Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1664/2022 13.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik X32 Ərazi İdarəsinə qarşı «sənədin məxsusuluğu faktının müəyyən edilməsi» tələbinə dаir işə 13 dekabr 2022-ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik X32 Ərazi İdarəsinə qarşı «sənədin məxsusuluğu faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 adına verilmiş JN-099A nömrəli, KOD 90307018 “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin və JN-116 nömrəli, KOD 90307018 “Torpağa mülkiyyət hüququna” dair dövlət aktının X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X12 onun xalasıdır. Onun qaynatası Əlibala Əliyevlə uzun müddət ər-arvad kimi yaşamışdır. Ancaq onlar aralarında nikah rəsmiləşdirilməsə də Əlibala Əliyevin arvadı olması səbəbindən Ağdaş rayon Qaradağlı kənd sovetliyində X13 adı ilə təsərrüfatbaşına kitablara daxil edilmişdir. Ancaq şəxsiyyət vəsiqəsində onun soyadı Əzizova olmuşdur. Əlibala Əliyev 10 mart 2006-cı ildə, Namiyyə Əzizova isə 11 mart 2011-ci ildə vəfat etmişdir. X27 1993-2005-ci il tarixlər aralığında X4 təsərrüfatında X13, X18, X14, X15, X31 olmuş və təsərrüfatda 0.12 ha torpaq sahəsi və 1961-ci ildə tikilmiş 84 kv.m yaşayış evi olmuşdur. Aparılan torpaq islahatları zamanı X11, X13, X18, X16, X15, X31 adına 2003-cü ildə JN-099A nömrəli 0.22 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə X11, X13 və X9 adına 22 yanvar 2000-ci il tarixli (JN-116 nömrəli, KOD ********) 0.64 ha kənd təsərrüfat təyinatlı “Torpağa mülkiyyət hüququna” dair dövlət aktı verilməklə hüquqları qeydə alınmışdır. Ağdaş rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(014)- 804/2022 saylı qətnaməsi ilə 11 mart 2011-ci ildə ölmüş X10 onun xalası olması faktı müəyyən edilmişdir. X1 adına çıxarış verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik X32 Ərazi İdarəsinə müraciət etmişdir. Ona həmin (JN-099A nömrəli, KOD ********) 0.22 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə və (JN-116 nömrəli, KOD ********) 0.64 ha kənd təsərrüfat təyinatlı “Torpağa mülkiyyət hüququna” dair dövlət aktında onun xalasının adı X2 göstərilmişdir. Həmin faktın təsdiq edilməsi isə məhkəmənin səlahiyyətindədir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik X32 Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı şəxs məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli **********34 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Qaradağlı kəndində yerləşən 0.22 ha həyətaynı və 0.64 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə əriz\ ilə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Təqdim edilən sənədlər idarənin arxiv materialları və elektrin baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-116 nömrəli, KOD 90307018 “Torpağa mülkiyyət hüququna” dair dövlət aktında və JN-099A nömrəli KOD 90307018 “Torpağa mülkiyyət verilməsinə dair şəhadətnamədə” göstərilən “X19” adı ilə ölüm haqqında şəhadətnamədəki “X12” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında olan AR Milli Arxiv İdarəsi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon dövlət arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 109 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qaradağlı kənd nümayəndəliyinin Qaradağlı kəndinə aid olan 2001-2002-2003-2004-2005-ci illərin 03 saylı təsərrüfatbaşına kitabının 230 saylı təsərrüfatı X4 adına olmaqla təsərrüfatında X11 (ailə başçısı), X13 (h.yoldaşı), X18 (oğlu), X16 (gəlini), X15 (nəvəsi), X31 (nəvəsi), X20 (bacısı)-nın adına 0.12 ha torpaq sahəsi 1961-ci ild tikilmiş ümumi sahəsi 84 kv.m olan yaşayış evinin olması göstərilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 26 iyul 2022-ci il tarixli 521 saylı Ağdaş rayon Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsinə ünvanlanmış məktubdan məlum olur ki, Ağdaş rayonu Qaradağlı kəndi ünvanında yaşamış xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum X10 vərəsəsi Ərizəçi Ağdaş rayon Notariat ofisinə ərizə ilə müraciət edərək N.Əzizovadan miras qalmış Ağdaş rayon Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirmək istədiyini, lakin əmlakın mülkiyyət hüququnun dövlət qeydiyyat ilə bağlı sənəd təqdim edə bilmədiyini bildirmiş, köməklik göstərilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində olan və Ərizəçi təqdim etdiyi sənədlərə əsasən N.Əzizovanın ölümünədək daşınmaz əmlakın dövlət reyestində hüquqlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq hər hansı səbəbdən qeydiyyata alınmamış torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış verilməsini xahiş edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(014)-1884/2021-ci il tarixli qətnamənin surətindən məlum olur ki, iddia tələbi qismən təmin edilmiş, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X11, X13, X18, X16, X15, X21 ümumi birgə mülkiyyətində olan JN- 099A nömrəli KOD 90307018 “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə qeyd olunan 0.22 ha torpaq sahəsi X4 1/6 hissədə payı müəyyən edilməsi, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X11, X13, X9 ümumi birgə mülkiyyətində olan JN-116 nömərli KOD 90307018 “Torpağa mülkiyyət hüququna” dair dövlət aktında qeyd olunan 0.64 ha torpaq sahəsi X4 1/3 hissəd payı müəyyən edilməsi, X3 miras qalmış əmlakın X17 və X18 tərəfindən qəbul edilməsi müəyyən edilməsi, X7 mirasa 1/2 hissəd payı müəyyən edilməklə onun adına vərəsəlik şəhadətnaməsini verilməsi qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-804/2022 saylı qətnamənin surətindən məlum olur ki, ərizə təmin edilmiş, 11 mart 2011-ci ildə ölmüş X10 Ərizəçi xalası olması faktı müəyyən edilməsi qət edilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, X11, X13, X18, X16, X15, X31 adına 2003-cü ildə (JN-099A nömrəli, KOD ********) 0.22 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə və X11, X13 və X9 adına 22 yanvar 2000-ci il tarixli (JN-116 nömrəli KOD ********) 0.64 ha kənd təsərrüfat təyinatlı “Torpağa mülkiyyət hüququna” dair dövlət aktı verilməklə mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin sənədlərdə texniki səhvə yol verilərək X12 əvəzinə səhvən X13 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X11, X13, X18, X16, X15, X21 adına verilmiş (JN-099A nömrəli, KOD********) 0.22 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin və X11, X13 və X9 adına verilmiş (JN-116 nömrəli KOD********) 0.64 ha kənd təsərrüfat təyinatlı “Torpağa mülkiyyət hüququna” dair dövlət aktının X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən: N.M.Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1664/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1664/2022
13.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver