Məhkəmə qərarları › İş №2(014)-1654/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1654/2022

26.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1654/2022 26.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X10 iştirakları ilə Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı X3 xx.xx.1975-ci il tarixdə Ağdaş rayonunun Aşağı Ləki kəndində anadan olmuşdur. Bacısı “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Oliqofreniya, imbesillik səviyyəsi” diaqnozu (xx.xx.2022-ci il tarixli, PHŞ/622-32022-339 nömrəli arayış) ilə ruhi qeydiyyatdadır. Bacısı xəstə kimi dövlətdən təqaüd alır, lakin ruhi xəstə olduğu üçün hal-hazırda öz sənədlərinə imza edə bilmir. O, xəstə olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Faktiki olaraq bacısına o baxır və onun üzərində faktiki qəyyumluğu bir qardaş kimi özü həyata keçirir. Bacısı fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, o, bacısının qəyyumu təyin edilər və onun yerinə bütün sənədləri imza edə bilər. Göstərilənlərə əsasən xx.xx.1975-ci il tarixdə Ağdaş rayonu Aşağı Ləki kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X12 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Mərkəzi X6 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № PHŞ/6.22-3-2022-339 saylı arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X3 1992-ci il tarixdən Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Oliqofreniya, imbesillik səviyyəsi” diaqnozu ilə ruhi qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon Aşağı Ləki kənd soveti tərəfindən verilmiş 09 yanvar 1976-cı il tarixli, İV № 260727 saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.1975-ci il tarixdə Ağdaş rayonunun Ağağı Ləki kəndində anadan olmuş, atası X5, anası isə X2r. İşin materiallarında olan Ağdaş rayon Orta Ləki kənd sovetliyi tərəfindən verilmiş 12 oktyabr 1965-ci il tarixli, AZ № ******* saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ağdaş rayonunun Ağağı Ləki kəndində anadan olmuş, atası X5, anası isə X2r. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2022-ci il tarixli, 690 saylı rəyindən görünür ki, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X1 uşaqlıqdan xəstə olmaqla əvvəllər müavinət alması, sonralar ona İ qrup müddətsiz əlillik təyin edilməsi, 1992-ci Ağdaş MRX-nın poliklinikasında “Oliqofreniya, imbesillik səviyyəsində” diaqnozla qeydiyyata götürülməsi (Ağdaş rayon poliklinikasından verilmiş xx.xx.2022-ci il tarixli PHŞ/6.22-32022-339 saylı arayış), daim valideyinlərinin, sonralar isə qardaşı Ərizəçi himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq, yazmaq vərdişlərinin əldə edə bilməməsi, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, hazırki ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının (ekspertiza zamanı yoxlanılan şəxslə nitq kontaktı yaratmaq mümkün olmaması, onda davranış pozuntusu müşahidə edilməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, anadan olduğu ili, ilin fəsillərini söyləyə bilməməsi, əhvalının davamsız olması, bütün müayinə boyu narahat olması, yaddaşında kobud pozuntu, təfəkküründə konkretlik aşkar edilməsi, oxumaq, yazmaq vərdişlərinin olmaması, hesablama əməliyyatlarını apara bilməməsi, maraq dairəsinin daralaraq fizioloji tələblərlə motivləşməsi, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=38% və s.) aşkar edilməsi, tənqidi funksiyasının olmaması və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, X4 anadangəlmə xəstə olmuş, birinci dərəcəli əlildir, Ağdaş MRX-nin poliklinikasında “Oliqofreniya, imbesillik səviyyəsində” diaqnozu ilə qeydiyyata götürülmüş, daim valideyinlərinin, sonralar isə qardaşının himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı var. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-ci maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və 07 dekabr 1975-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilsin. 07 dekabr 1975-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar