Məhkəmə qərarları › İş №2(014)-1817/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1817/2020

24.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1817/2020 24.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan Cavabdeh İB-nin X3 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının haqqında aktına əsasən əsassız hesablanaraq onun abonent koduna vurulmuş itirilmiş qazın dəyəri kimi 72 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Ağdaş şəhər, Ləki qəsəbəsi H.Aslanov küçəsi 12-də yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB-nın X3 X2 Xidmət sahəsinin əməkdaşları xx xxxx 2020-ci il tarixində yaşayış evi üçün quraşdırılmış qaz sayğacına baxış keçirmişlər, baxış zamanı sayğacın düzgün işləməməsi qənaətinə gəlmişlər. Sayğacın dövlət yoxlamasına göndərmək üçün sayğacı özləri ilə aparmışlar. Sayğaca tərəflərindən müdaxilə (tamamilə doğru deyil) olunduğu üçün sayğacın dəyərinin 72 manat borcun ödənilməsi tələb edilmişdir. Yaşayış mənzilində istifadə etdiyi təbii qaza görə sayğac mənzildən kənarda quraşdırıldığından həmin sayğac kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülmədiyindən tərəfindən sayğaca nəzarətin həyata keçirilməsi qeyri mümkündür. Cavabdeh İB-nin X3 İstismar İdarəsi tərəfindən sayğaca müdaxilə ilə əlaqədar onun abonent koduna itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair cədvələ və saldoya əsasən 72 (yetmiş iki) manat əsassız borc hesablanmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasında iddia tələbinin əsassız olduğundan təmin edilməməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən məlum olur ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı 720 m3 (və ya 72 manat) ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydaları pozulması haqqında Aktın surətindən məlum olur ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarına əlavə edilmiş qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan məlum olur ki, Elestr tipli G-4 markalı ******* nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Natek tipli G-4 markalı 40049089 saylı sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********00240 saylı abonent saldosundan məlum olur ki, İddiaçı 72 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 AZN, 500 manatdan yuxarı olduqda isə 30 AZN müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 AZN–dən aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 777.60- 220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-nin X3 İstismarı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı **********00240 saylı abonent koduna vurulmuş 72 (yetmiş iki) manat borc silinsin. İş üzrə 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev. AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ-0300, Ağdaş rayonu, M.İsayev küç., 17 Tel: (020) ***-**-** Faks: (020) 235- 50-63 www.aghdashcourt.gov.az Elektron ünvan xx xxxxxx 2020-ci il İş № 2(014)- 1123/2020 İddiaçı Ağdaş rayon, Qolqəti kəndi Surəti: Cavabdeh İB Baki şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 23 Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1123/2020 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Məhkəmənin Hakimi: Nizam Əliyev Ağdaş Rayon Məhkəməsi Göndərilən məktubların reyestri №________ Hakim: Nizam Əliyev 2020 Təhvil İşin Soyad, Ad və Atasının adı Göndərilmə № Ünvan alma nömrəsi (təşkilat) növü tarixi Ağdaş rayon, Şəmsabad 1 1736 İddiaçı cavablı kəndi, Baki şəhəri, Xətai rayonu, 2 1736 Cavabdeh İB cavablı Y.Səfərov küçəsi 35 № 2(014)- 1736/2020 AZƏRBAYCAN RЕSPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏN ÇİXARİŞ xx xxxxxx 2020-ci il Ağdaş şəhərində. Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-nin X3 İstismarı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı **********00640 saylı abonent koduna vurulmuş 216.00 (iki yüz on altı) manat borc silinsin. İş üzrə 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: NİZAM ƏLİYEV. İş № 2(014)-898/2020 İCRA VƏRƏQƏSİ xx xxxx 2020-ci il Ağdaş rayon Məhkəməsi Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «Əsassız hesablanmış borcun silinməsi » tələbinə dair iddiası üzrə mülki işə Ağdaş rayon Məhkəməsinin binasında aşıq məhkəmə iclasında baxaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh İB-nin X3 İstismarı İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən İddiaçı **********00030 saylı abonent koduna vurulmuş 777.60 (yeddi yüz yetmiş yeddi 60 qəpik) manat borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə xx xxxxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununu 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borcluların adı, ünvanı, bankdakı hesablaşma hesabının N:-si: Cavabdeh İB – Bakı şəhəri, Yusif Səfərov küçəsi 35 Tələbkarın adı, ünvanı, bankdakı hesablaşma hesabının N:-si: İddiaçı – Ağdaş şəhər, Babək küçəsi-16 İcra vərəqəsi xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. Məhkəmə möhürünün yeri: HAKİM: AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ-0300, Ağdaş rayonu, M.İsayev küç., 17 Tel: (020) ***-**-** Faks: (020) 235- 50-63 www.aghdashcourt.gov.az Elektron ünvan xx xxxxxx 2020-ci il İş № 2(014)- 898/2020 Bakı şəhəri, Xətai rayon İcra və Probasiya Şöbəsinə İddiaçı Cavabdehnə qarşı «Əsassız hesablanmış borcun silinməsi » tələbinə dair 2(014)-898/2020 saylı mülki iş üzrə məhkəmənin xx xxxx 2020-ci il tarixli icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə məhkməyə rəsmi məlumat verməniz xahiş olunur. Qoşma: icra vərəqəsi, qətnamənin və şəxsiyyət vəsiqəsinin surəti,. Məhkəmənin hakimi: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar