Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1812/2021 04.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Qarayev Orxan Sərxan oğlunun katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 nümayəndəsi İddiaçı5 iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı5 və Cavabdeh qarşı “miras əmlakın bölgüsü” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı5, Cavabdeh qarşı “miras əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05.09.2001-ci ildə vəfat etmiş X2 miras qalmış Ağdaş rayon Güvəkənd kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən onlara çatası tam hissədə paya dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 05.09.2001-ci ildə vəfat etmişdir. X20 vəfat etdikdən sonra ona məxsus həyətyanı torpaq sahəsi və yaşayış evi miras olaraq həyat yoldaşı İddiaçı4 tərəfindən qəbul olunmuş və idarə edilmişdir. Xeyli müddətdir ki, cavabdeh tərəfindən dəfələrlə mülkiyyətin dövlət reyestri tərəfindən qeydiyyata alınmasına həmçinin payçılar arasında bölünməsinə müxtəlif bəhanələrlə maneələr törədilirdi. Məhkəmə qərarı əsasında Ağdaş rayon Güvəkənd kəndində yerləşən onlara məxsus reyestr nömrəsi **********96-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışla mülkiyyətlərinə verilmiş, içərisində 60.8 kvadratmetr yaşayış evi olan 0.1588 ha torpaq sahəsi olan mülkiyyətləri dövlət reyestri tərəfindən qeydiyyata alınmışdır. Ancaq xeyli müddətdir ki, cavabdeh mülkiyyətçilər arasında paylarının bölünməsinə maneəçilik törədir. Hazırda 05.09.2001-ci ildə vəfat etmiş X2 miras qalmış Ağdaş rayon Güvəkənd kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən onlara çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması zərurəti yaranmışdır. Bununla bağlı Ağdaş rayon notariat ofisinə müraciət etmişlər. Ancaq cavabdeh tərəfindən mərhum X2 miras qalmış Ağdaş rayon Güvəkənd kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən onlara çatası paya dair razılıq verilmədiyindən və maneə törədildiyindən bununla bağlı Ağdaş rayon notariat ofisi tərəfindən 07 iyul 2021-ci il tarixli, 430 saylı məktubu ilə, 05.09.2001-ci ildə vəfat etmiş X2 miras qalmış Ağdaş rayon Güvəkənd kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən onlara çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda cavabdehin əməlləri ucbatından şəxsi mülkiyyətlərindən və yaşayış evlərindən istifadə edə bilmirlər. Bununla da mülkiyyətçi kimi mülkiyyət və yaşayış evlərinin üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Bununla o, istifadə hüquqlarını kobud sürətdə pozur. İddiaçılar İddiaçı5 və İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qabaqcadan lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçıların və onların etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Notariat Ofisi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli 430 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirasın bölüşdürülməsi haqqında miras şərikləri arasında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20.08.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq edilmiş surətindən və texniki pasportdan məlum olur ki, Ağdaş rayon, Güvəkənd kəndində 0.1588 ha torpaq sahəsi və onun üzərində yerləşən 60.8 kvadratmetr yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı4, X7, İddiaçı3, İddiaçı1 və İddiaçı2, Cavabdeh ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının X21 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli 345 saylı arayışdan məlum olur ki, İddiaçı4 Ağdaş rayon Güvəkənd kəndində yaşayır. Şəxsin adına olan nümayənədəliyin 03 saylı təsərrüfatbaşına kitabında (səh.26, şəxsi hesab 184) aşağıda adları qeyd edilən və qeydiyyatda olan ailə üzvləri vardır. İddiaçı4 Ələm qızı, X8-qızı, nəvəsi-X19,oğlu Cavabdeh, qızı-İddiaçı5. Şəxsin gəlini X13 təmin təsərrüfata gəlin gəldiyi üçün hal-hazırda qeydiyyatda olmasa da həmin evdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının X21 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli 103 saylı arayışdan məlum olur ki, İddiaçı4 Ağdaş rayon Güvəkənd kəndində yaşayır. Şəxsin əri X7 05.09.2001-ci ildə vəfat etmişdir. Mərhumun aşağıda qeyd edilən vərəsələri vardır. Arvadı-İddiaçı4 Ələm qızı, qızı-X8, qızı-İddiaçı2, qızı-İddiaçı1, oğlu Cavabdeh, qızı-İddiaçı5. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının X21 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli 104 saylı arayışdan məlum olur ki, İddiaçı4 Ağdaş rayon Güvəkənd kəndində yaşayır. Şəxsin əri X7 05.09.2001-ci ildə vəfat etmişdir. Mərhumun aşağıda qeyd edilən vərəsələri vardır. arvadı-İddiaçı4 Ələm qızı, qızı-X8, qızı-İddiaçı1, oğlu Cavabdeh, qızı-İddiaçı5dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli 848 saylı arayışdan məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı Ağdaş rayon Güvəkənd kəndində anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri Ağdaş rayon Güvəkənd kəndi qeyd olunmuş mərhum X3 ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “ Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 30.03.2021-ci ilədək aparılmış və aşağıdakı məlumat aşkar edilmişdir. həyat yoldaşı-İddiaçı4 Ələm qızı, qızı-X8, qızı-İddiaçı1, oğlu Cavabdeh, qızı-İddiaçı5, qızı X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli 2498 saylı nikah haqqında arayışdan məlum olur ki, Cavabdeh ilə X13 arasında 06.07.2019-cu il tarixdə 177 saylı nikah qeydi aparılmışdır. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2021-ci il tarixli 2074 nömrəli ölüm haqqında arayışdan görünür ki, X7 05.09.2001-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.09.2001-ci il tarixli 171 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 yanvar 1953-cü il tarixli İE 950694 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15.04.1936-cı ildə Ağdaş rayon, Güvəkənd kəndində anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında X6 göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon, Güvəkənd kənd soveti tərəfindən verilmiş 13 oktyabr 1977-ci il tarixli İ-ЖГ 416736 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 ilə Abdullayev Fatma Ələm qızı nikahlarlarını 13 oktyabr 1977-ci il tarixdə 13 saylı qeyd ilə qeyd etdirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli 2255 saylı doğum haqqında arayışın surətindən məlum olur ki, İddiaçı5 xx.xx.1973-cü il tarixdə Ağdaş rayon Güvəkənd kəndində anadan olmuşdur. X1, anası İddiaçı4dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli 2257 saylı doğum haqqında arayışın surətindən məlum olur ki, X9 xx.xx.1977-ci il tarixdə Ağdaş rayon Güvəkənd kəndində anadan olmuşdur. X1, anası İddiaçı4dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli 2254 saylı doğum haqqında arayışın surətindən məlum olur ki, İddiaçı1 xx.xx.1981-ci il tarixdə Ağdaş rayon Güvəkənd kəndində anadan olmuşdur. X1, anası İddiaçı4dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli 2256 saylı doğum haqqında arayışın surətindən məlum olur ki, İddiaçı3 xx.xx.1971-ci il tarixdə Ağdaş rayon Güvəkənd kəndində anadan olmuşdur. X1, anası İddiaçı4dır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Həmin Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X7 05.09.2001-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs – X10 2001-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 213.5-cü maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X7 2001-ci il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan Ağdaş rayonunda daimi yaşadığından və daşınmaz əmlak Ağdaş rayonu ərazisində yerləşdiyindən mirasın açıldığı yer Ağdaş rayonudur. Miras əmlaka X7 öldüyü məqamadək malik olduğu Ağdaş rayon Güvəkənd kəndində yerləşən torpaq sahəsi və onun üzərində ucaldılan fərdi yaşayış evi daxildir. Məhkəmə araşdırması zamanı miras qoyan X3 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlak, yəni Ağdaşrayon Güvəkənd kəndində yerləşən 0.1588 ha torpaq sahəsi və onun üzərində ucaldılan 60.8 kvadratmetr yaşayış evi olan ümumi birgə mülkiyyət hüququ əsasında miras qoyan X7 və onun vərəsələri iddiaçılar və cavabdeh olmaqla 6 nəfər ailə üzvlərinin adına qeydə alınmışdır. Mirasqoyanın ölümündən sonra miras qalmış 60.8 kvadratmetr yaşayış evi və 0.1588 ha torpaq sahəsindən mərhuma çatası 1/6 hissədə payını iddiaçı və cavabdehlər faktiki qəbul edərək torpaq sahəsinə yiyələnməklə və istifadə etməklə miras əmlaka faktiki sahiblik etməyə və onu idarə etməyə başlamaqla, mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar). Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qanuni əsası olduğundan təmin edilməli, X3 05.09.2001-ci ildə Ağdaş rayonunun Güvəkənd kəndində ölümündən sonra, reyestr nömrəsi **********96-10301, qeydiyyat nömrəsi **********, 20.08.2020-ci il qeydiyyat tarixi olan çıxarışla mərhumla tərəflərin birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu Güvəkənd kəndində yerləşən 0.1588 ha torpaq sahəsi və onun üzərində ucaldılan 60.8 kvadratmetr yaşayış evindən miras qoyana çatası hissədən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı5 hər biri 1/6 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 05.09.2001-ci ildə ölümündən sonra miras qalmış, reyestr nömrəsi **********96- 10301, qeydiyyat nömrəsi **********, 20.08.2020-ci il qeydiyyat tarixi olan çıxarışla onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş, Ağdaş rayonunun Güvəkənd kəndində yerləşən 0.1588 ha torpaq sahəsi və onun üzərində ucaldılan 60.8 kvadratmetr yaşayış evindən miras qoyana çatacaq paydan iddiaçılar - İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı5 hər birinin ayrı-ayrılıqda 1/6 hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiаçılara аid еdilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1812/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1812/2021
04.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver