Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-172/2025 05.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 avqust 2001-ci il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun Ərizəçi üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1967-ci il tarixdə Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində anadan olmuşdur. 20 avqust 2000-ci ildə X8 ilə ailə həyatı qurmuş, birgə nikahlarından üç uşaqları anadan olub onlardan biri yəni 14 avqust 2001-ci ildə X11 anadan olub. Oğlu çox ağır əqli gerilik, ağır kəmağıllılıq, ağır dərəcə əqli gerilik nitq və davranış pozuntusu ilə, əqli gerilik diaqnozu ilə ruhi qeydiyyatdadır. Onlar uşaq vaxtlarından xəstəliyi ilə əlaqədar xəstəxanada qeydiyyatda olmuş və müalicə almışdır. Öyrənmək qabiliyyətinə malik olmadığından ən adi savaddan, yazıb-oxumaqdan məhrumdur. Uşaqlıqdan əlilliyi ilə əlaqədar eşitmir və hər hansı formada nitq qabiliyyəti olmadığından danışmaqdan məhrumdur və əl işarələri ilə və qışqıraraq ünsiyyət qurmağa çalışır. Xəstəliyi ilə əlaqədar həkim əmək-ekspert komissiyasından keçirilmiş və ona uşaqlıqdan yaranmış əlillik müəyyən edilmişdir. Faktiki olaraq xüsusi ilə özü baxır və onun üzərində faktiki qəyyumluğu bir atası kimi özü həyata keçirir. Hazırda uşağının üzərində qəyyum təyin edilməsi ilə bağlı olaraq onun əsəb dispanserindəmə qaydaspında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir.Ona görə də hazırki ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, oğlu özünü idarə edə bilmir, eşidir, lakin danışmır. Doğulandan xəstədir, 1-ci qrup əlildir. Hazırda 24 yaşı vardır. Uşaqlıqdan pensiya alır. Anlama və danışıq qabiliyyəti yoxdur. Ona görə də ərizənin təmin edilməsini, qardaşının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş edir. Maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 14 avqust 2001-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 18 sentyabr 2001-ci il tarixli AZ-İ 091966 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 14 avqust 2001-ci il tarixdə Ağdaş rayonu, Zeynəddin kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X2r. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 0218003AAGE3 saylı tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X11 çox ağır əqli gerilik, ağır kəmağıllılıq, ağır dərəcə əqli gerilik nitq və davranış pozuntusu ilə, əqli gerilik diaqnozu ilə ruhi qeydiyyatdadır. İş materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2000-ci il tarixli 323495 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 arasında 20 oktyabr 2000-ci il tarixdə nikah qeyd edilmişdir. İş materiallarında olan Ağdaş rayonunun Aşağı Zeynəddin kənd soveti tərəfindən verilmiş 11 may 1967-ci il tarixli ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxx 1967-ci il tarixdə Ağdaş rayon Aşağı Zeynəddin kəndində anadan olmuşdur. X4, X3r. İş materiallarına əlavə olunmuş xəstəliklə bağlı sənədlərdən görünür ki, X9 əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarında olan X12 Şöbəsi tərəfindən verilmiş 07 may 2025-ci il tarixli 212 saylı “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin rəyinə əsasən X7 “X22 Gerilik (İmbesillik Dərəcəsində) davranış pozuntuları ilə” (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, oxumaq və yazmaq vərdişləri əldə etməməsi, xəstəliyinə görə ona İ qrup əllik təyin edilməsi) həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, nitqinin olmaması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. X11 X22 gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı orqanın nümayəndəsinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Buna görə də iddia tələbi qismən təmin edilməli, 14 avqust 2001-ci ildə anadan olmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, qalan hissədə MM-nin 28.8-ci maddəsinə görə fəaliyyət qabiliyyəti olmayan sayıla bilən şəxslər üzərində qəyyumluq müəyyənləşdirildiyindən həmin hissədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 14 avqust 2001-ci ildə anadan olmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-172/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-172/2025
05.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver