Məhkəmə qərarları › İş №2(014)-1801/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1801/2022

13.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1801/2022 13.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi2 nümayəndəsi Ərizəçi1, Ərizəçi1 nümayəndəsi vəkili Vəkil iştirakı ilə, Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs7, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dаir işə 06 dekabr 2022-ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs7, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 13 iyun 2001-ci il tarixli 05 saylı qərarı əsasında torpağın mülkiyyət verilməsinə dair JN 0092 KOD 90308048 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizə onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 13 iyun 2001-ci il tarixli 05 saylı qərarı ilə Ağdaş rayonu, Qarağan Şıxlar kənd ərazisində yerləşən 2.46 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün onun, iş üzrə maraqlı şəxslər olan ailə üzvləri Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs7, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və nümayəndəsi olduğu Ərizəçi2 mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsi faktı KOD 90308048 olan JN-0092 nömrəli Dövlət aktı ilə təsdiqlənir. Həmin vaxtdan onlara verilmiş torpaq sahəsi Qarağan Bələdiyyəsinin şəxsi təsərrüfatı kitabında adlarına qeydiyyatda olmaqla, onların istifadəsindədir. O yuxarıda qeyd edilən torpaq sahəsi üzərində mülki hüquqlarını keçirmək məqsədi ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon şöbəsinə müraciət etdikdə məlum oldu ki, yuxarıda qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktlnda ailə kimi Ərizəçi2 əvəzinə X3 göstərilmişdir. Onun qardaşı Maraqlı şəxs5 xx.xx.1993-cü ildə Kərimova (nikaha qədər Mstafayeva) Xuraman Rza qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurub və bu nikahdan onların 2 (iki) qız övladı - onun maraqları naminə çıxış etdiyi Ərizəçi2 və iş üzrə maraqlı şəxslər olan Maraqlı şəxs4 doğulduğundan o əsaslı olaraq düşünərək hansısa texniki səhv nəticəsində barəsində söhbət gedən Dövlət aktında Ərizəçi2 əvəzinə həyatda mövcud olmayan hansısa X3 göstərilmişdir. JN- 0092 nömrəli, kod nömrəsi 90308048 olan Dövlət aktındakı səhvin düzəldilməsi məqsədi ilə o həmin sənədi vermiş və AR Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında Əsasnamələrin təsdiq edilməsi barədə AR Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 saylı fərmanı ilə ləğv edilmiş AR X9 Komissiyasının və AR-nın DT və XK ləğv edilməsi haqqında AR Prezidentinin 5 fevral 2015-ci il tarixli Fərmanı ilə ləğv edilmiş DTXK hüquqi varisi olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və onun hazırda mövcud olan qaydalara əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tuarları meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktların, şəhadətnamələrin və qeydiyyat vəsiqələrinin təkrar və ya dublikatının verilməsi ərazi idarəsinin səlahiyyətinə aid deyil əsasında xahişi yerinə yetirməkdə imtina edildi. Eyni zamanda izah edildi ki, onlara məxsus olan daşınmaz əmlakın dövlət reyestri üçün torpağın mülkiyyətə verilməsinə dair JN-0092 nömrəli, kod nömrəsi 90308048 olan “ Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında X1 yazılan şəxsin Ərizəçi2 olması faktı müəyyən edilməsi barədə müvafiq məhkəm aktı olmalıdır. Ona görə də, qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçi2 nümayəndəsi Ərizəçi1 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi Ərizəçi1 vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs7, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı şəxslər məhkəmə iclаsınа gəlməmiş, gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnların iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdirlər. Məhkəmə maraqlı şəxslərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli **********49 saylı məktuba əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 13 iyun 2001-cı il tarixli 05 saylı qərar ilə dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış Torpağa mülkiyyət hüququna dair JN:0092 saylı (kod ********) dövlət aktına əsasən Maraqlı şəxs1, Ərizəçi1, Maraqlı şəxs2, X5, Maraqlı şəxs3, X3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Ağdaş rayon Qarağan-Şıxlar kəndində 2.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli 1697 saylı nikah haqqında arayışdan məlum olur ki, Maraqlı şəxs5 ilə X2 16 avqust 1993-ci il tarixdə nikahları bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qəsil kənd İ/N tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T 199114 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə Ağdaş rayonu Qarağan-Şıxlar kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs5, anası Maraqlı şəxs3dır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-435/16 saylı məktubdan məlum olur ki, X7 ilə Kərimova (Mustafayeva) Xuraman Rza qızının birgə nikahından X4 adlı övladının doğumu haqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Ağdaş rayon Qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli **********02 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Qarağan-Şıxlar kəndində yerləşən 2.46 ha torpaq sahəsin dair verilmiş JN-0092 nömərli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən adların düzəldilərək şəxsiyyət vəsiqəsinə uyğun dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Təqdim edilən sənədlər idarənin arxiv materialları və elektrin baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-0092 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən “X3” adı ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi2” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Maraqlı şəxs2 aid xx.xx.2022-ci il tarixli ərizədən məlum olur ki, o, Ərizəçi2 maraqları naminə hərəkət edən Ərizəçi1 Ağdaş rayon Aqrar İslahat Komissiyasının 13 iyun 2001-ci il tarixlə 05 nömrəli qərarı əsasında (JN-0092 kod ********) verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Maraqlı şəxs5 aid xx.xx.2022-ci il tarixli ərizənin surətindən məlum olur ki, o, Ərizəçi2 maraqları naminə hərəkət edən Ərizəçi1 Ağdaş rayon Aqrar İslahat Komissiyasının 13 iyun 2001-ci il tarixlə 05 nömrəli qərarı əsasında (JN-0092 kod ********) verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Maraqlı şəxs4 Kamal qızına aid xx.xx.2022-ci il tarixli ərizədən məlum olur ki, o, Ərizəçi2 maraqları naminə hərəkət edən Ərizəçi1 Ağdaş rayon Aqrar İslahat Komissiyasının 13 iyun 2001-ci il tarixlə 05 nömrəli qərarı əsasında (JN-0092 kod ********) verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Maraqlı şəxs3 aid xx.xx.2022-ci il tarixli ərizədən məlum olur ki, o, Ərizəçi2 maraqları naminə hərəkət edən Ərizəçi1 Ağdaş rayon Aqrar İslahat Komissiyasının 13 iyun 2001-ci il tarixlə 05 nömrəli qərarı əsasında (JN-0092 kod ********) verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən maraqlı şəxs Ərizəçi2 Kamal qızına aid xx.xx.2022-ci il tarixli ərizədən məlum olur ki, o, Ərizəçi2 maraqları naminə hərəkət edən Ərizəçi1 Ağdaş rayon Aqrar İslahat Komissiyasının 13 iyun 2001-ci il tarixlə 05 nömrəli qərarı əsasında (JN-0092 kod ********) verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Maraqlı şəxs1 aid xx.xx.2022-ci il tarixli ərizədən məlum olur ki, o, Ərizəçi2 maraqları naminə hərəkət edən Ərizəçi1 Ağdaş rayon Aqrar İslahat Komissiyasının 13 iyun 2001-ci il tarixlə 05 nömrəli qərarı əsasında (JN-0092 kod ********) verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon İHB-nın Qarağan-Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 433 saylı arayışdan məlum olur ki, Maraqlı şəxs5 hal hazırda ailə üzvləri ilə birlikdə Ağdaş rayon Qarağan-Şıxlar kəndində qeydiyyatdadır. Nümayəndəliyin təsərrüfatbaşına uçot kitabında ailə tərkibi aşağıdakı kimidir. Arvadı: Maraqlı şəxs3xx.xx.1975, qızı: Ərizəçi2 xx.xx.1994, qızı: Maraqlı şəxs4 xx.xx.1996. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 13 iyun 2001-ci il tarixli 05 saylı qərar ilə (JN:0092 saylı kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Maraqlı şəxs1, Ərizəçi1, Maraqlı şəxs2, X5, Maraqlı şəxs3, X3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Ağdaş rayon Qarağan-Şıxlar kəndində 2.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin aktda texniki səhvə yol verilərək Ərizəçi2 əvəzinə səhvən X3 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs1, Ərizəçi1, Maraqlı şəxs2, X5, Maraqlı şəxs3, X3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 mülkiyyətinə verilmiş Ağdaş rayonu Qarağan-Şıxlar kəndində yerləşən 2.46 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair (JN:0092 saylı KOD ********) Dövlət aktının Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar