Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1765/2025 28.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair işə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız və qanunsuz hesablanaraq onun abonent koduna vurulmuş 690 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağdaş rayonu, Qaradağlı kəndində yaşayır, yaşadığı ünvanda elektrik enerjisindən istifadə edir. Həyətdən çöldə, yəni küçədə quraşdırılmış sayğaca əsasən istifadə etdiyi elektrik enerjisinə uyğun ödənişləri vaxtı-vaxtında edir. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə reyd zamanı sayğaclara baxış keçirilmişdir. O cümlədən onun yaşadığı ünvan üçün quraşdırılmış elektrik enerjisindən istifadəyə görə sayğaca da baxış keçirildi. xx.xx.2025-ci il tarixdə 394256 nömrəli akt tərtib edilmişdir. Bundan sonra ona 690 manat borc hesablanaraq dərhal yaşadığı ünvana elektrik enerjisinin verilməsi dayandırılmışdır. Cavabdeh orqan "xxxx" ASC-nin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək yuxarıda qeyd etdiyim qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmıs mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ünvanlayaraq, iddiaçı Ağdaş rayonu, Qaradağlı kəndində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 394256 saylı akta əsasən hesablanmış 690 manat borcun silinməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Ağdaş rayonu, Qaradağlı kəndində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 394256 saylı akta əsasən hesablanmış 690 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət edərək iddianın təmin olunması barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin "Proqram bazasında" **********00120 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Ağdaş rayonu, Qaradağlı kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2023cü il tarixdən bu günə kimi yaşayış evinə quraşdırılmış Luna-Lun 10 tipli, zavod nömrəsi №52454993M2279066 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2025-ci il tarixdə Ağdaş EŞ-in enerji Satış şöbəsinin əməkdaşları E.Müzəffərov, M.Sultanov və S.Kazımov tərəfindən “EEİQ"nın tələblərinə uyğun olaraq İddiaçı Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı abonent tərəfindən fərdi yaşayış evində quraşdırılmış elektron tipli sayğacın giriş faza yuvasına müdaxilə olunaraq əlavə naqildən istifadə etməklə birbaşa "kənar xətfdən istifadə etdiyi aşkar edilmişdir. “Kənar xətt”dən keçən yük ölçüldükdə yükün 14,48 amper olması müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar İddiaçı barəsində “EElQ’ nın tələblərinə uyğun olaraq Akt R №394256 saylı akt tərtib edilmişdir. Aktın tələb hissəsində kənar xətt ləğv edilsin, sayğac yoxlanılsın qeydiyyatı aparılmışdır. İddiaçı ona məxsus elektrik hesablama sayğacına baxış keçirilməsində və pozuntu faktı ilə əlaqədar Akt tərtib edilməsində iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Bu barədə aktin müvafiq hissəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə müvafiq qeydiyyat aparılmışdır. Akta əsasən “Mərkəzi Aran" RETSİ də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya" tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 671,10 manat təşkil edən 4838 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır. P= 3.2 kvt, W = 3.2 kvt x 24 saat x 0.7 x 90gün = 4838 kvt, 600 kvt x 0.084 = 50.40 man, 300 kvt x 0.10 = 30 man, 3938 kvt x 0.15 = 590.70 man, cəmi = 671.10 manat. Bildirir ki, İddiaçı barəsində Akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Akt ve akt əsasında hesabat “Qaydalar”-ın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Azərbaycan Respublikasının “Elektroenergetika haqqında" Qanunun 19.16-cı maddəsinin tələblərinə uyğun olaraq toplanmış materiallar AR-nın İXM-nin 282-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması məsələsinə baxılıb tədbir görülməsi üçün X1 Agentliyinin Mingəçevir filialına göndərilmişdir. X1 Agentliyinin Mingəçevir filialının işçiləri tərəfindən göstərilən ünvanda araşdırma aparılarkən müəyyən olunmuşdur ki, İddiaçı məxsus Ağdaş rayonunun, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə zamanı “EElQ”nın tələbləri pozularaq yaşadığı evdə onun tərəfindən qeyri qanuni kənar xətt çəkilərək elektrik enerjisindən istifadə edilməsi faktı bir daha sübuta yetirilmişdir. X1 Agentliyinin Mingəçevir filialının rəisi X4 xx.xx.2025-ci il tarixli MN №1277330 saylı qərarına əsasən İddiaçı yaşayış evində elektrik enerjisindən qanunsuz istifadə etdiyinə görə onun barəsində AR-nın İXM- nin 282.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyinə görə qərar qəbul olunmuşdur. Bununlada İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozaraq elektrik enerjisindən kənar xəttdən istifadə etməsi tam sübuta yetirilmişdir. Göstərilənlərə asasan hesab ediram ki, İddiaçı iddia təlabi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, sayğac qapıdan çöldə yerləşir. Kimsə sayğaca müdaxilə etmişdir. Akt tərtib olunan vaxt oğlu orada olmuşdur. Kimin müdaxilə etdiyini bilmir. Su sayğacı həyətdədir, qaz və işıq sayğacları çöldədir. Barəsində tərtib olunmuş qərar ona vaxtında göndərilmiş, lakin savadı olmadığından inzibati qərardan şikayət verə bilməmişdir. Borcun silinməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Azərişığın əməkdaşları tərəfindən vətəndaşın evinə baxış keçirilən zaman onun naqildən istifadə edərək əlavə xətt çəkməsi aşkar edilmişdir. Vətəndaşın barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, İddiaçı inzibati xətanı törətdiyinə görə 100 manat cərimə olunmuşdur. İşə əlavə olunan video görüntülərdən də aşkar olunur ki, vətəndaş həqiqətən kənar xəttdən istifadə etmişdir. İddia tələbinin rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və etirazlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 21 iyul 2025-ci il tarixli R 394256 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********00120) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğaca baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə məxsus elektron tipli sayğac abonent tərəfindən giriş faza yuvasına müdaxilə olunaraq əlavə naqildən istifadə etməklə birbaşa kənar xəttdən istifadə edirdi. Tərəflərindən ampermaşa ilə ölçü aparıldı. İş materiallarında olan 20 avqust 2025-ci il tarixli MN-1277330 İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İddiaçı 100 manat cərimə olunmuşdur. İş materiallarında olan 22 iyul 2025-ci il tarixli 394256 saylı icra vərəqinin surətindən görünür ki, İddiaçı məxsus abunə kodu – **********00120 olan sayğacın giriş və çıxış xəttində qüsur yarandığından sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan abunə kodu **********00120 olan 06 iyul 2025-ci il tarixli abonent saldosundan görünür ki, 21 iyul 2025-ci il tarixli R 394256 saylı akta əsasən İddiaçı 671.10 manat borc hesablanmışdır. İş materiallarında olan iş materiallarına əlavə olunmuş 1 ədəd CD diskdən görünür ki, abonentin sayğacında giriş faza yuvasına müdaxilə olunaraq əlavə naqildən istifadə etməklə birbaşa kənar xəttdən istifadə edildiyi aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin "Proqram bazasında" **********00120 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Ağdaş rayonu, Qaradağlı kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2023-cü il tarixdən bu günə kimi yaşayış evinə quraşdırılmış Luna-Lun 10 tipli, zavod nömrəsi №52454993M2279066 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2025-ci il tarixdə Ağdaş EŞ-in enerji Satış şöbəsinin əməkdaşları E.Müzəffərov, M.Sultanov və S.Kazımov tərəfindən “EEİQ"nın tələblərinə uyğun olaraq İddiaçı Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilən zaman məlum olmuşdur ki, abonent tərəfindən fərdi yaşayış evində quraşdırılmış elektron tipli sayğacın giriş faza yuvasına müdaxilə olunaraq əlavə naqildən istifadə etməklə birbaşa "kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. “Kənar xətt”dən keçən yük ölçüldükdə yükün 14,48 amper olması müəyyən edilmişdir. “EEİQ”nın tələblərinə uyğun olaraq R394256 saylı onun barəsində Akt tərtib edilmişdir. Bundan sonra 30 avqust 2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası İnzibatin Xətalar Məcəlləsinin 282.1-ci ilə MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.3-cü bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 6.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X2 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X2 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsinin məhkəmələr həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 AZN, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda isə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 AZN–dən aşağı olduğundan və iddia tələbi təmin olunmadığından məhkəməyə iddia tələbi ilə müraciət etmək üçün nəzərdə tutulmuş 30 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət gəlirinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası rədd edilsin. Məhkəməyə iddia tələbi ilə müraciət etmək üçün nəzərdə tutulmuş 30 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət gəlirinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1765/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1765/2025
28.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver