Məhkəmə qərarları › İş №2(014)-1704/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1704/2025

15.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1704/2025 15.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28 aprel 1998-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə 22 sentyabr 1994-cü il tarixində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 3 övladları olmuşdur. Övladlarından biri qızı X10 28 aprel 1998-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. Qızı doğulduğu gündən 20 gün sonra kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik spastik iflicin ən ağır formasıdır. Bu səbəbdən də qızı hərəkət edə, danışa bilməyərək birinci dərəcəli əlildir. Qızının zehni funksiyalarında da ciddi pozuntu olduğu üçün hal-hazırda özünə aid sənədlərinə imza edə bilmir. O xəstə olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Faktiki olaraq ona o baxır və onun üzərində faktiki qəyyumluğu özü həyata keçirir. Hesab edir ki, qızı X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, o Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının qərarına əsasən onun qəyyumu təyin edilər və onun yerinə bütün sənədləri imza edə bilmir. Lakin maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, ona məhkəməyə mürcaiət etməyi tövsiyyə edildi. Buna görə də məhkəməyə xx.xx.1998-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, övladının anadan olandan 20 gün sonra iflic olduğu məlum olmuşdur. 29 ildir ki, iflicdir və ona özü baxır. Xəstəliyi ilə əlaqədar dərmanları almaqda problemlər yaşayır. Hazırda ona qəyyum olmaq istəyir. Qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş edir. Maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, X10 birinci dərəcəli əlilliklə müddətsiz kvadroplegik spastik serebral iflic diaqnozu qoyulmuşdur. 16 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 36-saylı arayışdan görünür ki, X10 uşaqların sağlamlıq imknları məhdudluğunun müəyyən olunması müyarlarının 4.1-ci bəndinə uyğundur. xx.xx.2020-ci il tarixdə Protez- X14 tərəfinfən X10 üçün 1 ədəd əlil arabası X5 təhvil verilmişdir. 16 oktyabr 1998-ci il tarixdə Ağdaş Rayon Qolqəti kənd İcra hakimiyyəti tərəfindən verilmiş XX-460422 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28 aprel 1998-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. 22 sentyabr 1994-cü il tarixdə Ağdaş Rayon Qolqəti kənd İcra hakimiyyəti tərəfindən verilmiş Vİ-262953 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 arasındakı nikah 22 sentyabr 1994-cü il tarixdə 11 saylı akt ilə qeydə alınmışdır. X12 Şöbəsi tərəfindən verilmiş 01 dekabr 2025-ci il tarixli 886 saylı “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin rəyinə əsasən X6 “ağır dərəcəli əqli gerilik kvadroplegik serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F72.1) müəyyən edilir. X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28 aprel 1998-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar