Məhkəmə qərarları › İş №2(014)-1796/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1796/2022

20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1796/2022 20.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi və nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dаir işə 20 dekabr 2022-ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin inzibati binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-ci il tarixli 01 saylı qərarına əsasında Ağdaş şəhəri ərazisində o vaxtlar 19b adlanan məhəllədə ona və bu iddia üzrə üçüncü şəxslər olan ailə üzvlərinə verilmiş Ağdaş rayon Torpaq şöbəsində 2/5390 nömrə ilə qeydiyyata alınmış, JN-051A, KOD 90301004 saylı “torpağa mülkiyyət veriləmsinə dair şəhadətnamə”də Ərizəçi Ağabal qızı kimi yazılan şəxsin o, Ərizəçi olması faktının müəyyən edilərək sənədin ona məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 nömrəli qərarı ilə Ağdaş şəhəri ərazisində o vaxtlar 19 b adlanan məhəllədə ona fərdi yaşayış evi tikmək məqsədi ilə 500 kv.metr ölçüdə həyətyanı torpaq sahəsi ayrılmışdır. Bundan sonra o həmin torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı yaşayış evi tikdirmişdir. 1992-ci ildə onun evi istismara qəbul edilərək həmin ilin noyabr ayında buna dair fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Sonralar “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli AR Qanununa əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-ci il tarixli 01 saylı qərarı ilə qeyd edilən torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək bu barədə ona Torpağın mülkiyyətə verilməsinə dair JN:051A nömrəli 90301004 kodlu şəhadətnamə verilmişdir. Həmin vaxtdan ona verilmiş torpaq sahəsi Ağdaş şəhər Bələdiyyəsinin şəxsi təsərrüfat kitabında onun adına qeydiyyatda olmaqla onun istifadəsindədir. Yuxarıda qeyd edilən torpaq sahəsini öz adına rəsmiləşdirmək kimi mülki hüququnu həyata keçirmək məqsədi ilə Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etdikdə ona məlum oldu ki, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun mərhum atası Ağababanın adı səhvən Ağabala kmi yazıldığından bunun əlaqə səbəbi kimi o da həmin sənəddə Ərizəçi Ağabala qızı kimi göstərilmişdir. JN051A nömrəli 90301004 kodlu olan şəhadətnamədə səhvin düzəldilməsi məqsədi ilə o 29 sentyabr 2022-ci il tarixd həmin sənədi vermiş və AR –nın kənd Təsərrüfatı Naziriyi və onunj yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında Əsasnamələrin təsdiq edilməsi barədə AR Prezidentinin 20 aqprel 2005-ci il tarixli 226 fərmanı ilə ləğv edilmiş AR X19 komissiyasının və AR-nın DT və XK ləğv edilməsi haqqında AR Prezidentinin 5 fevral 2015-ci il tarixli Fərmanı ilə ləğv edilmiş DTXK hüquqi varisi olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda hazırda mövcud olan qaydalara əsasən 2006-cı ilin iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində o cümlədən torpaq sahələri binalar və qurğular yaşayış və qeyri yaşayış sahələri fərdi yaşayış və bağ evləri yer təki sahələri, meşələr və çoxillik əkmələr əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktların, şəhadətnaməlrin və qeydiyyat vəsiqələrinin təkrar və ya dublikatının verilməsi ərazi idarəsinin səlahiyətində deyil əsasında xahişi yerinə yetirilmədən imtina edilmişdir. Elə o məktubda ona izah edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında AR Qanununa əsasən pozulmuş sonradan əlavə edilmiş silinmiş sözlər və həqiqiliyi təsadiqlənməmiş digər düzəlişlər olan habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sədənlər hüqüqların dövlət qeydiyyatı üçün qəbul edilmiş və daşınmaz əmlakın dövlət reyestri üçün torpağın mülkiyyətə verilməsinə dair JN-051A nömrəli 90301004 kodu şəhadətnamədə Ərizəçi Ağabala qızı kimi yazılan şəxsin o Ərizəçi olaraq həmin sənədin ona məxsus olması barədə məhkəmə aktı olmalıdr.Ona görə də qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini və bu barədə qətnamə çıxcaırlmnasını xahiş etdi. Maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı şəxs məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin və ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli **********22 saylı məktubdan məlum olur ki, JN-051A nömrəli KOD 90301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq subyekti sayılan Ərizəçi qıznın adında düzəlişin edilməsi barədə ərizə ilə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Təqdim edilən sənədlər idarənin arxiv materialları və elektrin baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-051A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə eləcə də müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi 17saylı Yevlaz ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 151 saylı arayışdan məlum olur ki, Ağdaş şəhər Bələdiyyəsinin şəxsi təsərrüfat kitabında Ərizəçi adına ünvan 2 ünvanda 0.0552 ha həyətyanı torpaq sahəsi və 200 kv metr ölçüdə fərdi yaşayış evi var. X2 şəhəri İstiqlal küçəsi –saylı ünvanda yerləşən 0.0552 ha torpaq sahəsini və 200 kv metr ölçüdə fərdi yaşayış evini idarə və istifadə etmiş, həmin vaxtdan torpaq və əmlak vergisi onun tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli A3 461887 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X4 xx.xx.1956-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X1, anası X3r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1976-ci il tarixli İ-ЖГ 330354 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X14 ilə X4 xx.xx.1976-ci il tarixdə nikahları bağlanmışdır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərar ilə torpağa mülkiyyət hüququna dair JN:051A saylı (kod ********) şəhadətnaməyə əsasən Ərizəçi Ağabala qızı, X14, X15, X16 və X12 0.05 hektar fərdi yaşayış evi və həyətyanı sahəsi ilə bağlı mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli V-ЖГ 316174 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X16 xx.xx.1977-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X7, anası Ərizəçidır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli Xİİ-ЖГ 317075 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X17 xx.xx.1987-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X7, anası Ərizəçidır. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərar ilə torpağa mülkiyyət hüququna dair JN:051A saylı (kod ********) şəhadətnaməyə əsasən Ərizəçi Ağabala qızı, X14, X15, X16 və X12 0.05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin aktda texniki səhvə yol verilərək Ərizəçi əvəzinə səhvən Ərizəçi Ağabala qızı yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ağabala qızı, X14, X15, X16 və X10 mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinə dair JN:051A saylı (KOD ********) saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar