Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1862/2022 12.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 3.0 ha kənd təsərrüfatlı torpaq sahəsinin Ərizəçi verilməsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin xx.xx.2011-ci il tarixli, 481 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində yanlışa yol verilərək X8 qeyd edilmişdir. Hazırda həmin yalnışlıqlar ərizəçi tərəfindən hər hansı bir formada düzgün qeyd etdirilə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Buna görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin xx.xx.2011-ci il tarixli, 481 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində Ağdaş rayon Şordəhnə kəndində yerləşən 3.0 ha kənd təsərrüfatlı torpaq sahəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə Ərizəçi ünvanlanmış 22 iyun 2022-ci il tarixli **********68 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsində xx.xx.2011-ci il tarixdə, 481 nömrə ilə qeydiyyata alınmış Torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1965-ci ildə Ağdaş rayonu, Şordəhnə kəndində anadan olmuş Ərizəçi atası X1, anası X3r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 15 iyul 1989-cü ildə X2 ilə rəsmi nikaha girmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsində xx.xx.2011-ci il tarixdə, 481 nömrə ilə qeydiyyata alınmış Torpaq sahəsinin planı və ölçüsünə dair sənədin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 30000.00 kv.m kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi Ağdaş Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2- 23.2007 saylı qətnaməsi ilə X4 adına rəsmiləşdirilmiş, X7 kitabında xx.xx.2011-ci il tarixdə 481 nömrə ilə uçota alınıb. İş materiallarında olan Ağdaş rayon Şordəhnə bələdiyyəsinin 26 fevral 2008-ci il tarixli, 02 saylı iclas protokolundan Çıxarışın surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə, D/T və X/K-sı Ağdaş rayon şöbəsinin xx.xx.2008-ci il tarixli 44 saylı rəyinə əsasən Şordəhnə kənd sakini Ərizəçi BEF torpaqları hesabına 3.00 ha pay torpağı verilmişdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş 44 nömrəli, xx.xx.2008-ci il tarixli, 13 aprel 2007-ci il 2-23 №-li qətnaməsinə əsasən DT və KX-nın Ağdaş rayon şöbəsinin rəyindən görünbür ki, Qətnamədə Şordəhnə kənd sakini iddiaçı Ərizəçi məhkəmə qətnaməsi ilə çatışmayan pay torpağı bələdiyyə torpağı hesabına təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Şordəhnə kənd inizbati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 278 nömrəli, 28 dekabr 2019-cu il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli №2-23.2007 saylı qətnaməsi ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3 ha torpaq sahəsi, qərara uyğun olaraq X7 kitabında xx.xx.2011-ci il tarixdə 481 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsündə adlı siyahısında vətəndaşın adında texniki səhvlərə yol verilmişdir. Belə ki, X8 əvəzinə Ərizəçi olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu Şordəhnə kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən X4 adına verilmiş xx.xx.2011-ci il tarixli, 481 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1862/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1862/2022
12.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver