Məhkəmə qərarları › İş №2(014)-1782/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1782/2022

28.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1782/2022 28.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X24, X1, X17, X18, X8, X19 və X5 mülkiyyətinə Ağdaş rayonu, Tofiqi kəndində yerləşən 1.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş torpağa mülkiyyət hüququna dair JN-182 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 1998-ci ildə torpaq islahatı keçirilən zaman o və alə üzvləri Ağdaş rayonu, Tofiqi kənd sakinləri olmuşları, kənd təsərrüfatı təyinatlı 1.83 ha olan torpaq sahəsi DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən JN- 182 nömrəli olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydiyyata alınmışdır. Qeydiyyat zamanı texniki səhvə yol verilmişdir. Belə ki, DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən dövlət aktından X6 əvəzinə X8 olaraq qeyd edilmişdir. X14 ailə üzvləri arasında bugünədək X6 adlı ailə üzvü olmamışdır. Onun adı anadan olduqdan sonra X2r. Hazırda torpaq sahəsinə çıxarış əldə etmək zərurəti yaranmışdır. Həmin hüquqi əhəmiyyətli olan fakt onlara həmin torpaq sahəsini maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsində adlarına qeydə aldırmaq üçün lazımdır və hazır ki, ərizə ilə məhkəməyə müraciət edir. Buna görə dəDTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən X24, X1, X17, X18, X8, X19 və X5 adına verilmiş JN-182 olan torpağa mülkiyyət hüququna dair dövlət X4, X1, X17, X18, X6, X19 və X7 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi na ünvanlanmış 28 noyabr 2022-ci il tarixli **********52 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsində JN-182 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət Aktında olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1992-ci ildə Ucar rayonu, Qazıqumlaq kəndində anadan olmuş X3 atası X9, anası X10r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 13 noyabr 2014-cü ildə X15 ilə rəsmi nikaha girmiş, X11 “Mahmudova” soyadını qəbul etmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Tofiqi kənd inzibat ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş 26 avqust 2022-ci il tarixli, 324 nömrəli arayışdan görünür ki, ARDT6 tərəfindən ona verilmiş JN-182 KOD 90318048 saylı (DT və XK-si Ağdaş rayon şöbəsində qeydiyyat nömrəsi 6428,xx.xx.1999) “Torpağa mülkiyyət hüquqna dair Dövlət Akt”-nın adlı siyasında vətəndaşın nikahdan əvvəl soyadı Hüseynova olmasına baxmayaraq torpaq aktında Göyüşova soyadı ilə getmiş və texniki səhvə yol verilmişdir. X8 əvəzinə Hüseynova (Mahmudova) İlahə Seyfəddin qızı olmalıdır. İş materiallarında olan JN-182 KOD 90314038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Ağdaş rayonu, Aqrar İslahat Komissiyasının 24 npoyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1.83 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X24 və ailə üzvləri X1, X17, X18, X8, X19 və X5 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli, 20 nömrəli qərarı ilə 1.83 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin X24 və ailə üzvləri X1, X17, X18, X8, X19 və X5 mülkiyyətinə verilməsinə dair JN-182 KOD 90314038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X4 və ailə üzvləri X1, X17, X18, X6, X19 və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar