Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1851/2022 20.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Ağdaş XS-nın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən onun **********02630 saylı abonent koduna vurulmuş 486 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan İddiaçı 3043.83 (üç min qırx üç 83 qəpik) manat əsas borcun, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqının, ümumilikdə isə 3074.23 (üç min yetmiş dörd 23 qəpik) manat borcun (pulun) tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi (bank hesabları: ABB sabunçu filialı, Kod 805573, VöEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, AZəriqaz İB VÖEN**********, İBAN: AZ72İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağda. Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-499/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 2558 (iki min beş yüz əlli səkkiz) manat borc, 15 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən bildirmişdir ki, sayğac göstəricisinə əsasən hesablanmış 2558 manat borc hissəsində tutulmalı, təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı 486 manat manat borcun tutulması hissəsində rədd edilməlidir. Sözügedən işlə bağlı məhkəmə qətnaməsinin qüvvəyə minməsinə baxmayaraq cavabdeh hələ də 486 manat borcu silməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq istəyi nəticə verməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək esab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən məlum olur ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacın çıxış plastmas borusu deşildiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən məlum olur ki, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı 4860 m3 (və ya 486 manat) ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(014)-499/2021 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 2558 (iki min beş yüz əlli səkkiz) manat borc, 15 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1000 (min) manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 AZN–dən yuxarı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 777.60- 220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-nin X3 İstismarı İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı **********02630 saylı abonent koduna vurulmuş 486 (dörd yüz səksən altı) manat borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev. AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ-0300, Ağdaş rayonu, M.İsayev küç., 17 Tel: (020) ***-**-** Faks: (020) 235-50-63 www.aghdashcourt.gov.az Elektron ünvan 11 avqust 2020-ci il İş № 2(014)-1123/2020 X2 Ağdaş rayon, Qolqəti kəndi Surəti: Cavabdeh İB Baki şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 23 Ağdaş rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli 2(014)-1123/2020 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Məhkəmənin Hakimi: Nizam Əliyev Ağdaş Rayon Məhkəməsi Göndərilən məktubların reyestri №________ Hakim: Nizam Əliyev 2020 Təhvil İşin Soyad, Ad və Atasının adı Göndərilmə № Ünvan alma nömrəsi (təşkilat) növü tarixi Ağdaş rayon, Qaradağlı 1 1782 X2 cavablı küçəsi 1/11 Baki şəhəri, Xətai rayonu, 2 1782 Cavabdeh İB cavablı Y.Səfərov küçəsi 35 № 2(014)- 172/2021 AZƏRBAYCAN RЕSPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏN ÇİXARİŞ 28 yanvar 2021-ci il Ağdaş şəhərində. Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı X1 iştirakı, İddiaçı X1 Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-nin X3 İstismarı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən X1 **********00300 saylı abonent koduna vurulmuş 216 (iki yüz on altı) manat borc silinsin. İş üzrə 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: NİZAM ƏLİYEV. İş № 2(014)-898/2020 İCRAVƏRƏQƏSİ 28 iyul 2020-ci il Ağdaş rayon Məhkəməsi Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı «Əsassız hesablanmış borcun silinməsi » tələbinə dair iddiası üzrə mülki işə Ağdaş rayon Məhkəməsinin binasında aşıq məhkəmə iclasında baxaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh İB-nin X3 İstismarı İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən X1 **********00030 saylı abonent koduna vurulmuş 777.60 (yeddi yüz yetmiş yeddi 60 qəpik) manat borc silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə 28 avqust 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununu 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borcluların adı, ünvanı, bankdakı hesablaşma hesabının N:-si: Cavabdeh İB – ünvan 2 ünvanı, bankdakı hesablaşma hesabının N:-si: X2 – Ağdaş şəhər, Babək küçəsi-16 İcra vərəqəsi 28 avqust 2020-ci il tarixdə verilmişdir. Məhkəmə möhürünün yeri: HAKİM: AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ-0300, Ağdaş rayonu, M.İsayev küç., 17 Tel: (020) ***-**-** Faks: (020) 235-50-63 www.aghdashcourt.gov.az Elektron ünvan 28 avqust 2020-ci il İş № 2(014)-898/2020 Bakı şəhəri, Xətai rayon İcra və Probasiya Şöbəsinə İddiaçı X1 Cavabdehnə qarşı «Əsassız hesablanmış borcun silinməsi » tələbinə dair 2(014)-898/2020 saylı mülki iş üzrə məhkəmənin 28 iyul 2020-ci il tarixli icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə məhkməyə rəsmi məlumat verməniz xahiş olunur. Qoşma: icra vərəqəsi, qətnamənin və şəxsiyyət vəsiqəsinin surəti,. Məhkəmənin hakimi: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1851/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1851/2022
20.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver