Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-202/2024 24.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili X7, Cavabdeh Ağdaş Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə, Ağdaş Bələdiyyəsinə, Ağdaş rayon Notariat Ofisinə qarşı Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə, Ağdaş Bələdiyyəsinə, Ağdaş rayon Notariat Ofisinə qarşı Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 81A ünvanda yerləşən 0,07 ha torpaq sahəsi mərhum X6nun mülkiyyətinə verilmişdir. Bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(014)-152/2017 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Ağdaş X1 satmış olduğu 0,07 hektar torpaq sahəsinin Ağdaş Bələdiyyəsi tərəfindən Cavabdeh1 icrayə verilmiş 174 kv.m torpaq sahəsi hissəsində Ağdaş Bələdiyyəsinin ümumi iclasının 01 saylı 14 yanvar 2014-cü il tarixli qərarının, həmin qərar əsasında Ağdaş rayon Notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-İ ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsinin 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə üçüncü şəxsin adma verilmiş seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin olunması, Ağdaş Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 06 yanvar 2016-cı il tarixli, 01 saylı müqavilənamənin ləğv edilməsi qət edilmişdir. X6 16 iyun 2022-ci il tarixdə rəhmətə getmişdir. Bundan sonra o yoldaşından qalmış miras əmlakın qəbul olunması ilə bağlı notariat kontoruna müraciət etmişdir. Ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildi. Həmin şəhadətnamədə miras qalmış əmlakın ümumi sahəsinin 0.0526 ha torpaq sahəsi olduğu qeyd olunmuşdur. Bundan sonra o bununla bağlı cavabdeh idarəyə müraciət etmişdir. Lakin, cavabdeh idarə ona heç bir məlumat vermədi. Eyni zamanda da o cavabdeh idarədə olan zaman heç bir sənədə imza etməmiş, heç bir sənəd qəbul etməmişdir. Bu yaxınlarda ona məlum oldu ki, mərhum əri Fizuli İsmayılova RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışla mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsinin daxilində yerləşən 174 kv.metr torpaq sahəsi Ağdaş Bələdiyyəsinin 17 aprel 2019-cu il tarixli ümumi iclasının 04 saylı qərarına əsasən Ağdaş şəhər sakini Cavabdeh1 alqı-satqı olunaraq onun mülkiyyətinə verilmişdir. Bunun əsasında da Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hesab edirəm ki, mübahisəli olan 174 kv.metr torpaq sahəsinin Cavabdeh1 verilməsi tam qanunsuz və əsassızdır. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(014)-152/2017 saylı qətnaməsinə əsasən Ağdaş Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 06 yanvar 2016-cı il tarixli, 01 saylı müqavilənamə ləğv edilmişdir. Qeyd olunan 174 kv.metr torpaq sahəsi mərhum əri Fizuli İsmayılova məxsus torpaq sahəsinin daxilində yerləşdiyinə görə qeyd olunan torpaq sahəsi ilkin olaraq ona təklif olunmalı idi. Çünki qeyd olunan torpaq sahəsini əldə etməkdə üstünlük onun tərəfində olmuşdur. Lakin, buna baxmayaraq Ağdaş Bələdiyyəsi 17 aprel 2019-cu il tarixli ümumi iclasının 04 saylı qərarına əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 81-B ünvanda yerləşən 174 kv.metr torpaq sahəsini Cavabdeh1 alqı-satqı vasitəsi ilə onun mülkiyyətinə vermişdir. Hesab edir ki, bu tam qanunsuz və əsassızdır. Belə ki, 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Ancaq buna baxmayaraq Qanunvericiliyin tələbləri tam pozulmaqla Ağdaş Bələdiyyəsi tərəfindən 174 kv.metr torpaq sahəsinin Cavabdeh1 satılması qərara alınmışdır. Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin ümumi iclasının 17 aprel 2019-cu il tarixli, 04 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında Ağdaş rayon natariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv edilməsini və alqı-satqı müqaviləsi nəticəsində Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh1 nümayəndəsi və vəkili X14 məhkəməyə iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, İddiaçı Razim qızı Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinə, Ağdaş rayonu, Ağdaş Bələdiyyəsinə və Ağdaş rayon notariat kontoruna qarşı “Ağdaş bələdiyyəsinin ümumi iclasının 17 aprel 2019-cu il tarixli 04 saylı qərarının ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş bələdiyyəsinin ümumi iclasının 17 aprel 2019-cu il tarixli 04 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında Ağdaş rayon notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun bütün nəticələrinin ləğv edilməsivə alqı-satqı müqaviləsi nəticəsində Cavabdeh1 adma verilmiş xx.xx.2021-ci il tarixli ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə bildirişini və iddia ərizəsinin surətini almışdır. İddia ərizəsini qəbul etmir və göstərdiyi əsaslara görə rədd edilməlidir. Bildirir ki, Ağdaş bələdiyyəsi sədrinin 35 nömrəli 30 aprel 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpağın alqı-satqı Qaydalarının 9-cu bəndinə, nazirlər kabinetinin 20 iyun 2000-ci il tarixli 106 saylı qərarına və Ağdaş Bələdiyyəsi üzvlərinin ümumi iclasının 27 aprel 2001-ci il tarixli 04 saylı qərarına uyğun olaraq onun ərizəsi və şəhərin Azadlıq küçəsi (hazırda H.Əliyev prospekti adlanır) 81 saylı ünvandakı həyətin sahibi X10 razılıq ərizəsi nəzərə alınaraq həmin həyətyanı torpaq sahəsinin Azadlıq küçəsinin səki kənarındakı mövcud 8m x 6m mağazanın torpaq sahəsi də daxil olmaqla mağaza tikintisi üçün 29,0 m x 6.0 m = 174,0 kv.metr ölçüdə torpaq sahəsi ayrılmış və müvafiq vergi qanunvericiliyinə, torpağın sxematik planına, akt tələblərinə və torpaq icarə müqaviləsi şərtlərinə əməl etməklə fəaliyyət göstərmək şərti ilə müvafiq qaydada ona icarəyə verilmişdir. Həmin torpaq sahəsi ərizə ilə bələdiyyəyə müraciətindən sonra Ağdaş bələdiyyəsi sədri müavininin, mühəndisinin, katibinin, mərhum Minayə İsmayılovanın və onun iştirakı ilə naturada ayrılmışdır və bu barədə 23 aprel 2001ci il tarixli akt tərtib edilmişdir. Həmin torpaq sahəsinin sxematik planı tərtib edildikdən sonra cavabdeh Ağdaş Bələdiyyəsi ilə aramızda 426 nömrəli 01 may 2001-ci il tarixili icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə 174 kv.metr torpaq sahəsi 31 dekabr 2004-cü il tarixədək ona icarəyə verilmişdir. Həmin tarixdən sonra o hər il cavabdeh Ağdaş bələdiyyəsi ilə icarə müqaviləsi bağlayaraq və icarə haqqını ödəyərək qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə uyğun olaraq orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. İcarə müqaviləsinin müddəti başa çatdıqdan 06 yanvar 2016-cı il tarixədək bələdiyyə ilə aramızda müqaviləyə xitam vermək və ya onu dəyişdirmək haqqında ərizəmiz olmamışdır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. 06 yanvar 2016-cı il tarixdə bələdiyyə ilə aralarında yeni icarə müqaviləsi bağlanmışdır. Ağdaş RİH-nin Tikinti və Memarlıq şöbəsi tərəfindən smeta sənədləri tərtib edildikdən sonra mən həmin ayrılaraq mənə icarəyə verilmiş 174 kv.metr torpaq sahəsində mağaza binası tikdirmişəm və həmin tikinti texniki şərtlər alındıqdan sonra tərəfimdən inşa edilmiş Ağdaş şəhəri, H.Əliyev prospektində (keçmiş Azadlıq küçəsi) ticarət obyekti mövcud qanunvericiliyə uyğun tikilməsi və tələblərə cavab verdiyindən həmin tikili Ağdaş rayon İRİHBA-nm Tikinti və memarlıq şöbəsi tərəfindən məqəsədə müvafiq bilinmişdir, və bu barədə 262T-Ş nömrəli 04 oktyabr 2006-cı il tarixdə DƏDKR PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsinə məktub verilmişdir. Lakin bütün bunlara baxmayaraq Ağdaş bələdiyyəsi mübahisəli 174 kv.metr torpaq sahəsinin də daxil olduğu 0,07 hektar torpaq sahəsini yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, həyətyanı məqsədi torpaq sahəsi kimi DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsində 19 oktyabr 2013-cü il tarixdə mülkiyyət hüququ üzrə adına qeydə aldırmış və adma 19 oktyabr 2013-cü il tarixdə RX seriyalı, ******* saylı, Reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Ağdaş bələdiyyəsi Çıxarış aldıqdan sonra 18 fevral 2014-cü ildə həmin 0,07 hektar torpaq sahəsini Ağdaş şəhəri, H.Əliyev prospekti 81 ünvanda qeydiyyatda olan X3 və alqı-satqı Ağdaş rayon notariat kontorunda 18 fevral 2014-cü reyestrdə 4Ə-107 nömrə ilə qedə alınmış seriya AN-İ ******* saylı daşınmaz Əmlakın (Torpağın) alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. X13 alqı-satqı müqaviləsini aldıqdan sonra həmin torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması məqsədi ilə DƏDKR PHŞ-ninin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında 24 dekabr 2014-cü il tarixdə adma qeydə aldırmış və adına ********** qeydiyyat nömrəli, seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir. Ona görə də mən Ağdaş bələdiyyəsinin ümumi iclasının 01 saylı, 14 yanvar 2014-cü il tarixli Qərarının, Seriya AN-İ ******* saylı daşınmaz əmlakın (Torpağın) alqı-satqı müqaviləsinin və Seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəi ilə məhkəməyə müraciət edərək Ağdaş bələdiyyəsi tərəfindən mənə icarəyə verilmiş 174 kv. metr torpaq sahəsi də daxil olmaqla Ağdaş şəhəri, H.Əliyev prospekti 81 ünvanda yerləşən 0,07 hektar torpaq sahəsinin X2 dair qəbul etdiyi bələdiyyənin ümumi iclasının 01 saylı, 14 yanvar 2014-cü il tarixli qərarın, həmin qərar əsasında notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-İ ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsinin və DƏDKR PHŞ-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişəm. Hazırkı iş üzrə iddiaçı da ilk iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş bələdiyyəsi ilə aramızda. bağlanmış 01 saylı 06 yanvar 2016-cı il tarixli müqavilənamənin ləğv edilməsini xahiş etmişdir. Ağdaş rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Ağdaş X1 satmış olduğu 0,07 ha torpaq sahəsinin Ağdaş bələdiyyəsi tərəfindən Cavabdeh1 icarəyə verilmiş 174 kv.metr torpaq sahəsi hissəsində Ağdaş bələdiyyəsinin ümumi iclasının 01 saylı, 14 yanvar 2014-cü il tarixli qərarının, həmin qərar əsasında Ağdaş rayon notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-İ ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsinin 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsində yerləşən mağazaya aid hissədə və DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsində yerləşən mağazaya aid hissədə ləğv edilməsi, Ağdaş bələdiyyəsi ilə aramızda bağlanmış 01 saylı, 06 yanvar 2016-cı il tarixli müqavilənamənin ləğv edilməsi qət edilmişdir. Ağdaş rayon Məhkəməsinin həmin qətnaməsi Apellyasiya və Kassasiya Məhkəmələrinin Mülki Kollegiyalarının qətnamə və qərarı ilə öz qüvvəsində saxlanılmışdır. O, 174 kv.metr torpaq sahəsindən 2001-ci ildən başlayaraq maneəsiz və fasiləsiz, pretenziyasız və digər şəxslərin hüquqlarına toxunmadan istifadə etdiyinə və məhkəmənin qətnamə və qərarı ilə Ağdaş X1 satmış olduğu 0,07 ha torpaq sahəsinin Ağdaş bələdiyyəsi tərəfindən mənə icarəyə verilmiş 174 kv.metr torpaq sahəsi hissəsində Ağdaş bələdiyyəsinin ümumi iclasının 01 saylı, 14 yanvar 2014-cü il tarixli qərarı, həmin qərar əsasında Ağdaş rayon notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-İ ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsi 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsində yerləşən mağazaya aid hissədə və DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsində yerləşən mağazaya aid hissədə ləğv edildiyindən və uzun müddət torpaq sahəsini icarə götürərək istifadə etdiyimə görə həmin torpaq sahəsini almaqda üstünlük hüququm olduğuna görə həmin torpaq sahəsinin mənə satılması üçün haqlı olaraq ərizə ilə Ağdaş bələdiyyəsinə müraciət etmişəm. Ağdaş bələdiyyəsinin ümumi iclasının 17 aprel 2019-cu il tarixli 04 saylı qərarı ilə həmin 174 kv.metr torpaq sahəsinin mənə satılması qərar alınmışdır. Ağdaş bələdiyyəsi həmin torpaq sahəsini mülkiyyət hüququ əsasında dövlət reyestrində adına qeydiyyata aldırdıqdan sonra Ağdaş rayon notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən satın almışam və həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində adıma qeydiyyata alınmış və bu barədə adıma həmin tarixli, **********78 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda qeyd edilən torpaq sahəsinin bələdiyyə tərəfindən mənə satılması və torpağın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınması zamanı heç bir qanunvericiliyin tələbi pozulmamışdır. Bunun əksi olaraq iddiaçı tərəf həmin torpaq sahəsinin onun mülkiyyətində və ya uzun müddət onun istifadəsində olmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu maddəsinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qeyd edilən qanunvericilik aktlarının tələbindən və işin faktiki hallarından göründüyü kimi iddiaçının mübahisələndirdiyi 174 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququ məhkəmə qətnaməsi ilə ləğv edildiyindən onun hazırda həmin torpaq sahəsini mübahisələndirmək, ən əsası isə həmin torpaq sahəsi qanuni əsaslarla süxusi mülkiyyətimdə olduğuna görə onun mənə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir subyektiv hüquq yoxdur. Yuxarıda qeyd etdiyim qanunvericilik aktlarının tələblərindən, işin faktiki hallarından və iş materiallarından görünür ki, iddiaçı həmin 174 kv.metr torpaaq sahəsinin onun mərhum ərinin mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsinin daxilində yerləşməsini bildirsə də, iddia ərizəsinin əsasını təşkil və təsdiq edən həmin halları təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Onun heç bir qanuni əsaslara söykənməyən və iddianın əsasını təşkil edən fərziyyələri sübut kimi qəbul edilə bilməz. Göründüyü ddiaçının iddia tələbinin əsasını təşkil edən heç bir mötəbər sübutu olmadığından ona qarşı belə bir tələblə məhkəməyə müraciət etməsinə heç bir hüquqi əsasları yoxdur. Ona görə də iddia əsasssız olduğundan rədd edilməlidir. Həmçinin iddia ərizəsinin məzmunundan görünür ki, bir neçə tələb bir-biri ilə birləşdirilmişdir. Həmin tələblərin bir hissəsi ümumi məhkəmələrin, digər hissəsi isə inzibati məhkəmələrin səlahiyyətlərinə aiddir. Hesab edir ki, həmin hissədə işin icraatına xitam verilməlidir. Odur ki, yuxarıda göstərdiklərini və iddia tələbinə qarşı etirazını və etirazın əsaslarını təşkil edən işin faktiki hallarını nəzərə alaraq təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, düzgün araşdırılaraq hüquqi qiymət verilməsini və iddia ərizəsi tamamilə əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyev məhkəməyə iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, İddiaçı iddia tələbində qeyri-müəyyənlik vardır. Belə ki, ilkin olaraq iddiaçı müvafiq ərizə ilə Ərazi İdarəsinə müraciət etməli, Ərazi İdarəsi tərəfindən ünvanlanmış imtina bildirişi vasitəsilə iddianı inzibati icraat qaydasında mübahisələndirməlidir. İddia tələbinin verilməsində prosessual pozuntu aşkar edilmişdir ki, iddiaçı hazırkı mübahisə üzrə cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsini deyil, yalnız həmin müqavilənin bağlanmasını təmin etmiş Cavabdeh4 cəlb etməsi prosessual baxımdan qanunamüvafiqdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasını 29.4-cü maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında digər hüquqi və ya fiziki şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsinə dair digər təşkilat tərəfindən tərtib edilən hüquqmüəyyənedici (hüquqi və ya texniki) sənədin hüquq sahibinin razılıq ərizəsi və ya məhkəmə qərarı olmadan ləğv edilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Ərazi İdarəsi olaraq, mülki mübahisə üzrə cavabdeh qismində cəlb olunduğumuz və gələcəkdə prosessual hərəkətlərin həyata keçirilməsinə şərait yaradılması üçün elektron məhkəmə sisteminə əlavə edilməsini xahiş edirik. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin qanunun 23.1-ci maddəsində qeyd edildiyi kimi qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Mülki işin nəticəsi üzrə zəruri sayıldığından Ərazi İdarəsinin arxiv materillarında saxlanılan mübahisəli torpaq sahəsi barədə sənədlər etiraza qoşma edilərək məkəməyə təqdim edilir. Odur ki, mülki prosessual qanunvericiliyin mövcud tələblərini nəzərə alaraq iddia tələbinin rədd olunması (mümükünsüz sayılması) barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X14 etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ağdaş Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi və Ağdaş rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti, 81A nömrəli ünvanında yerləşən 0,07 hektar yaşayış məntəqələrinin torpaqları X8 xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan 22 iyul 2022-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 253734 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 16 iyun 2022-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan 26 may 2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş İSMAYİLOV FİZULİ İSMAYİL OĞLUNUN vərəsələri: AĞDAŞ, H.ƏLİYEV PROSPEKTİ -81 ünvanında qeydiyyatda olan arvadı- İSMAYİLOVA LALƏ RASİM QİZİ (AZE********, xx.xx.2013 - Ağdaş RPŞ, FİN:xxxxxxx, d/t:xx.xx.1960), AĞDAŞ, H.ƏLİYEV PR.81 ünvanında qeydiyyatda olan qızı- İSMAYİLOVA GÜLƏR FİZULİ QİZİ (AZE17482521, xx.xx.2018 - Asan-Qəbalə, FİN:0ZD2WL2, d/t:xx.xx.1983) və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak “Elektron notariat” informasiya sistemindən real vaxt rejimində əldə edilmiş ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 81A (Yeni qaydalarla: AZ0300, Ağdaş rayonu, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 145A) ünvanında yerləşən ümumi sahəsi 0.0526 ha olan torpaq sahəsindən ibarətdir. İşin materiallarında olan 17 aprel 2019-cu Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının surətindən görünür ki, Ağdaş şəhəri ünvan 7 ünvanda yaşayan Cavabdeh1 06 oktyabr 2016-cı il tarixli ərizəsi nəzərə alınsın. Ağdaş Bələdiyyəsinin inzibati ərazisində yerləşməklə Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan şəhərin H.Əliyev prospekti 81 B saylı ünvanda yerləşən fərdi yaşayış məntəqələrinin torpaq sahəsindən 0,0174 hektarının ’’Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri barədə) 9.1 maddəsinə uyğun olaraq Ağdaş şəhəri ünvan 7 ünvanda yaşayan Cavabdeh1 mülkiyyətinə satılması barədə sənədlər nəzərə alınsın. Ağdaş şəhəri ünvan 7 ünvanda yaşayan Cavabdeh1 Ağdaş Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən 0,0174 hektar fərdi həyətyanı məqsədilə (torpağın lıər 0.01 hektarının müvafiq kadastr qiyməti rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0.01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə) satılsın. Cavabdeh1 torpaq şöbəsinin normativ qiymətindən az olmamaq şərti ilə onun dəyərini X15 bankdakı **********6000233160 hesabın ödənilməsini təmin etsin. Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1052-İV QD nömrəli Qanunun 9.1-ci maddədə “vətəndaşların mülkiyyətinə”, “bu qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla”, vətəndaş Cavabdeh1 9.8 “torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Rçspublikasımn Qanununda, bu qanunun 9.1 - ci maddəsində müəyyən edilmiş əsaslarla torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini 5 (beş) il müddətində özgəninkiləşdirə bilməməsi vətəndaş Cavabdeh1 elan olundu. Cavabdeh1 satılan, şəhərin H.Əliyev prospekti 81 B saylı ünvanda yerləşən torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsindən xahiş edilsin. İşin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Ağdaş rayonu Ağdaş Bələdiyyəsi və X13 və 3-cü şəxs Ağdaş rayon Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr: Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Ağdaş Bələdiyyəsinin ümumi iclasının 01 saylı 14 yanvar 2014-cü il tarixli Qərarının, AN-İ ******* saylı daşınmaz əmlakın aiqı-satqı müqaviləsinin və seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi haqqında ilkin iddiasına qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və Ağdaş rayonu Ağdaş Bələdiyyəsinə qarşı icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi və torpaq sahəsindən istifadə ilə bağlı icarə haqqınm ödənilməsi tələbi haqqında qarşılıqlı iddiası üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(014)- 152/2017 saylı Qətnaməsi ilə Ağdaş X1 satmış olduğu 0,07 ha torpaq sahəsinin Ağdaş Bələdiyyəsi tərəfindən Cavabdeh1 icarəyə verilmiş 174 kv.m torpaq sahəsi hissəsində Ağdaş Bələdiyyəsinin ümumi iclasının 01 saylı, 14 yanvar 2014-cü il tarixli qərarı, həmin qərar əsasında Ağdaş rayon Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi 0,07 ha torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə və RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,07 ha torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissəsində ləğv edilmişdir. İş üzrə X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-2200/2017 saylı Qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(014)-152/2017 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X13 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)- 2200/2017 saylı Qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-1404/2018 saylı Qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-2200/2017 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X4 mülkiyyətində olmuş 0,07 ha torpaq sahəsinin 0,0174 ha hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 mülkiyyətində olan 0,0174 ha torpaq sahəsində qeyri-yaşayış binası (mağaza) mövcuddur. Binanın istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyiidir. Yerdə qalan 0.0526 ha torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 mülkiyyətində olmuş 0.0605 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 255.6 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsinin 11/20 hissəsi üzərində İddiaçı, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsinin 9/20 hissəsi üzərində X11 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(014)-152/2017 saylı qətnaməsindən görünür ki, ilk iddianın qismən təmin edilməsi, Ağdaş X1 satmış olduğu 0,07 hektar torpaq sahəsinin Ağdaş Bələdiyyəsi tərəfindən Cavabdeh1 icravə verilmiş 174 kv.m torpaq sahəsi hissəsində Ağdaş Bələdiyyəsinin ümumi iclasının 01 savlı 14 yanvar 2014- cü il tarixli qərarı, həmin qərar əsasında Ağdaş rayon Notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-1 ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsi 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi üə üçüncü şəxsin adma verilmiş seriya RX ******* savlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə ləğv edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, ilk iddia qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia qismən təmin edilməsi, Ağdaş Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 06 yanvar c 2016-cı il tarixli 01 savlı müqavilənamə ləğv edilməsi, ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qətt edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2018-ci il tarixli, 2(102)-1404/18 saylı qərarının 5-ci səhifəsində 3cü abzasdan görünür ki, bələdiyyə ilə ilk iddiaçı arasında Ağdaş şəhəri, H.Əliyev prospekti 81 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin 1/4 kv metr hissəsinə dair icarə müqaviləsinin mövcudluğuna, icarə müqaviləsinə xitam verilməməsinə və ilk iddiaçı tərəfindən icarə müqaviləsi üzrə icarə haqqları vaxtı-vaxtında bələdiyyəyə ödənilməsinə, ilk iddiaçının üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, Ağdaş Bələdiyyəsi bələdiyyə mülkiyyətində olan mübahisələndirilən 174 kv.metr torpaq sahəsinin də yerləşdiyi Ağdaş şəhəri, H.Əliyev prospekti 81 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinə ilk iddiaçı, yəni icarəçi Cavabdeh1 hər hansı xəbərdarlıq etmədən həmçinin icarəçinin 0,07 ha torpaq sahəsini satın almaqda üstünlük hüququnu nəzərə almadan, ona hər hansı təklif etmədən 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsi ilk iddiaçının icarəsində olduğu müddətdə, yəni 18 fevral 2014-cü il tarixdə X3, qarşılıqlı iddiaçı Ağdaş şəhəri H.Əliyev prospekti 81 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin bələdiyyə ilə 18 fevral 2014-cü il tarixdə alqı-satqı həyata keçirmədən də, yəni əvvəlcədən ona vərəsəlik qaydasında məxsus olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İşin materiallarında olan AN-İ № seriyalı, 27 aprel 2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, alıcı Cavabdeh1 satıcı Ağdaş Bələdiyyəsindən 174 kv.m torpaq sahəsini 348 manata almışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti, 81B nömrəli ünvanında yerləşən 0,0174 hektar yaşayış məntəqələrinin torpaqları Cavabdeh1 xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində 11 noyabr 2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu maddənin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Eləcə də, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, hər iki tərəfin iştirakı ilə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsini Cavabdeh1 satın almaqda üstünlük hüququnun olması qeyd edilmişdir və alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çıxarış mülki hüquq münasibətləri (alqı-satqı müqaviləsi) nəticəsində əldə edildiyindən, onun ləğvinə dair işə mülki iddia icraatı qaydasında baxılıb hüquqi münasibət bildirilməlidir. Qalan hissədə isə, yəni tələbin Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsinə dair hissədə Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qərardadı ilə iş üzə icraata xitam verilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 6.1-ci bəndində göstərilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu maddəsinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.4-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə, Ağdaş rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi dair hissədə təmin edilməməli, iddia tələbinə qalan hissədə Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qərardadı ilə iş üzə icraata xitam verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə, Ağdaş rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi dair hissədə təmin edilməsin. İddia tələbinin Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi hissəsində Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qərardadı ilə iş üzə icraata xitam verilməsi nəzərə alınsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-202/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-202/2024
24.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver