Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-200/2024 08.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı iştrakları ilə, İddiaçı, Cavabdehnə qarşı “təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ünvan 1i ünvanında fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın X4 sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmişdir, sərf etdiyi təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtlı-vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Cavabdeh İB-nın Zaqatala RQİİ-nin Ağdaş Xidmət sahəsinin əməkdaşları xx.xx.2023-ci il tarixində küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğacın düzgün işləməməsi qənaətinə gəlmiş, qaz sayğacını yenisi ilə əvəz edəcəklərini bildirərək qanunsuz akt tərtib etmişlər. Bundan sonra guya sayğaca tərəfindən müdaxilə olunduğu üçün sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün İTRİ-nin Qazservisinformatika departamentinə göndərilmişdir. Bundan əlavə 2023-cü il üçün abonent kimi ona təqdim edilmiş, Ağdaş XSdən aldığı saldonun surətindən görünür ki, həmin akt əsasında ona 1555.20 manat borc hesablanmışdır.Çox təkiddən sonra əldə edə bildiyi Cavabdeh İB-nın X3 İstismar İdarəsinin təqdim etdiyi “Qaz sayğaclarının quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktla tanış olduqda Ağdaş Xidmət Sahəsinin əməkdaşlarının bir çox qanunsuzluqlara yol verdiyi müəyyən olunur. Onların qanunsuzluqları aşağıdakılardan ibarətdir.Aktın surətindən görünür ki, guya iddiaçı sayğacın çıxarılaraq yeni sayğacın quraşdırılması üçün sifariş vermişdir. Bu Ağdaş Xidmət Sahəsinin əməkdaşlarının cəfəngiyatından başqa bir şey deyildir. Yəni mən heç bir sifariş verməmiş, sayğacın dəyişdirilməsini xahiş etməmişəm. Aktda imzası olan şəxslərin imzasının eyni stildə icra edilməsi onların tək bir şəxs tərəfindən icra edilməsini bildirməyə əsas verir.Aktda sayğacın sökülməsi zamanı sayğacın sərfiyyat göstəricisi qeyd edilməmişdir. Bu isə suiistifadə halına səbəb olmuşdur. Aktda iddiaçı ilə qaz paylayıcı arasında müqavilənin nömrəsinə, tarixinə istinad olunmamışdır.Aktda istismarda olan cihazların növü və sayı göstərilmişdir. Halbuki Zaqatala RQİİ-nin Ağdaş Xidmət sahəsinin əməkdaşları bircə dəfədə olsa iddiaçının evinə baxış keçirməmişdir, uydurma cihazlar qeyd etmişdirlər. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 3.1.2-ci bəndində göstərilir ki, qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. Ancaq aktda qazın təzyiqi aşağı olaraq göstərilmiş, bununla Ağdaş Xidmət sahəsi vəzifəsini yerinə yetirmədiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ının 3.3-cü bəndində göstərilir ki, nəzarət orqanlarının qaz qurğularına baxışına və əlaqədar təşkilatlar tərəfindən yoxlanmasına imkan yaratmalı, nəzarət orqanları və əlaqədar təşkilatların tələblərini yerinə yetirməlidirlər. Bundan belə nəticəyə gəlmək olur ki, qaz sayğacı mənzildə olmalı, zərurət olanda istehlakçı nəzarət orqanlarına baxış üçün şərait yaratmalıdırlar. Lakin onun evinə quraşdırılmış sayğac küçədə yerləşir, küçədə yerləşdiyi üçün də sayğacın heç bir halda kənar qüvvələr tərəfindən təsirə məruz qalmayacağına cavabdeh ola bilmir. Ağdaş Xidmət sahəsinin əməkdaşları tərəfindən yenisi ilə əvəz olunması adı ilə götürülən sonradan yoxlanılması üçün İTRİ-nin Qazservisinformatika departamentinə göndərilmiş, sonra da sayğaca müdaxilə etdiyi iddia edildiyi üçün təbii qazdan istifadə qaydalarını pozma haqqında ******* saylı saxta akt tərtib edilmişdir. Həmin aktdakı qanunsuzluqlar aşağıdakılardır. Aktda sayğaca heç bir zaman müdaxilə etmədiyi halda qanunsuz qazın həcmi onun sərfiyyatı olaraq hesablanmışdır. Halbuki Zaqatala RQİİ-nin Ağdaş Xidmət sahəsinin əməkdaşları ilkin olaraq inzibati araşdırma aparmalı, sayğaca müdaxilənin və qayda pozuntusunun kimin tərəfindən törədildiyini müəyyən etməli və İnzibati Xətalar məcəlləsinin 282-ci maddəsi ilə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması) protokol tərtib etməli idilər. Aktda evində istismarda olan cihazlar evinə baxış keçirilmədən qeyd edilmişdir. Buna görə də mövcud bir qaz pilətəsi əvəzinə əlavə olaraq da radiator soba əlavə edilmişdir ki, bu da qərəzli olaraq qazın həcmi artıq hesablanması üçün həyata keçirilmişdir. Göründüyü kimi cavabdeh orqan Cavabdeh İB-nın Zaqatala RQİİ-nin Ağdaş XS-nin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi iddiaçının qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. Hesab edir ki, Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ının 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia ərizəsini müdafiə etdiyini iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştrakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1ində yerləşən istehlakçı İddiaçı yaşadığı mənzilə xx.xx.2023-ci il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 12960 m3 borc hesablanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. İşin materiallarında olan qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 30 may 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Elestr tipli, G-4 markalı, 10594144 nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Zenner tipli, G-4 markalı, **********269 saylı sayğac quraşdırılmışdır. İş materiallarında olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ağdaş QİS-dən İddiaçı qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İş materiallarına əlavə edilmiş 18 yanvar 2024-cü il tarixli, **********01320 saylı abonent saldosundan məlum olur ki, İddiaçı 2023-cü ilin iyun ayına qədər 1555.20 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğac qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1555.20 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 35.56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların ləğvi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB-nin X3 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı **********01320 saylı abonent koduna yazılmış 1555.20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc silinməli, iş üzrə 35.56 (otuz beş manat, əlli altı qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanmış borcların ləğvi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-nin X3 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı **********01320 saylı abonent koduna yazılmış 1555.20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc silinsin. İş üzrə 35.56 (otuz beş manat, əlli altı qəpik) manat dövlət rüsumu Cavabdeh İBdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-200/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-200/2024
08.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver