Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1845/2022 19.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçılar Ərizəçi1 və Ərizəçi2, Cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə İddiaçılar Ərizəçi1 və Ərizəçi2 cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və üçüncü şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Ərizəçi1 və Ərizəçi2 cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və üçüncü şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar Ərizəçi1 və Ərizəçi2 iddianı müdafiə etdilər. Məhkəmə iclasında cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Maraqlı şəxs3 və üçüncü şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh Maraqlı şəxs3 və üçüncü şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı onlara ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılmasını tələb etsə də, işin materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adların fərqli olmasına (X1 və X3) görə həmin şəhadətnamənin iddiaçı və onun ailə üzvlərinə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Bu isə işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul ediləcəyi təqdirdə əsaslı şəkildə iddiaya hüquqi münasibət bildirilməsinə təsir edir. Belə olan halda isə iddia ərizəsinə əlavə edilmiş sənədlər kifayət etmədiyindən, iddia tələblərinə mahiyyəti üzrə hüquqi münasibət bildirmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1 - 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar Ərizəçi1 və Ərizəçi2 cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1845/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1845/2022
19.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver