Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1860/2022 08.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi mərhum valideynlərinin X8 və X4 mülkiyyətinə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-0035 saylı (KOD ********) Dövlət Aktı əsasında Ağdaş rayonunun Yenikənd kəndi ərazisində 3,06 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün və torpağa mülkiyyət hüququna dair JN-020A saylı (KOD ********) şəhadətnamə əsasında Ağdaş rayonunun Yenikənd kəndi ərazisində 0,35 ha həyətyanı torpaq sahəsi verilmişdir. X2 08 mart 2014-cü ildə, anası X16 isə 11 yanvar 2015-ci ildə vəfat etmişlər. X38 atasının ata adı, şəhadətnamədə isə anasının ata adı səhv yazılmışdır. X39 (JN-0035 nömrəli KOD ********) göstərilən “X9” ilə ölüm haqqında şəhadətnamədə göstərilən “X8” adları arasında və şəhadətnamədə JN-020A saylı (KOD ********) göstərilən “X17” ilə ölüm haqqında şəhadətnamədə göstərilən “X16” adları arasında uyğunsuzluq mövcuddur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyi üçün atasının və anasının ata adlarında olan səhvin düzəldilməsi ilə əlaqədar tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlkanın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin orada bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur, qeyd olunanlara əsasən ərizənin icrasından imtina edilmişdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edilməsi ona valideynlərindən qalmış miras əmlakın adına sənədləşdirilməsi və torpaqdan istifadə ilə bağlı imtiyazlardan istifadə etməyi üçün lazımdır. Həmin faktın başqa qaydada müəyyən edilməsi və ya əldə edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən Ağdaş rayonu, Yenikənd kəndi ərazisində yerləşən 3,06 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin X9 və X4 mülkiyyətinə verilməsinə dair JN-0035 saylı KOD 90303038 Dövlət X1 və X10 və Ağdaş rayonunun Yenikənd kəndi ərazisində 0,35 ha həyətyanı torpaq sahəsinin X8 və X5 mülkiyyətinə verilməsinə dair JN-020A saylı KOD 90303038 şəhadətnamənin X8 və X10 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin valideynlərinin adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpaqların sənədində ərizəçinin valideynlərinin ata adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da özündən əvvəl ifadə vermiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********71 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 0035 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, X9 və X10 Ağdaş rayonu, Yenikənd kəndindən 3,06 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 220A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 və X11 Ağdaş rayonu, Yenikənd kəndindən 0,35 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Xaldan rayon Nemətabad kənd soveti tərəfindən verilmiş 26 noyabr 1950-ci il tarixli, İE № 520038 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X26 1933-cü ilin avqust ayında Xaldan rayonunda anadan olmuşdur. X20 anası isə Əliyeva Arifədir. İşin materiallarında olan Xaldan rayon Nemətabad kənd soveti tərəfindən verilmiş 04 may 1956-cı il tarixli, İE № 215147 saylı evlənmə haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 ilə X26 04 may 1956-cı il tarixdə 3 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada İsgəndərova soyadı verilmişdir. İşin materiallarında olan Xaldan rayon Nemətabad kənd soveti tərəfindən verilmiş 05 aprel 1963-cü il tarixli, AZ № 364737 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1963-cü il tarixdə Ağdaş rayonunun Yenikənd kəndində anadan olmuş, X2, anası isə X12r. İşin materiallarında olan xx.xx.2022-ci il tatixli, **********911 saylı ərizədən görünür ki, X6 atasından qalmış mirasdan imtina etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tatixli, **********437 saylı ərizədən görünür ki, X18 atasından qalmış mirasdan imtina etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tatixli, **********207 saylı ərizədən görünür ki, X7 atasından qalmış mirasdan imtina etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tatixli, **********447 saylı ərizədən görünür ki, X14 atasından qalmış mirasdan imtina etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tatixli, **********678 saylı ərizədən görünür ki, X19 atasından qalmış mirasdan imtina etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tatixli, **********439 saylı ərizədən görünür ki, X13 atasından qalmış mirasdan imtina etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tatixli, **********441 saylı ərizədən görünür ki, X14 anasından qalmış mirasdan imtina etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tatixli, **********679 saylı ərizədən görünür ki, X19 anasından qalmış mirasdan imtina etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tatixli, **********208 saylı ərizədən görünür ki, X7 anasından qalmış mirasdan imtina etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tatixli, **********438 saylı ərizədən görünür ki, X18 anasından qalmış mirasdan imtina etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tatixli, **********910 saylı ərizədən görünür ki, X6 anasından qalmış mirasdan imtina etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tatixli, **********440 saylı ərizədən görünür ki, X13 anasından qalmış mirasdan imtina etmişdir. İşin materiallarında olan Qərbi Qazaxstan vilayəti, Burlinsk rayon notariusu tərəfindən təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X15 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, bununla əlaqədar olaraq bütün hallarda məbləği, müddəti və digər şərtləri nəzərə almaqla qanunvericiliklə qadağan olmayan bütün əqdləri, o cümlədən alqı-satqı, bağışlama, hədiyyə qəbul etmək, dəyişdirmə, əmlakı ipotekadan (girov) qəbul etmək və təqdim etmək haqqında müqaviləni bağlamaq, bu səbəbdən bağlanmış əqdlər üzrə haqq-hesabları həyata keçirmək, mirası qəbul etmək və ondan imtina, miras əmlakın ona məxsus hissəsini bağışlamaq, vərəsəlik işlərini aparmaq, vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq, bütün əsaslarla şəxslərdən, idarə, təşkilat və müəssisələrdən, o cümlədən banklardan, poçt, teleqraf vasitəsilə ona çatası əmlakı, pul vəsaitlərini, əmanətləri, qiymətli kağızları və sənədləri əldə etmək, onu bütün dövlət orqanlarında, idarə və təşkilatlarda, notariat kontorlarında, “ASAN xidmət” mərkəzlərində, DƏDRX, kooperativ və ictimai təşkilatlarda təmsil etmək, onun adından tələb olunan sənədləri təqdim etmək, onun adından istənilən növ ərizələri imzalamaq və vermək, tələb olunan pul məbləğlərini ödəmək, həmçinin onun əvəzindən imzalamaq və bu tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hərəkətləri və rəsmiyyətləri yerinə yetirmək hüquqlarını Ərizəçi vermişdir. Beləliklə, məhkəmə iclasında Ərizəçi izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi mərhum X2nun ata adında Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli, 03 saylı qərarına əsasən JN-0035 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq “X8” əvəzinə “X9” yazılmış və Ərizəçi mərhum anası X4 ata adında Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 21 fevral 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-020A saylı (kod ********) şəhadətnamədə texniki səhv olaraq “X16” əvəzinə “X17” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin valideynlərinin sənəddə göstərilən ata adı onların şəxsiyyətini təsdiq edən sənəddəki ata adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli, 03 saylı qərarına əsasən JN-0035 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair dövlət aktının və Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 21 fevral 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-020A saylı (kod ********) şəhadətnamənin X8 və X10 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 17 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli, 03 saylı qərarına əsasən JN-0035 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair dövlət aktının və Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 21 fevral 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-020A saylı (kod ********) şəhadətnamənin X8 və X10 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1860/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1860/2022
08.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver