Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1792/2021 29.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rаyоn Məhkəməsinin hаkimi Əliyev Nizam Mübariz oğlu, Ərizəçi maraqlı orqan ƏMDK Yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi» tələbinə dаir ərizəsini və оnа əlаvə еdilmiş sənədləri nəzərdən kеçirərək, МÜƏYYƏN ETDİM : Ərizəçi maraqlı orqan ƏMDK Yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nənəsinin adının X1 qeyd olunduğu sənədlərdə X2 qeyd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, sözügedən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərində uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Ərizəçi maraqlı orqan ƏMDK Yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, ərizə Ərizəçi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.2-ci maddələrində göstərilir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiаçıya izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.2, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrinin rəhbər tutaraq, мəhkəmə QƏRARA ALDİM: Ərizəçi maraqlı orqan ƏMDK Yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiаçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Ağdaş rayon məhkəməsinə şikayət verilə bilər. HАKİM: NİZAM ƏLİYEV.
Məhkəmə qərarları › İş №2(014)-1792/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1792/2021
29.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver