Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1888/2020 22.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, ərizəçilər İddiaçı2 və İddiaçı1 maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı “ mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzülü hesab edilərək uzadılmasına və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizənin məhkəmə icraatının mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər İddiaçı2 və İddiaçı1 maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı “ mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzülü hesab edilərək uzadılmasına və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2009-cu ildə Ağdaş rayonun, Pirkəkə kəndində ölmüş X2 və xx xxxxx 2013-cü ildə Ağdaş rayonunun, Pirkəkə kəndində ölmüş X1 ölümündən sonra, yəni vərəsəliyin açıldığı vaxtdan sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddətin onlar tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması və onların ölümündən sonra Ağdaş rayonun, Pirkəkə kəndində miras qalmış 1.92 hktar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət mirasın onların tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Belə ki, ərizədə ərizəçilər və maraqlı şəxs qeyd edilsə də, ərizənin özündə iddia ərizəsi ifadəsindən istifadə edilmişdir. Ərizənin nəticə hissəsində qeyd edilən tələblər verilmiş prosessual sənədinin iddia ərizəsi və ya xüsusi icraata qaydasında baxılması tələb edilən ərizə olması bəlli deyil. Əgər tələbin xüsusi icraat qaydasında baxılması tələb edilirsə, bu zaman tərəflər ərizəçi və maraqlı şəxs adlanmalı, xüsusi icraat qaydasında baxıla biləcək işlərin siyahısında göstərilməlidir. Eyni zamanda ərizədə xüsusi icraat və iddia icraatı qaydasında baxılmalı olan tələblər qeyd edilmişdir ki, bunlarında da eyni zamanda baxılması Mülki Prosessual qanunvericiliyin tələbləri baxımından mümkün deyildir AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsidə göstərilir ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 89.4-cü maddəsində qeyd edilir ki, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə ğörə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Ərizə bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunu riayət edilmədən tərtib edildiyindən, həmçinin ərizəyə sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri əlavə edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 152.1.7-ci-ci maddələrinin tələblərinə görə, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-ci maddələrinin tələblərinə uyğun tərtib edilmədikdə, habelə ərizədə bir biri ilə əlaqədar olmayan tələblər birləşdirildikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçiyə izаh еdilməlidir ki, qеyd оlunаn nöqsаnları аrаdаn qаldırdıqdаn sоnrа, təkrаrən ərizə ilə məhkəməyə mürаciət еdə bilər. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 149, 152.1, 152.1.1, 152.2, 152.3, 152.4, 268-269-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ : Ərizəçilər İddiaçı2 və İddiaçı1 maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı “ mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzülü hesab edilərək uzadılmasına və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1888/2020
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1888/2020
22.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver