Məhkəmə qərarları › İş №2(014)-1681/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1681/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1681/2022 06.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dаir işə 06 dekabr 2022-ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 saylı qərarına əsasən JN-288, KOD 90318048 saylı torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”nın 2ci adlı siyahısında X4 adına verilmiş 2.56 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə Ağdaş rayonu Tofiqi kəndində ona və ailə üzvlərinə JN-288, KOD 90318048 torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”ı əsasında 2.56 ha torpaq sahəsi verilmişdir. Həmin “Dövlət Aktı”nda əsasında AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istəyən zaman məlum olmuşdur ki, “Dövlət Aktı”nın 2-ci adlı siyahısında Ərizəçi adı səhvən X2 qeyd edilmişdir. Belə ki, doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və s. sənədlərdə onun Ərizəçi olduğu qeyd edilmişdir. Akta düzəliş edilməsi barədə AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, həmin “Dövlət Aktı”nda düzəliş edilməsindən imtina edilmişdir. Hesab edir ki, JN-288, KOD 90318048 torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”ında qeyd edilən yalnışlıqlara düzəliş edilməlidir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı şəxs məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ağdaş rayon Qarağan Saatlı kəndində anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli **********24 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Tofiqi kəndində yerləşən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-288 nömərli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Təqdim edilən sənədlər idarənin arxiv materialları və elektrin baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-288 nömrəli “torpağa mülkiyyət hüququna dair dpvlət aktı”nda göstərilən “X8” ilə şəxsiyyət vəsiqənizdəki “Ərizəçi” arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 20 saylı qərar ilə və torpağa mülkiyyət hüququna dair JN:288 saylı (kod ********) dövlət aktına əsasən X16, X8, X9, X13 və X12 Ağdaş rayon Tofiqi kəndində 2.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş 06 noyabr 1979-cu il tarixli Vİ-ЖГ 285098 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 xx.xx.1979-cu il tarixdə Ağdaş rayonu Tofiqi kəndində anadan olmuşdur. X5, anası Ərizəçidır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli Vİİİ-ЖГ 316669 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 xx.xx.1981-ci il tarixdə Ağdaş rayonu Tofiqi kəndində anadan olmuşdur. X5, anası Ərizəçidır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli X-ЖГ 462994 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X17 xx.xx.1982-ci il tarixdə Ağdaş rayonu Tofiqi kəndində anadan olmuşdur. X5, anası Ərizəçidır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli İİ- ЖГ saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X16 ilə X1 xx.xx.1979cu il tarixdə nikahları bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş RİHB-nın Cardam kənd İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ 335279 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 ilə X13 xx.xx.2007-ci il tarixdə nikahları bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş xx.xx.1957-ci il tarixli İ- ИE 285898 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X15 xx.xx.1956-ci il tarixdə Ağdaş rayonu Tofiqi kəndində anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon Tofiqi kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ 297607 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X17 ilə X3 xx.xx.2007-ci il tarixdə nikahları bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ucar rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cu il tarixli AZ-İ 026108 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 ilə X9 xx.xx.2003-ci il tarixdə nikahları bağlanmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR Ağdaş RİHB-nın Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 avqust 2022-ci il tarixli 303 saylı arayışdan məlum olur ki, Ərizəçi hal-hazırda Tofiqi kəndində yaşayır və qeydiyyatdadır. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-cı il tarixli 20 nömərli qərarı ilə Ağdaş rayon Tofiqi kəndində yerləşən 2.56 ha torpaq sahəsi X16, X8, X9, X13 və X10 mülkiyyətinə verilmişdir və bu barədə adına JN:288 saylı KOD 90318048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin aktda texniki səhvə yol verilərək Ərizəçi əvəzinə səhvən X8 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X16, X8, X9, X13 və X10 mülkiyyətinə verilmiş Ağdaş rayon Tofiqi kəndində yerləşən 2.56 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair JN:288 saylı KOD 90318048 saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar