Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1998/2021 28.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan "xxxx" ASCnin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanaraq onun abonent koduna vurulmuş 490.02 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin iyul ayında "xxxx" ASCnin əməkdaşları tərəfindən ona aid olan yaşamadığı ünvanın sayğacına baxış keçirilmişdir. Bundan sonra N 207037 nömrəli 13 iyul 2021-ci il tarixli akt tərtib edilərək aktda göstərilmişdir ki, sayğacın dövlət və alt qapaq möhürlərində müdaxilə izləri vardır. Aktda qqeyd edilənlər hamısı yalandır. Belə ki, o göstərilən ünvanda illərdir yaşamır. Çünki yeni tikdirdikləri evlərində ailəsi ilə birlikdə yaşayır. Cərimə yazılan ünvanda sayğacın yerləşdiyi yer kol-kosluqdur. Heç həmin həyətə həftələrdir getmir. Ona həmin ünvanda qanunsuz işıq işlətmək lazım deyil. Çünki həmin ünvanda yaşamır. O hər ay istifadə etdiyi işığın dəyərini poçt və ya bank vasitəsilə ödəyir və heç vaxt sayğaca müdaxilə etməmişdir.Yuxarıda göstərilən faktları Azərişığın əməkdaşlarına dəfələrlə desə də, narahat olmamağını və onluq birşsey olmaadığını bildirmişlər. Lakin bir neçə müddət küçəndən sonra sayğaca cərimə yazıb abonent koduna vurmuşlar və labaratoriynın qərarına əsasən guya onun sayğaca müdaxilə etdiyi yazılmışdır. Onun həmin ünvanda yaşamadığına dair faktı iddiaya əlavə etdiyi icra nümayəndəliyinin arayışından da bilmək olar. Yaşadığı evin qapısının çölünə quraşdırılan sayğaca o cavabdeh dura bilmir. Belə ki, hər ay nəzarətçinin tərtib etdiyi məbləğə uyğun enerji haqqını ödəmiş və müvafiq olaraq qeydiyyatı aparmamışdır.Lakin sonradan ona bildiriş göndərmişlər ki, onun 490.02 manat ödənilməmiş cərimə borcu yaranmışdır. Lakin tərəfindən elektrik sayğacına heç bir müdaxilə edilməmişdir. Azərişıq tərəfindən yazılanlar tam qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, artıq uzun müddətdir o sayğacın quraşdırıldığı evdə yaşamır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiayaya dair yazılı etirazını məhkəməyə göndərərək iddia tələbinin əsassız olduğundn rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddaçının məhkəmə iclasında iştirakını AR MPM-nin 185.4-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddiayaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanaraq onun abonent koduna vurulmuş 490.02 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. “İddiaçı iddia tələbini aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir”. Belə ki, 13 iyul 2021-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans Şöbəsinin rəisi Aydın Balaşov və aparıcı mühəndis Elşən Ədilov tərəfindən Ağdaş şəhərində yaşayan elektrik enerjisi istehlakçılar tərəfindən “EEİQ”-na riayət edilməsi vəziyyəti yoxlanılarkən məişət abonenti İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı İddiaçı məxsus yaşayış evini elektik enerjisi ilə təchiz edən DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacının alt qapaq möhrünün olmadığı, alt qapağının altında giriş-çıxış xətlərinin eyni yuvada birbaşa qoşularaq sayğacın sxemdən kənarlaşdırıldığı və elektrik enerjisindən birbaşa istifadə olunması faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın tələblərinə uyğun olaraq iddiaçı barəsində 13.07.2021-ci il tarixli AKT R № 207037 saylı Akt tərtib edilmişdir. Xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” vasitəsilə ölçü aparılaraq sayğacdan keçən elektrik enerjisinin yükünün 0.66 KVT təşkil etdiyi müəyyən edilmişdir. Sayğaca baxış İddiaçı iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Onun akta imza etməkdən imtina etməsi barədə aktın müvafiq hissəsində Enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə aktın müvafiq hissəsində qeydiyyat aparılmışdır. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilşi aparılmışdır. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən iddiaçı barəsində tərtib edilmiş 13.07.2021-ci il tarixli Akt R № 207037 saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 365 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 490.02 manat təşkil edən 5782 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır. P=0.66kvt, W=0.66 kvt x 24 s x 365 g x 0,7=5782 kvts, 3650 kvts x 0,07 =255.5 man, 397 kvts x 0,11=234.52 man, cəmi 255.5 man + 234.52 man = 490.02 man. Bildirir ki, İddiaçı adına Ağdaş EŞ-nin “Proqram bazası”nda qeydiyyatda olan elektrik hesablama sağyacının alt qapaq möhürünün olmadığı, alt qapağının altında giriş-çıxış xətlərinin eyni yuvada birbaşa qoşularaq sayğacın sxemdən kənarlaşdırıldığı və enerjidən birbaşa istifadə edilməsi faktı ilə əlaqədara Ağdaş EŞ-nin əməkdaşları tərəfindən “EEİQ”-nın tələblərinə uyğun olaraq iddiaçı barəsində AKT R №207037 saylı akt tərtib edilərkən və akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesabat aparılarkən ona qarşı hər-hansı bir hüquqazidd və qərəzli hərəkətlərə yol verilməmiş, akt iddiaçının iştirakı ilə “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. Belə ki, “EEİQ”-nın“ 8.32-ci bəndində "Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır" göstərilmışdir. İddiaçı yaşadığı evdə elektrik enerjisindən “Kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Göstərilənlərə əsasən İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və etirazlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 13.07.2021-ci il tarixli R 207037 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********04248) X1 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, İddiaçı məxsus yaşayış evini elektik enerjisi ilə təchiz edən DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacının alt qapaq möhrünün olmadığı, alt qapağının altında girişçıxış xətlərinin eyni yuvada birbaşa qoşularaq sayğacın sxemdən kənarlaşdırıldığı və elektrik enerjisindən birbaşa istifadə olunması faktı aşkar edilmiş, bununla əlaqədar 13.07.2021-ci il tarixli R 207037 saylı akt tərtib edilmişdir. İş materiallarında olan abunə kodu **********04248 olan abunə haqqında sənəddən görünür ki, 13.07.2021-ci il tarixli R 207037 saylı akta əsasən İddiaçı 365 gün müddəti üçün 490.02 manat əlavə ödəniş hesablanmışdır. İş materiallarında olan İcra Vərəqindən görünür ki, 365 gün müddətinə 5782 kvt saat miqdarında itirilmiş elektrik enerjisi dəyəri 490.02 manat müəyyən edilmişdir. İş materiallarında olan Ağdaş şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli 4034 saylı arayışdan məlum olur ki, İddiaçı Ağdaş şəhər 13.12.2018-ci il tarixədək M.P.Vaqif küçəsi 135 saylı evdə qeydiyyatda olmuş lakin, hal-hazırda Məşəd küçəsi dalan 1/6 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1 qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 13.07.2021ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********04248) X1 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, İddiaçı məxsus yaşayış evini elektik enerjisi ilə təchiz edən DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacının alt qapaq möhrünün olmadığı, alt qapağının altında girişçıxış xətlərinin eyni yuvada birbaşa qoşularaq sayğacın sxemdən kənarlaşdırıldığı və elektrik enerjisindən birbaşa istifadə olunması faktı aşkar edilmiş, bununla əlaqədar 13.07.2021-ci il tarixli R 207037 saylı akt tərtib edilmişdir. Akta əsasən iddiaçıya 490.02 manat əlavə ödəniş hesablanmışdır. Məhkəmə iddia tələbinin akta əsasən tətbiq edilən pulun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarına əsasən iddiaçıya 13 iyul 2021-ci il tarixli R 207037 saylı akta əsasən 490.02 manat borc hesablanmışdır. Akta əsasən iddiaçıya 490.02 manat məbləğində əlavə ödənişin hesablanması iddiaçının istifadə etdiyi elektrik enerjisi ilə müqayisədə çox olmaqla real vəziyyətə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı məxsus yaşayış evini elektik enerjisi ilə təchiz edən DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacının alt qapaq möhrünün olmadığı, alt qapağının altında giriş-çıxış xətlərinin eyni yuvada birbaşa qoşularaq sayğacın sxemdən kənarlaşdırıldığı və elektrik enerjisindən birbaşa istifadə olunmasına görə tərtib edilmiş akt əsasında cavabdehin itirilmiş elektrik enerjisinin bərpasına görə 490.02 manat məbləğində zərərin yaranmasını bildirsə də, iş üzrə həmin halların məhkəmədə tədqiq olunması zamanı iddiaçının məhz tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. Belə ki, əraziyə baxan cavabdehin işçisi tərəfindən 13 iyul 2021-ci il tarixə qədər iddiaçının mexaniki sayğacına baxış keçirilərkən sayğacın alt qapaq möhrünün olmadığı, alt qapağının altında giriş-çıxış xətlərinin eyni yuvada birbaşa qoşularaq sayğacın sxemdən kənarlaşdırıldığı və elektrik enerjisindən birbaşa istifadə olunması halı müəyyən edilməməklə bu hala dair hər hansı akt və ya xəbərdarlıq edilmədiyindən həmin akt üzrə 365 gün hesabı ilə itirilmiş elektrik enerjisinin dəyəri hesablana və iddiaçıdan qeyd edilən məbləğdə tam tutula bilməz. Azərbaycan Respublikası Respublikasının Mülki Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sayğac sxemindən kənar qoşulmanı nəzərə alaraq itirilmiş elektrik enerjisinin bərpasına dair zərərin hesablanma müddətini 1 ay müəyyən etməklə 33.27 (475.28*0.07=33.27) manat borcun iddiaçıdan alınıb cavabdehə ödənilməsi nəticəsinə gəlir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, əlavə ödəniş X1 üzrə hesablaşma dövrünə uyğun olaraq hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və iddiaçıya onun istifadə etdiyi elektrik enerjisi üzrə orta aylıq sərfiyyatına uyğun olaraq 33.27 manat məbləğində əlavə ödəniş hesablanmalı, akta əsasən hesablanmış borcun digər hissəsi – 456.75 manat isə əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yainız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kırni istinad etdiyi halları sübut etrnəlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin 13 iyul 2021-ci il tarixli R 207037 saylı aktına əsasən İddiaçı hesablanmış 490.02 manat borcun 456.75 manat hissəsi əsassız hesab edilərək iddiaçının **********04248 nömrəli abunə hesabından silinməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 AZN, 500 manatdan yuxarı olduqda isə 30 AZN müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 AZN–dən yuxarı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin 13 iyul 2021-ci il tarixli R 207037 saylı aktına əsasən İddiaçı hesablanmış 490.02 manat borcun 456.75 manat hissəsi əsassız hesab edilərək iddiaçının **********04248 nömrəli abunə hesabından silinsin. İddia digər hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 AZN dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1998/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1998/2021
28.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver