Məhkəmə qərarları › İş №2(014)-1862/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1862/2020

01.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1862/2020 01.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh “xxxx” ASC-in nümayəndəsi M.Məmmədovun iştirakı ilə İddiaçı “xxxx” ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan qanunsuz olmaqla hesablanaraq onun abonent koduna vurulmuş 272,72 manat pulun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində özünə məxsus evdə yaşayır. Yaşadığı evə görə quraşdırılımış elektrik sayğacı üzrə sərf etdiyi elektrik enerjisinə görə borcunu vaxtlıvaxtında ödəmişdir. Quraşdırılmış elektrik sayğacına ayda bir dəfə həmin ərazinin nəzarətçisi tərəfindən mütəmadi baxış keçirilmiş, istifadə olunan elektrik enerjisinə görə bildirişi ona təqdim etmişdir və sayğacda hər hansı nasazlıığın olması və ya evinə qanunsuz elektrik xəttinin çəkilməsi aşkar olunmamışdır. xx xxxx 2020-ci il il tarixdə “X7 Cəmiyyətinin əməkdaşları onun elektrik sayğacına baxış keçirmiş,sayğacdan kənar elektrik xəttinin olmasını aşkar etmişlər. Bildirir ki, o, həyətinin darvazadan giriş hissəsində X1yə əlavə zərurət yarandığı halda istifadə etmək üçün sayğacın çıxış hissəsindən əlavə xətt ayıraraq rozetka qoydurmuşdur. Cavabdeh orqanın əməkdaşlarına bunun sayğacın giriş hissəsində yox, çıxış hissəsində olduğunu sübut etsə də onlar onunla razılaşmayaraq akt tərtib etmişlər. O, həmin aktı imza etməkdən imtina etmişdir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, guya sayğacdan kənar xətt çəkərək elektrik enerjisindən qanunsuz istifadə etməyi nəticəsində 272.72 manat elektrik enerjisi itirildiyindən həmin məbləğ onun **********00788 saylı abunə koduma vurulmuşdur. O, bütün bunlara aydılıq gətirmək məqsədi ilə cavabdeh orqanın X2rkən ona xx xxxx 2020-ci il tarixli 190570 nömrəli məişət abonenti (əhali) istehlakçılar qrupu barədə aktın, xx xxxx 2020-ci il tarixli ******* nömrəli nömrəli sayğacların yoxlanılması və quraşdırıması haqqında protokolunun surəti verməklə kifayətlənmişlər. Bildirir ki, o, heç vaxt kənar xətt vasitəsi ilə X1 etməmiş və etsəydi belə bu nəzarətçi tərəfindən dərhal aşkar olunardı. Ona görə də hesab edir ki, həmin akt cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş və həmin akta əsasən 272,72 manat itirilmiş enerjisinin dəyəri qanunsuz olaraq hesablanaraq onun abunə koduna vurulmuşdur ki, bu da istehlakçı kimi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı iddiasını bu kimi səbəblərdən dolayı qanunsuz və əsassız hesab edir. Belə ki, “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” X6 və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X4 əməkdaşları tərəfindən Ağdaş rayonunun Yuxarı Ləki kəndində yaşayan elektrik enerjisi istehlakçıları tərəfindən “X1 Qaydaları”na riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman İddiaçı yaşadığı evdə sayğacdan kənar elektrik qovşağının olması müəyyən edilmişdir. Xüsusi ölçmə vasitəsi olan ampermaşa ilə ölçü aparılmış və sayğacdan keçən enerjinin yükünün 0,6 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı İddiaçı, hal şahidlərinin iştirakları ilə “X1 Qaydalarının” tələblərinə uyğun olaraq sənədləşdirilərək AKT R №190570 saylı Akt tərtib edilmişdir. İddiaçı barəsində “X1 Qaydalarının” tələblərinə uyğun olaraq tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. İddiaçı barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 190570 saylı Akta əsasən “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 360 gün müddətinə yenidən hesablama aparılaraq iddiaçı tərəfindən qanunsuz istehlak edilmiş, dəyəri 255,19 manat təşkil edən 3629 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.32-ci bəndində Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılırgöstərilmişdir. Bildirir ki, iddiaçı barəsində “EEİQ”nın pozulması haqqında Akt tərtib edilərkən enerjitəchizatı müəssəsinin əməkdaşları tərəfindən ona qarşı hər hansı bir hüquqazidd və qərəzli hərəkətlərə yol verilməmiş, mübahisələndirilən akt “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materialları ilə müəyyən olunur ki, “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” X6 və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X4 əməkdaşları tərəfindən Ağdaş rayonunun Yuxarı Ləki kəndində yaşayan elektrik enerjisi istehlakçıları tərəfindən “X1 Qaydaları”na riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman İddiaçı yaşadığı evdə sayğacdan kənar elektrik qovşağının olması müəyyən edilmişdir. Xüsusi ölçmə vasitəsi olan ampermaşa ilə ölçü aparılmış və sayğacdan keçən enerjinin yükünün 0,6 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı İddiaçı, hal şahidlərinin iştirakları ilə “X1 Qaydalarının” tələblərinə uyğun olaraq sənədləşdirilərək AKT R №190570 saylı Akt tərtib edilmişdir. İddiaçı barəsində “X1 Qaydalarının” tələblərinə uyğun olaraq tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. İddiaçı barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 190570 saylı Akta əsasən “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 360 gün müddətinə yenidən hesablama aparılaraq iddiaçı tərəfindən qanunsuz istehlak edilmiş, dəyəri 255,19 manat təşkil edən 3629 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.32-ci bəndinə əsasən Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə iclasında müəyyən olundu ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən Ağdaş rayonunun Yuxarı Ləki kəndində yaşayan elektrik enerjisi istehlakçıları tərəfindən “X1 Qaydaları”na riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilən zaman İddiaçı yaşadığı evdə sayğacdan kənar elektrik qovşağının olması müəyyən edilmişdir. Xüsusi ölçmə vasitəsi olan ampermaşa ilə ölçü aparılmış və sayğacdan keçən enerjinin yükünün 0,6 kvt təşkil etdiyi müəyyən edilmişdir. Kənar elektrik xəttinin iddiaçı tərəfindən istifadəsi nəticəsində 3629 kvt.saat miqdarında itirilmiş elektrik enerjisinin olduğu müəyyən edilmiş və buna əsasən iddiaçıya 255,19 manat borc yazılmışdır. İddiaçı aşkar edilmiş kənar xəttin ona məxsus olmadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi haqqında iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar