Məhkəmə qərarları › İş №2(014)-1699/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1699/2022

04.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1699/2022 04.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Tofiqi kəndində ona və ailə üzvlərinə JN-0083, KOD 90318048 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 1.54 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Çıxarış alarkən məlum olmuşdur ki, aktın 1-ci adlı siyahısında X19 ata adı səhvən X18 və 2-ci adlı siyahısında X4 ata adı səhvən X2 qeyd edilmişdir. Belə ki, atası Qiyas xx.xx.2015-ci il tarixdə, anası Malikə isə xx.xx.2003-cü il tarixdə vəfat etmişlər. Bundan başqa nikah haqqında şəhadətnamədə, ölüm haqqında şəhadətnamədə və digər sənədlərdə atasının ata adı İbiş və anasının ata adı isə Məmmədsan qızı kimi qeyd edilmişdir. Akta düzəliş edilməsi barədə, yəni 1-ci adlı siyahısında X9 X29 və 2-ci adlı siyahısında X1 X3 qeyd edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də həmin aktda düzəliş edilməsindən imtina edilmişdir. Hesab edir ki, JN-0083, KOD 90318048 torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən yalnışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə JN-0083, KOD 90318048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1-ci adlı siyahısında X20 və 2-ci adlı siyahısında X5 adına verilmiş 1.54 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin X29 və X7 məxsus olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi səlahiyyətli nümayəndəsi X16 ünvanlanmış 19 may 2022-ci il tarixli **********51 №-li Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, JN-0083 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi atası X30, anası X8r. İş materiallarında olan JN-0083, KOD 90318048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə 1.54 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X20 və ailə üzvləri X12 və Ərizəçi Qiyas oğlu mülkiyyətinə verilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 aprel 2022-ci il tarixli, 768 nömrəli arayışın surətindən görünür ki, X4 ailə tərkibi əri X29 (vəfat edib), oğlanları Ərizəçi Qiyas oğlu, X21, X27, qızları X22 və X10 ibarətdir. İş materiallarında olan ölüm haqqında olan arayışlardan görünür ki, X29 xx.xx.2015ci il tarixdə, X13 xx.xx.2003-cü il tarixdə ölmüşlər. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X6 Malikə Məmmədsan qızı ilə nikahlarını xx.xx.1964-cü ildə Ağdaş rayon Şəmsabad kənd İcra nümayəndəliyində 21 nömrəli akt qeydi ilə qeydə aldırmışlar, X15 “Musayeva” soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu, Tofiqi kəndi ərazisində yerləşən 1.54 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin X28 və ailə üzvləri X12, X17 mülkiyyətinə verilməsinə dair JN– 0083, KOD 90318048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X11 və ailə üzvləri X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar