Məhkəmə qərarları › İş №2(014)-1850/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1850/2022

21.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1850/2022 21.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1995-ci il tarixdə X18 ilə X12 ailəsində, onların rəsmi nikahlarından anadan olmuşdur. 01 avqust 2017-ci ildə o, Kalaycı Selim adlı şəxslə rəsmi nikaha daxil olaraq Kalaycı soyadını qəbul etmişdir. “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə yaşadıqları ünvanda olan həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsi faktı kod nömrəsi 90301004 olan JN-004A nömrəli Şəhadətnamə ilə təsdiqlənir. Həmin vaxtdan onlara verilmiş torpaq sahəsi Ağdaş şəhər bələdiyyəsinin şəxsi təsərrüfat kitabında adlarına qeydiyyatda olmaqla, onların istifadəsindədir. Bu yaxınlarda o, qeyd edilən torpaq sahəsi üzərində mülki hüquqlarını həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon şöbəsinə müraciət etmiş və məlum olmuşdur ki, qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ailə üzvü kimi, onun anket göstəricilərinin əvəzinə hansısa X15 göstərilmişdir. Onun valideynlərinin nikahdan onların yalnız iki övladı, yəni o, və qardaşı X19 doğulduğundan o, əsaslı olaraq düşünür ki, hansısa bir texniki səhv nəticəsində barəsində söhbət gedən Torpağın mülkiyyətə verilməsinə dair X2 əvəzinə həyatda mövcud olmayan hansısa X15 göstərilmişdir. JN-0092 nömrəli, KOD nömrəsi 90308048 olan Dövlət aktındakı səhvin düzəldilməsi məqdəsi ilə o, həmin sənədi vermiş və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentiliyi və dövlət xidmətləri haqqında Əsasnamələrin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 №-li fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və Azərbaycan Respublikasının DT və XK ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə ləğv edilmiş DTXK hüquqi varisi olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və ona bu ərazi idarəsinin səlahiyyətinə aid deyil deyə xahişinin yerinə yetirilməsindən imtina edilmişdir. Eyni zamanda ona izah edilmişdir ki, onlara məxsus olan daşınmaz əmlakın dövlət reyestri üçün torpağın mülkiyyətə verilməsinə dair kod nömrəsi 90301004 JN-004A olan X3 kimi yazılan şəxsin X5 olması faktı müəyyən edilməsi barədə müvafiq məhkəmə aktı olmalıdır. Buna görə də Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 nömrəli Qərarı əsasında verilmiş JN: 004A nömrəli, KOD 90301004 kodlu, Ağdaş rayon Torpaq şöbəsində 2/5355 nömrə ilə qeydiyyata alınmış “Torpağın mülkiyyətə verilməsinə dair” X3 kimi yazılan şəxsin ona yəni, Əhmədova (hazırki vaxt Kalaycı) Şəhriz Məhərrəm qızı olması faktı müəyyən edilərək qeyd edilən sənədin ona məxsus olması haqqında qətnamə çıxarılması xahiş edilir. Ərizəçi vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi na ünvanlanmış 20 oktyabr 2022-ci il tarixli **********68 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsində JN-004A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1995-ci ildə Ağdaş rayonunda anadan olmuş X6 atası X18, anası X16r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 01 avqust 2017-ci ildə Kalaycı Selim ilə rəsmi nikaha girmiş, X13 “Kalaycı” soyadını qəbul etmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən Vəkil ünvanlanmış 26 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, X7 doğumu barədə “X11” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində araşdırma aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan JN-004A, KOD 90301004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə 0.05 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X12 və ailə üzvləri X20 və X7 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə 0.05 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X12 və ailə üzvləri X20 və X7 mülkiyyətinə verilməsinə dair JN- 004A KOD 90301004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 və ailə üzvləri X20 və X8 (hazırda X17) məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar