Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1893/2022 21.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonunun Xosrov kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı evdə quraşdırılmış elektrik sayğacı üzrə sərf etdiyi elektrik enerjisinə görə borcunu hər ay vaxtında ödəyir. Quraşdırılmış elektrik sayğacına ayda bir dəfə həmin ərazinin nəzarətçisi tərəfindən mütəmadi olaraq baxış keçirilmiş və istifadə olunan elektrik enerjisinə görə bildirişi ona təqdim edilmişdir. Sayğacda hər hansı nasazlığlın olması barədə ona bildirilməmişdir. Cavabdeh orqan tərəfindən ona sayğaca müdaxilə oduğu üçün 665 manat əsassız cərimə hesablanmışdır. Sayğac yararsız hala düşsədə onun günahı olmamışdır. Buna sübut da, yeni sayğac quraşdırıldıqdan sonra sərfiyyatı artmamışdır əksinə azalmışdır. Həmçinin sayğac harada və kimlərin iştirakı ilə yoxlnılması məlum deyil. Yoxlamada iştriakı təmin edilməmişdir. Qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı Ağdaş şəhəri, Xosrov kəndində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 04 sentyabr 2022-ci il tarixli, 271175 saylı akt nəticəsində hesablanmış 665 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 04 sentyabr 2022-ci il tarixli, 271175 saylı akt nəticəsində hesablanmış 665 manat məbləğində borcun silinməsi tələbinə dair iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, 04 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin Göyçay EŞ-nin əməkdaşları Ayət Mehtiyev, Kənan Mustafayev və Babək Babayev tərəfindən X4 xidməti ərazisinə daxil olan Xosrov kəndində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman sayğacın abonentin həyətində yerləşdiyi, sayğacın üst hissəsindən deşik açaraq deşikdən sayğacın içərisinə sancaq taxaraq sayğacın hesab mexanizminin dayandırılması aşkar edilmişdir. Hesabat sayğaca gələn kabelin en kəsiyinə görə (S=4 mm2) aparılır. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Proqram bazası”nda **********3 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydaları”nın pozulması haqqında AKT R № 271175 nömrəli akt tərtib edilmişdir. Aktın tələb hissəsində “sayğac yeni sayğacla dəyişdirilsin. Hesablanacaq məbləğ ödənilsin. Çıxarılan sayğac laboratoriyaya göndərilib rəy verilsin.” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Qüsurlu elektrik hesablama sayğacı “pozuntu faktını aşkar etmiş əməkdaşlar tərəfindən “EEİQ”-nin tələblərinə uyğun olaraq qablaşdırılaraq laborataoriya şəraitində yoxlanması üçün götürülmüşdür. “Mərkəzi Aran” RETSİ-nin Sayğacquraşdırma bölməsinin Ağdaş EŞ üzrə texnik S.Abubəkirov tərəfindən iddiaçının yaşadığı evdə istismarda olmuş DDS-26 tipli, sayğac nömrəsi ********** olan elektrik hesablama sayğacı yeni PAUD-MP 106 tipli zavod nömrəsi **********7 olan elektrik hesablama sayğacı ilə əvəz edilərək iddiaçının istifadəsinə verilmişdir. Sayğacın dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli, “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 261162 №-li protokol tətib edilərək icraçı S.Abubəkirov və istehlakçı İddiaçı tərəfindən imzalanmışdır. Qüsurlu elektrik hesablama sayğacı 20 sentyabr 2022-ci il tarixdə “Mərkəzi Aran” RETSİ-nin Sayğacquraşdırma bölməsində laboratoriya şəraitində yoxlanılaraq “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması” barədə 015801 saylı protokol tərtib edilmişdir. Protokolun “yoxlama zamanı aşkar olunan qüsurlar hissəsində” “Sayğacın gövdəsi üst tərəfindən deşilib. Hesab mexanizmin rəqəmlərində çoxsaylı müdaxilə izləri var. Enerji uçot dəsti pozulub” qeydiyyatı aparılmışdır. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən xx.xx.2022-ci il tarixli, AKT R № 271175 saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə hesablama aparılaraq dəyəri 665,59 manat təşkil edən 5443 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: P= 3,6 kvt, W=3,6 kvt x 90 gün x 24 saat x 0,7 =5443 kvt s 600 kvts x 0,08 man= 48,0 manat 300 kvts x 0,09 man = 27,0 manat 4543 kvts x 0,13 man = 590,59 manat Cəmi: 665,59 manat. Aşkar edilmiş pozuntu faktının enerji təchizatı müəssisəinin əməkdaşları tərəfindən video çəkilişi aparılmışdır. İddiaçı məhkəməyə müraciət etdiyi ərizəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən barəsində akt tərtib edilərkən “Qaydalar”ın 8.33-cü bəndinin tələblərinin pozularaq 2 nəfər hal şahidinin iştirakının təmin edilmədiyini bildirmişdir. Halbuki, İddiaçı barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər-hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş X1ydalarında dəyişiklik edilmişdir. Həmin Qərarla “Qaydalar”ın 8.32 və 8.33-cü bəndləri çıxarılaraq 8.17ci bəndi yeni redaksiyada verilmişdir. Dəyişikliyə görə, X1ydalarının 8.17-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablan.” Məhkəmənin nəzərinə çatdırırır ki, İddiaçı pozuntu faktının aşkar edilərək müvafiq sənədləşdirmə və video çəkiliş aparılmasında şəxsən iştirak etmişdir. Video çəkilişdə İddiaçı enerji pozuntusu faktını aşkar etmiş əməkdaşlardan pozuntu ilə əlaqədar enerji verilişinin dayandırılmamasını xahiş etdiyi, bu işi “yola vermələrinin” mümkün olubolmadığını, hər bir halda bu işi “yoluna qoyacağını” bildirməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən, iddiaçi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 04 sentyabr 2022-ci il tarixli, 271175 saylı akt nəticəsində hesablanmış 665 manat məbləğində borcun silinməsi tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan "xxxx" ASC-nin 04 sentyabr 2022-ci il tarixli, № 271175 saylı aktdan görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə verilən elektrik enerjisinin sayğacına baxış keçirilən zaman akt tərtib edilmiş, həmin aktı hər 3-ü "xxxx" ASC-nin əməkdaşı olmaqla cəmi 3 nəfər imzalamışdır. Mehtiyev Ayət "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 aparat üzrə mühəndis vəzifəsində, Mustafayev Kənan və Babək Babayev isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 nəzarətçi mühəndis vəzifəsində işləyirlər. Həmin akda qeyd edilmişdir ki, abonent sayğacın üst hissəsindən dəlik açmış və həmin dəlikdən sancaq vasitəsi ilə hesablama mexanizmi dayandırılmışdır. Hesabat sayğaca gələn kabelin en kəsiyinə görə S=4mm2 ilə ölçü aparılmışdır. Tələb qrafasında sayğac yeni sayğacla dəyişdirilsin, hesablanacaq məbləğ ödənilsin və çıxarılan sayğac laboratoriyaya göndərilib rəy alınsın qeyd edilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № 261162 saylı protokoldan görünür ki, İddiaçı yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacı yeni smart tipli sayğacla əvəz olunmuş, sayğac göstəricisi sıfırlanmışdır. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilat tərəfindən verilmiş 8119**********3 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, iddiaçının ünvan 2i ünvanında elektrik sayğacı xx.xx.2007-ci il tarixdə quraşdırılmış, sonuncu dəfə xx.xx.2022ci il tarixdə isə yenisi ilə əvəz edilmiş, sayğac quraşdırılma tarixinə abonentə sayğac oxunması üzrə 0,32 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 665,91 manat təşkil edir. İşin materiallarında olan "xxxx" ASC-nin sentyabr 2022-ci il tarixli, № 271175 saylı icra vərəqəsindən görünür ki, sayğaca sancaq taxılaraq hesab mexanizminin dayandırılmasına görə P = 3.6 kVt, W = 3.6 kVt x 90 gün x 24saat x 0.7 = 5443 kVts, 600 kVts x 0,08 = 48 manat, 300 kVts x 0,09 = 27 manat, 4543 kVts x 0,13 = 590,59 manat, cəmi: 48 manat + 27 manat + 590,59 manat = 665,59 manat hesablanmışdır. İşin materiallarında olan bildiriş-xəbərdarlıq qəbzindən gürünür ki, "xxxx" ASC-nin nəzarətçisi Mustafayev Kənan tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı mənzilinə quraşdırılmış sayğaca baxış keçirilmiş və 4,96 manat ödəniləcək məbləğ hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1ydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının yaşadığı ünvan 2i ünvanında elektrik sayğacı quraşdırılmış, həmin sayğaca xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman sayğaca abonent tərəfindən müdaxilə olunduğu aşkar edilmişdir. Bundan sonra ona 90 gün nəzərə alınmaqla borc hesablanmışdır. Halbuki, abonentin sayğacına bu fakt müəyyən edildikdən 23 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və həmin tarixdə sayğaca müdaxilə və s. nöqsan olmamışdır. Belə olan halda isə abonentə nöqsanın aşkar olunduğu tarixdən üç ay əvvələ borc hesablanması qanunsuz olmuş və yalnız sonuncu baxışdan faktın aşkar olunduğu tarixədək cərimə hesabla bilərdi. Belə ki, Qaydaların 8.15-ci bəndində də hesablaşmanın 90 gün üçün aparılması deyil, üç aydan çox olmayan müddətdə yenidən hesablanması nəzərə tutulmuşdur. Həmçinin, hesablaşma aparılarkən "xxxx" ASC nəzərə almalı idi ki, Qaydaların 8.2ci bəndinə əsasən hesablaşma dövrü 1 ay qəbul olunduğundan, onların əməkdaşları bir vəzifə olaraq hər ay sayğaca baxış keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən abonentə 665,91 manat borc hesablanmasına baxmayaraq, abonentin üzərində yalnız son 23 günün borcu saxlanılmalı, qalan borc əsassız olduğundan silinməlidir. Cavabdeh orqanın etirazında istinad etdiyi düstur əsasında hesablanmaqla (90 gün üçün 5443 kvts olduğundan, 23 gün üçün 1391 kvts olmalı (600+300+491=1391), məbləğ isə 600 kvts hissədə 0,08 manat, növbəti 300 kvts hissədə 0,09 manat, qalan 491 kvts hissədə isə 0,13 manat kimi nəzərə alınmalıdır), iddiaçıya 23 gün üçün hesablanmalı olan məbləğ ((600 kvts x 0,08) +(300 kvts x 0,09) + (491 kvts x 0,013)) isə 138,83 manat təşkil edir. Göründüyü kimi akt üzrə hesablanmış borc 138,83 manat hissədə əsaslı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 8119**********3 saylı abonent koduna hesablanmış 526,76 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı 8119**********3 saylı abonent hesabına 04 sentyabr 2022-ci il tarixli, № 271175 saylı akt əsasında hesablanmış 526,76 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1893/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1893/2022
21.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver