Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1692/2022 14.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhmiyyətli olan faktın müəyyən edilməsi» tələbinə dаir işə 10 oktyabr 2022-ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi maraqlı şəxs A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhmiyyətli olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarı ilə JN-136F, KOD 90312038 saylı torpağın mülkiyyətə verilməsin dair şəhadətnamənin 2-ci adlı siyasında xx.xx.1997-ci il tarixdə vəfat etmiş X11 adına verilmiş 0.33 ha torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin X10 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə ünvan 1ində xx.xx.1999-cu il tarixdə vəfat etmiş atası X5 və xx.xx.1997-ci il tarixdə vəfat etmiş X10 JN-136F, KOD 90312038 torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında 0.33 ha torpaq sahəsi və Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarı ilə ünvan 1ində xx.xx.1999-cu il tarixdə vəfat etmiş X10 JN-235 KOD 90312038 torpağın mülkiyyətə verilməsin dair şəhadətnamə əsasında 0.89 ha torpaq sahələri verilmişdir.JN-136 KOD 90312038 torpağa mülkiyyət verilməsinə dair şəhadətnam əsasında A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarış almağı istəyən zaman məlum olmuşdur ki, şəhadətnamənin2-ci adlı siyahısında X7 ata adı səhvən X6 qeyd edilmişdir. Belə ki, vərəsəlik şəhadətnaməsində və digər sənədlərdə X12 olduğu qeyd edilmişdir. Şəhadətnaməyə düzəliş edilməsi barədə yəni 2-ci adlı siyasında X1 X4 qeyd edilməsi barədə A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də həmin şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Hesab edir ki, JN 136F KOD 90312038 torpağa dair şəhadətnamədə qeyd edilən yalnışlıqlar düzəldilməlidir. Bu səbəbdən məhkəmə qaydasında müəyyən edilməsi zərurət yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı şəxs məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli **********71 saylı məktubdan məlum olur ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüququ şəxsinin 17 saylı Yevlax ərazi idarəsində baxılmışdır. Təqdim edilmiş sənədlər idarənin arxiv materiaları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-136F nömrəlli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “X17” ilə, ölüm haqqında şəhadətnamədə qeyd olunan “X12” arasında uyğunsuzluq vardır. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin və ya sənədin ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 saylı qərar ilə JN:235 saylı (kod 9031038) torpağın mülkiyyətə verilməsin dair şəhadətnaməyə əsasən X8, X10 Ağdaş rayonun Ərəb kəndi ərazisində 0.89 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1008 saylı ölüm haqqında arayışdan məlum olur ki, X9 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1008/1 saylı ölüm haqqında arayışdan məlum olur ki, X12 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən məllum olur ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X7 vərəsələri oğlu-ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi miras əmlakdan tam hissədə pay almalıdır.Şəhadətnamə verilən miras əmlak DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən xx.xx.1999 tarixdə verilmiş seriya nömrəsi JN-235, KOD 90312038 torpağın mülkiyyətə verilməsin dair şəhadətnamənə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.89 ha olan torpaq sahəsinin X10 məxsus olan hissəsindən ibarətdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli 1450/2022 saylı məktubdan məlum olur ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmsinə dair müraciət etmiş aşağıdakı şəxslər mərhum X3 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdirlər. Oğlu-Ərizəçi. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 saylı qərar ilə torpağa mülkiyyət hüququna dair JN:136F saylı (kod ********) torpağın mülkiyyətə verilməsin dair şəhadətnamənə əsasən X8, X13 Ağdaş rayonun Ərəb kəndi ərazisində 0.33 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1758 saylı nikah haqqında arayışın surətindən məlum olur ki, X9 ilə X12 arasında xx.xx.1959-cu ildə nikah qeyd edilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1757 saylı nikah haqqında arayışın surətindən məlum olur ki, Ərizəçi ilə X18 arasında xx.xx.1988-ci ildə nikah qeyd edilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə Ağdaş rayonu Ərəb kənd ərazisində yerləşən 0.33 ha torpaq sahəsi X8, X11 mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN 136F KOD 90312038 saylı torpağın mülkiyyətə verilməsin dair şəhadətnamə verilmişdir. Həmin torpağın mülkiyyətə verilməsin dair şəhadətnamədə texniki səhvə yol verilərək X12 əvəzinə səhvən X17 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8, X11 mülkiyyətinə verilmiş Ağdaş rayonu, Ərəb kəndi ərazisində yerləşən 0.33 ha torpaq sahəsinə dair JN 136F KOD 90312038 torpağın mülkiyyətə verilməsin dair şəhadətnamənin X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1692/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1692/2022
14.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver