Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1738/2022 26.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə və Ağdaş rayon Notariat Ofisinə qarşı «hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi» tələbinə dаir işə 26 dekabr 2022-ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə və Ağdaş rayon Notariat Ofisinə qarşı «hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Nehrəxəlil kənd ərazisində 1.40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi2 Aslan qızı, Ərizəçi1 Hacəli oğlu, X4, X12 və X5 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-221, kod 90314018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi2, Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, X11 və X7 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli 15 saylı qərarı ilə Ağdaş rayonu, Nehrəxəlil kənd ərazisində Ərizəçi2, Ərizəçi1, Bəkirova (Həmidova) Gültəkin İlqar qızı, Bəkirova (Əliyeva) Şəhla İlqar qızı, X13 və X5 ümumi birgə mülkiyyətinə 1.40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına 22 aprel 1999-cu il tarixdə Dövlət aktı qeydiyyat kitabında 6775 nömrə ilə qeydiyyata alınmış JN-221, kod 90314018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Həmin dövlət aktında texniki səhvə yol verilərək mülkiyyətçilərdən Ərizəçi2 atasının adı “Aslan”, Ərizəçi1 atasının adı “Hacəli”, X1 və adı “Bəkirov Hacəli” kimi qeyd edilmişdir. Halbuki Ərizəçi2 atasının adı “Əslan”, Ərizəçi1 atasının adı “Həcəli”, X1 və adı “Bağırov Hacıəli” olmuşdur. Bunlar ərizəyə əlavə etdiyi doğum, şəxsiyyət vəsiqəsi və ölüm haqqında şəhadətnamələrlə tam təsdiq olunur. Mülkiyyətçi Bəkirova (Həmidova) Gültəkin İlqar qızı xx.xx.2006-cı ildə X14 ilə rəsmi nikah qeyd etdirərək evlənmişdir. X4 nikah bağlandıqdan sonra “Həmidova” soyadını qəbul etmişdir. Mülkiyyətçi Bəkirova (Əliyeva) Şəhla İlqar qızı xx.xx.2012-ci ildə X19 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Nikah bağlandıqdan sonra “Əliyeva” soyadını qəbul etmişdir. Mülkiyyətçilər X15 xx.xx.1999-cu ildə, X11 isə xx.xx.2016-cı ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində vəfat etmişdir. Həmin şəxslər Ərizəçi1 valideynləridir. O valideynlərinin ölümündən sona vərəsəliyin açılması ilə əlaqədar tələb olunan sənədləri maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə təqdim edən zaman 1.40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adlarına verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi2 atasının adı “Aslan”, Ərizəçi1 atasının adı “Hacəli”, X1 və adı “Bəkirov Hacəli” kimi yazıldığından vərəsəlik işi açdıra bilməmişdir. Düzəlişin edilməsi ilə əlaqədar AR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon şöbəsinə müraciət etdikdə məlum oldu ki, yuxarıda qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı başqa icra orqanı tərəfindən verildiyindən şəhadətnamədə düzəlişin aparılması İdarənin səlahiyyətlərinə aid deyil. Bütün bunlar məhkəməyə təqdim etdiyi sənədlərlə təsdiq olunur. Odur ki, Ağdaş rayon Nehrəxəlil kənd ərazisində 1.40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi2 Aslan qızı, Ərizəçi1 Hacəli oğlu, X4, X12 və X5 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-221, kod 90314018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi2, Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, X11 və X7 məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Həmin hüquqi əhəmiyyəti olan fakt valideynlərinin ölümündən sonra onlardan miras qalmış əmlaka vərəsəlik işinin açılması üçün lazımdır. Ərizəçi1 məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında Ərizəçi1 izahatına uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Ərizəçi3, Ərizəçi4 və maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə və Ağdaş rayon Notariat Ofisinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, ərizəçilər və maraqlı orqan məhkəmə iclаsınа gəlməmiş, gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnların iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdirlər. Məhkəmə ərizəçilərin və maraqlı orqanın məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1332 saylı doğum haqqında arayışdan məlum olur ki, X4 xx.xx.1987-ci il tarixdə Ağdaş rayonu Nehrəxlil kəndində anadan olmuşdur. Atası Ərizəçi1 Hacəli oğlu, anası Ərizəçi2 Aslan qızıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli 1195 saylı nikah haqqında arayışdan məlum olur ki, X14 ilə X4 xx.xx.2006-ci il tarixdə nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1331 saylı doğum haqqında arayışdan məlum olur ki, X12 xx.xx.1988-ci il tarixdə Ağdaş rayonu Nehrəxlil kəndində anadan olmuşdur. Atası Ərizəçi1 Hacəli oğlu, anası Ərizəçi2 Aslan qızıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş RİHB-nın Yuxarı Ləki İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ 810774 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X19 ilə X12 xx.xx.2012-ci il tarixdə nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli AZ-İ 843081 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X11 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Nehrəxəlil kənd İ/N tərəfindən verilmiş 18 may 2022-ci il tarixli AZ-İİ 253607 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X15 xx.xx.1999-cı il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli **********92 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Nehrəxəlil kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Təqdim edilən sənədlər idarənin arxiv materialları və elektrin baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-221 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən “Əslan” və “Bəkirov” ata adı və soyadı ilə ölüm haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsindəki “Aslan” və “Bağırov” ata adı və soyadı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Ləki qəsəbə şöbəsi tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli A3 547177 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi1 Həçəli oğlu xx.xx.1963ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbədə anadan olmuşdur. X2, anası X8r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon Qaradağlı kənd soveti tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli İİİ-ЖГ 449341 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi1 ilə X9 xx.xx.1985-ci il tarixdə nikahları bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon İHB-nın Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 182 saylı arayışdan məlum olur ki, Ərizəçi1 Hacəli oğlu torpağa mülkiyyət hüququna dair JN-221, KOD 90314018 saylı Dövlət aktında bəzi texniki səhvlərə yol verilmişdir. Ərizəçi2 Aslan qızı əvəzinə olmalıdır: Ərizəçi2 Aslan qızı, Ərizəçi1 Hacəli oğlu əvəzinə olmalıdır: Ərizəçi1 Hacəli oğlu, X4 əvəzinə olmalıdır: X4, X12 əvəzinə olmalıdır: X12, X13 əvəzinə olmalıdır: X11, X15 əvəzinə olmalıdır X15. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-cı il tarixli 15 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:221 saylı (kod ********) dövlət aktına əsasən Ərizəçi2 Aslan qızı, Ərizəçi1 Hacəli oğlu X4, X12, X13, X7 Ağdaş rayon Nehrəxəlil kəndində 1.40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon Qaradağlı kənd soveti tərəfindən verilmiş 19 oktyabr 1965-ci il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 27 yanvar 1965-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-541/13 saylı məktubdan məlum olur ki, nikah haqqında akt qeydində Bəkirov (Bağırov) Hacıəli Ağali oğlunun doğum yeri Zərdab rayonu Bıçaqcı kəndi və Bəkirova (əhmədova) Sona Mürsəl qızının doğum yeri Ucar rayonu Qaradağlı kəndi olaraq qeyd olunduğu üçün Ağdaş rayon Qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydləri aşkar olunmamışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon Ləki qəsəbə soveti tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli 23 syalı evlənmə aktının qeydinin surətinindən məlum olur ki, X17 ilə X18 xx.xx.1965-ci il tarixdə evlənmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-1741/2022 saylı qətnamənin surətindən məlum olur ki, ərizə təmin edilmiş, 24 dekabr 2016-cı ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində ölmüş X6 Ərizəçi1 doğma atası olması faktı müəyyən edilməsi qət edilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1999-ci il tarixli 15 saylı qərar ilə torpağa mülkiyyət hüququna dair JN:221 saylı (kod ********) dövlət aktına əsasən Ərizəçi2 Aslan qızı, Ərizəçi1 Hacəli oğlu X4, X12, X13, X7 Ağdaş rayon Nehrəxəlil kəndində 1.40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin aktda texniki səhvə yol verilərək Ərizəçi2, Ərizəçi1, X11 əvəzinə səhvən Ərizəçi2 Aslan qızı, Ərizəçi1 Hacəli oğlu, X13 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi2 Aslan qızı, Ərizəçi1 Hacəli oğlu X4, X12, X13, X5 mülkiyyətinə verilmiş Ağdaş rayon Nehrəxəlil kəndində yerləşən 1.40 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair JN:221 saylı KOD 90314018 saylı dövlət aktının Ərizəçi2, Ərizəçi1, X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1738/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1738/2022
26.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver