Məhkəmə qərarları › İş №2(014)-1823/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1823/2022

23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1823/2022 23.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçilər Ərizəçi1, Musayeva (Günəşova) Ləman Yusib qızı, Ərizəçi4 və Ərizəçi5 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Musayeva (Günəşova) Ləman Yusib qızı, Ərizəçi4, Həsənova (Günəşova) Röyalə Yusib qızı və Ərizəçi5 maraqlı şəxs A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhmiyyətli olan faktın müəyyən edilməsi» tələbinə dаir işə 23 noyabr 2022ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçilər Ərizəçi1, Musayeva (Günəşova) Ləman Yusib qızı, Ərizəçi4, Həsənova (Günəşova) Röyalə Yusib qızı və Ərizəçi5 maraqlı şəxs A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhmiyyətli olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə JN-193, KOD 90300038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 1-ci adlı siyahısında X16, 3-cü adlı siyahısında Musayeva (Günəşova) Ləman Yusif qızının, 4-cü adlı siyahısında Ərizəçi4 Yusif oğlunun, 5-ci adlı siyahısında Həsənova (Günəşova) Röyalə Yusif qızının və 7-ci adlı siyahsıında X8 adına verilmiş 5.45 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin Ərizəçi1, Musayeva (Günəşova) Ləman Yusib qızı, Ərizəçi4, Həsənova (Günəşova) Röyalə Yusib qızı və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçləri ərizəni onunla əsaslandırmışdır ki, ailəsinə Ağdaş rayonu, Yenicə kəndində JN-193 KOD 90300038 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 5.45 ha torpaq sahəsi Həmin dövlət aktı əsasında A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarış almağı istəyən zaman məlum oldu ki, torpağa mülkiyyət hüququna dair dövlət aktının 1-ci adlı siyahısında Ərizəçi1 adının son hərfi səhvən X29, 3-cü adlı siyahısında Musayeva (Günəşova) Ləman Yusib qızının ata adının son hərfi səhvən Musayeva (Günəşova) Ləman Yusif qızı, 4-cü adlı siyahısında Ərizəçi4 ata adının son hərfi səhvən Ərizəçi4 Yusif oğlu , 5-ci adlı siyahısında Həsənova (Günəşova) Röyalə Yusib qızının ata adının son hərfi səhvən Həsənova (Günəşova) Röyalə Yusif qızı və 7-ci adlı siyahsında Ərizəçi5 Yusib oğlunun soyadının son hərfi və cinsi səhvən X3 qeyd edilmişdir. Belə ki, A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, həmin torpağa mülkiyyət hüququna dair dövlət akta düzəliş edilməsindən imtina edilmişdir. Hesab edir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən yalnışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən məhkəmə qaydasında müəyyən edilməsi zərurət yaranmışdır. Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Musayeva (Günəşova) Ləman Yusib qızı, Ərizəçi4 və Ərizəçi5 məhkəmə iclasında Ərizəçi1 izahatına uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı şəxs məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********08 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Yenicə kəndində yerləşən 5.45 ha torpaq sahəsinə dair verilmiş JN-193 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən hüquq subyektlərinin şəxsiyyət vəsiqəsinə uyğun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüququ şəxsinin 17 saylı Yevlax ərazi idarəsində baxılmışdır. Təqdim edilmiş sənədlər idarənin arxiv materiaları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-193 nömrəlli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən “X29” ilə, şəxsiyyət vəsiqəsindəki “Ərizəçi1” , “X23” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi2” , “Ərizəçi4 Yusif oğlu” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi4” , “X19” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi3” , “X17” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi5 Yusib oğlu” adları arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin və ya sənədin ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Cardam kənd İ/N tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T 199128 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1960-cı ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. X7, anası X2r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1960-cı ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən xx.xx.1969-cu il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx.xx.1966-cı ildə Bərdə rayon Kötər kəndində anadan olmuşdur. X1, anası X6r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE 17384364 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X12 xx.xx.1966-cı ildə Bərdə rayon Kötər kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Yenicə kənd İ/N tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T 044974 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi1 ilə X4 nikahlarını xx.xx.1984-cü il tarixdə qeydə aldırmışlar. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Yenicə kənd soveti tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli Xİİİ-ЖГ 326375 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi4 xx.xx.1988-cı ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası X9r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən ASAN-Bərdə tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE 17412846 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi4 xx.xx.1988-cı ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Yenicə kənd nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi5 xx.xx.1995-ci ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası X9r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi5 xx.xx.1995-ci ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Yenicə kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X25 xx.xx.1993-cü ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. X10, anası X9r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X20 xx.xx.1993-cü ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ 340396 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X21 ilə X25 nikahlarını xx.xx.2019-cu il tarixdə qeydə aldırmışlar. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1985-ci ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Yenicə kənd soveti tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X26 xx.xx.1985-ci ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası X9r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Nehrəxəlil kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ 910240 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 ilə X26 nikahlarını xx.xx.2014-cü il tarixdə qeydə aldırmışlar. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Bərdə RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi3 xx.xx.1990-cı ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Yenicə kənd soveti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli XV-ЖГ 275657 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X22 xx.xx.1990-cı ildə Ağdaş rayon Yenicə kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası X9r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Bərdə RİHB-nın Mehdili kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ 611285 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 ilə X19 nikahlarını xx.xx.2010-cu il tarixdə qeydə aldırmışlar. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Yenicə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 300 saylı arayışın surətindən məlum olur ki, AR DT və XK-si tərəfindən ona verilmiş. JN-193, kod 90300038 saylı (DT və XK-sı Ağdaş rayon şöbəsində qeydiyyat nömrəsi 9147,xx.xx.1999) “Torpağa mülkiyyət hüququna dair Dövlət akt”nın adlı siyahısında texniki səhvə yol verilmişdir. Belə ki, X29 əvəzinə olmalıdır X29, Musayeva (Günəşova) Ləman Yusif qızı əvəzinə olmalıdır Musayeva (Günəşova) Ləman Yusib qızı, Ərizəçi4 Yusif oğlu əvəzinə olmalıdır Ərizəçi4, Həsənova (Günəşova) Röyalə Yusif qızı əvəzinə olmalıdır Həsənova (Günəşova) Röyalə Yusib qızı və X17 əvəzinə olmalıdır Ərizəçi5 Yusib oğlu eyni şəxslərdir. Odur ki, JN-193 kod 90300038 saylı (DT və XK-sı Ağdaş rayon şöbəsində qeydiyyat nömrəsi 9147, xx.xx.1999) “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın adlı siyahısının arayışında göstərilən kimi nəzərə alınmasını xahiş edilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:193 saylı (kod 9030038) dövlət aktına əsasən X29, X12, X23, Ərizəçi4 Yusif oğlu, X25, X19, X11 Ağdaş rayonun Yenicə kəndi ərazisində 5.45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Yenicə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli 336 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Yenicə kənd sakini Ərizəçi1 aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır. Həyat yoldaşı- X12, qızı- Musayeva (Günəşova) Ləman Yusib qızı, oğlu- Ərizəçi4, qızı- Bayramova (Günəşova) Əsmər Yusif qızı, qızı-Həsənova (Günəşova) Röyalə Yusib qızı, oğlu- Ərizəçi5 Yusib oğlu. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə Ağdaş rayonu, Yenicə kənd ərazisində yerləşən 5.45 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X29, X12, X23, Ərizəçi4 Yusif oğlu, X25, X19, X8 mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN 193 KOD ******* saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin aktda texniki səhvə yol verilərək Ərizəçi1, Musayeva (Günəşova) Ləman Yusib qızı, Ərizəçi4, Həsənova (Günəşova) Röyalə Yusib qızı, Ərizəçi5 əvəzinə səhvən X29, X23, Ərizəçi4 Yusif oğlu, X19, X17 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X29, X23, Ərizəçi4 Yusif oğlu, X25, X19, X8 mülkiyyətinə verilmiş Ağdaş rayonu, Yenicə kəndi ərazisində yerləşən 5.45 kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair JN 193 KOD 90300038 dövlət aktının Ərizəçi1, Musayeva (Günəşova) Ləman Yusib qızı, Ərizəçi4, Həsənova (Günəşova) Röyalə Yusib qızı, Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası A.R.İ.N yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar