Məhkəmə qərarları › İş №2(014)-1683/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1683/2022

01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1683/2022 01.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs1 iştirakları ilə Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi, Maraqlı şəxs3 və qeyrilərinə qarşı sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi, Maraqlı şəxs3 və qeyrilərinə qarşı sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs1 xx xxxxxx 1964-cü ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur. Maraqlı şəxs3 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Arvadı Maraqlı şəxs3 ilə rəsmi nikahlarından Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 doğulmuşdur. Onların, yəni o, X1, arvadı Maraqlı şəxs3, bacıları X4, Ərizəçi, övladları Maraqlı şəxs5, X4 və Maraqlı şəxs6 adına Ağdaş rayon Aqrar islahatı Komissiyasının 07 avqust 2002-ci il tarixli 06 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 12,49 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0096 KOD 90311028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. X1 07 dekabr 2003-cü ildə kəskin ürək çatmamazlığından ölmüşdür. Həmin JN-0096 KOD 90311028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında bacısı Ərizəçi soyadı səhvən “Cəfərov”, cinsiyyət isə kişi olaraq, yəni “X8” kimi qeyd edilmişdir. Həmin qeydiyyat JN-96 KOD 90311028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış yanlışlıqdır. Hazırda həmin JN-0096 KOD 90311028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış yanlışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçi Maraqlı şəxs1 məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə onun maraqlı şəxs kimi, maraqlı şəxs Ərizəçi isə ərizəçi kimi tanınmasını xahiş etmişdir. Maraqlı şəxs Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə onun ərizəçi kimi, ərizəçi Maraqlı şəxs1 isə maraqlı şəxs kimi tanınmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs3, X4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs3, X4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçin və Maraqlı şəxs1 izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçi və onun ailə üzvlərinin adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçinin adı, soyadı və ata adı səhv olaraq “Ərizəçi” əvəzinə “X8” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X17 da özündən əvvəl ifadə vermiş şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********19 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 0096 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət aktından görünür ki, X7, Maraqlı şəxs1, X4, X8, Maraqlı şəxs3, X10, X11 və X9 Ağdaş rayonunun Ərəbocağı kəndindən 12,49 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qoşaqovaq kənd soveti tərəfindən verilmiş 17 dekabr 1970-ci il tarixli, Xİİ-AZ seriyalı, № ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs1 xx.xx.1964-cü il tarixdə Ağdaş rayonunun Ərəbocaq kəndində anadan olmuş, atası X18, anası isə X2r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli, № 1558 saylı ölüm haqqında arayışdan görünür ki, X7 07 dekabr 2003-cü il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qəsil kənd soveti tərəfindən verilmiş 30 oktyabr 1972-ci il tarixli, İ-JQ seriyalı, № 390119 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1972-ci il tarixdə Ağdaş rayonunun Qulbəndə kəndində anadan olmuş, atası X19, anası isə X6r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli, № 1643 saylı doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunun Ərəbocaq kəndində anadan olmuş, atası X18, anası isə X2r. İşin materiallarında olan Ağdaş RİHB–nın Pirkəkə kənd nümayəndəliyi tərəfindən verilmiş 30 mart 1995-ci il tarixli, XVİİİ-JQ № 484986 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1995-ci il tarixdə Ağdaş rayonunun Ərəbocaq kəndində anadan olmuş, atası Maraqlı şəxs1, anası isə Maraqlı şəxs3dır. İşin materiallarında olan Ağdaş RİHB–nın Ərəbocaq KİƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2017-ci il tarixli, AZ-İİ seriyalı, № 222765 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X13 xx.xx.2017-ci il tarixdə 02 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qoşaqovaq kənd soveti tərəfindən verilmiş 24 mart 1975-ci il tarixli, İİİ-JQ seriralı, № 353706 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1975-ci il tarixdə Ağdaş rayonunun Ərəbocaq kəndində anadan olmuş, atası X18, anası isə X2r. İşin materiallarında olan Ağdaş RİHB–nın Ərəbocaq KİƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 2013-cü il tarixli, AZ-İ seriyalı, № 910113 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X4 xx.xx.2013-cü il tarixdə 06 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Pirkəkə kənd soveti tərəfindən verilmiş 12 iyun 1991-ci il tarixli, XVİ-JQ seriralı, № 277132 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1991-ci il tarixdə Ağdaş rayonunun Ərəbocaq kəndində anadan olmuş, atası Maraqlı şəxs1, anası isə Maraqlı şəxs3dır. İşin materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 yanvar 2013-cü il tarixli, AZ-İ seriyalı, № 811230 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X20 ilə X15 xx.xx.2013-cü il tarixdə 07 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Nəzirova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RİHB–nın Pirkəkə kənd nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 1992-ci il tarixli, XVİ-JQ seriralı, № 405407 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1992-ci il tarixdə Ağdaş rayonunun Ərəbocaq kəndində anadan olmuş, atası Maraqlı şəxs1, anası isə Maraqlı şəxs3dır. İşin materiallarında olan Ağdaş RİHB–nın Ərəbocaq KİƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2014-cü il tarixli, AZ-İ seriyalı, № 937600 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X11 xx.xx.2014-cü il tarixdə 01 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında Ərizəçi izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi adı, soyadı və ata adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 10 mart 2003-cü il tarixli torpağa mülkiyyət huququna dair JN- 0096 nömrəli (kod ********) Dövlət aktında texniki səhv olaraq “Ərizəçi” əvəzinə “X8” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2002ci il tarixli, 06 saylı qərarına əsasən torpağa mülkiyyət huququna dair JN-0096 nömrəli (kod ********) Dövlət aktının Maraqlı şəxs1, Maraqlı şəxs6 Möylam qızı, Musayeva (Cəfərova) Mahnigar Kamal qızı, Ərizəçi, Maraqlı şəxs3, Məmmədova (Cəfərova) Könül Habil qızı, Nəzirova (Cəfərova) Sevinc Habil qızı və Məmmədova (Cəfərova) Qəribə Habil qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi, Maraqlı şəxs3 və qeyrilərinə qarşı sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2002-ci il tarixli, 06 saylı qərarına əsasən torpağa mülkiyyət huququna dair JN-0096 nömrəli (kod ********) Dövlət aktının Maraqlı şəxs1, Məmmədova (Cəfərova) Qəribə Möylam qızı, Musayeva (Cəfərova) Mahnigar Kamal qızı, Ərizəçi, Maraqlı şəxs3, Məmmədova (Cəfərova) Könül Habil qızı, Nəzirova (Cəfərova) Sevinc Habil qızı və Məmmədova (Cəfərova) Qəribə Habil qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar