Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1841/2022 14.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı “Sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı “Sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1974-cü ildə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuşdur. Onların, yəni o, X20, X4, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs5 adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 6.53 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-148 KOD 90300038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəösmiləşdirilmişdir. X18 25 oktyabr 1999-cu ildə hipertoniyadan, X4 07 mart 2008-ci ildə miokardın işemiyasından ölmüşdür. Həmin JN-148 KOD 90300038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında onun adı və ata adı səhvən “Nəzakət Bayraməli qızı” kimi, X1 və ata adı “X3” kimi qeyd edilmişdir. Həmin qeydiyyat JN-148 KOD 90300038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış yalnışlıqdır. Hazırda həmin JN-148 KOD 90300038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış yanlışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Buna görə də X20, X3, X8, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 adına rəsmiləşdirilmiş JN-148 KOD 90300038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X20, X5, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 , Ərizəçi, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan ölüm haqqında arayışların surətlərindən görünür ki, X20 25 oktyabr 1999-cu ildə, X4 07 mart 2008-ci ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında olan şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 atası X12, anası X13r. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 288 nömrəli, 04 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə anadan olub. Hal-hazırda Ağdaş rayonu, Yenicə kəndində yaşayır və təsərrüfat başına kitabda qeydiyyatdadır. İş materiallarında olan JN-148 KOD 90300038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 24 noyabr tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Yenicə kəndi ərazisində 6.53 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X14 və ailə üzvləri X3, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X9, Maraqlı şəxs4, Maraqlı şəxs5 mülkiyyətinə verilmişdir. İşdə materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi ünvanlanmış 10 oktyabr 2022-ci il tarixli **********13 №-li məktubdan görünür ki, JN-148 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu Yenicə kəndində yerləşən 6.53 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X14 və ailə üzvləri X3, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X8, Maraqlı şəxs4, Maraqlı şəxs5 mülkiyyətinə verilməsinə dair JN-148 KOD 90300038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X14 və ailə üzvləri X4, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Ərizəçi, Maraqlı şəxs4, Maraqlı şəxs5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1841/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1841/2022
14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver