişdir. Lakin hazırda cavabdeh ondan həmin pulu tələb edir. Bütün qeyd etdiklərini nəzərə alaraq, onun haqlı olduğunu düşünür və bu səbəbdən Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(014)-926/2023 saylı qətnaməsi ilə təmin edilməyən 498,41 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldırmışdır. Qeyd olunanları rəhbər tutaraq, məhkəmədən İddiaçı məxsus **********00680 nömrəli abanent kodundan 498,41 manat borcunun silinməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəməyə Cavabdeh nümayəndəsi X3 ərizə ünvanlayaraq bildirmişdir ki, bundan əvvəl Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 1019,61 manat həcmindəki borcun və dövlət rüsumunun tutularaq Birliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin e-2(014)-926/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 521,20 manat sayğac göstəricisinə görə borc və 15 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 536,60 manat pul tutularaq iddiaçı Cavabdehnə ödənilməsi və iddia tələbi 498,41 manat aid hissədə rədd edilməsi qərara alınmışdır. Göründüyü kimi e-2(014)-926/2023 saylı mülki iş üzrə Cavabdeh İB tələbkar olduğundan hazırda iddiaçının mübahisələndirdiyi borc məbləğinin onun hesabından silinməsi ilə bağlı icra sənədi verilməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə qətnaməsi üzrə icra sənədinin icraya yönəldildikdən sonra icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Ona görə də qanunvericliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq müvafiq məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə aidiyyatı İcra və probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında bildirişi və icraata başlamaq haqqında qərarı daxil olduqdan sonra qaz hesabında qeydə alınmış borcun silinməsi mümkündür. İddiaçı məhkəmə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi Vüsal Heydərov ərizə ünvanlayaraq, baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin e-2(014)-926/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 521,20 manat sayğac göstəricisinə görə borc və 15 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 536,60 manat pul tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qətt edilmişdir. Eyni zamanda qətnamənin əsaslandırıcı hissəsində cavabdeh İddiaçı iddia tələbində göstərilən 1019,61 manat əsas borcdan 2020-ci ilin aprel ayının sonunadək (iddia verildiyindən 3 il əvvələdək) yaranmış 498,41 manat borc çıxılması qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Cavabdeh İddiaçı qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə (e-2(014)-926/2023) müraciət edərək, İddiaçı 1019,61 manat borcun tutuması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-926/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 521,20 manat sayğac göstəricisinə görə borc və 15 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 536,60 manat pul tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qətt edilmiş, eyni zamanda qətnamənin əsaslandırıcı hissəsində cavabdeh İddiaçı iddia tələbində göstərilən 1019,61 manat əsas borcdan 2020-ci ilin aprel ayının sonunadək (iddia verildiyindən 3 il əvvələdək) yaranmış 498,41 manat borc çıxılması qeyd edilmişdir. Hazırda İddiaçı Ağdaş Rayon Məhkəməsinin e-2(014)-926/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməyən 498,41 manat borcun silinməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu maddənin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Eləcə də, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, hər iki tərəfin iştirakı ilə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə abonentin 498,41 manat borcu əsassız hesab edilmişdir. Lakin həmin iş üzrə İddiaçı olmadığından, ondan qalan hissədə borcun tutulması qət edilmişdir. Hazırda isə qalan əsassız borc abonentin hesabından qalsa da, Cavabdeh İB tərəfindən silinməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı **********00680 saylı abonent kodundan 498,41 (dörd yüz doxsan səkkiz manat qırx bir qəpik) manat borc silinməli, iş üzrə iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı **********00680 saylı abonent kodundan 498,41 (dörd yüz doxsan səkkiz manat qırx bir qəpik) manat borc silinsin. İş üzrə iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar