Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2042/2021 02.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rаyоn Məhkəməsinin hаkimi Əliyev Nizam Mubariz oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «istehlakçıya qanunsuz hesablanmış elektrik enerjisi borcunun silinməsi» tələbinə dair iddia ərizəsini və оnа əlаvə еdilmiş sənədləri nəzərdən kеçirərək, MÜƏYYƏN ЕTDİM : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «istehlakçıya qanunsuz hesablanmış elektrik enerjisi borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. İddiaçı iddia ərizəsində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi qeydə alındığı ünvanı Bakı şəhəri, Bakıxanov küçəsi 13 kimi göstərmişdir. Eyni zamanda İddiaçı iddia ərizəsində yaşadığı ünvan ünvan 2lavə olunmuş şəxsiyyət vəsiqəsi surətindən məlum olur ki, İddiaçı ünvanı, ünvan 3ssual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi, qanunuvericilik iddianın cavabdehin yaşadığı, eyni zamanda iddiaçının seçiminə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilməsini şərtləndirir. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «istehlakçıya qanunsuz hesablanmış elektrik enerjisi borcunun silinməsi» hazırki iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət etməsi yol verilən deyil. Belə olan halda hesab edirəm ki, İddiaçı iddia ərizəsini ərazi aidiyyatı üzrə düzgün verməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.3-cü maddələrinin tələblərinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 152.1, 152.1.3, 152.2, 152.3, 152.4, 268-269-cu mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDİM : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «istehlakçıya qanunsuz hesablanmış elektrik enerjisi borcunun silinməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Qərаrdаddаn 10 gün müddətində Ağdaş rаyоn məhkəməsinə şikаyət vеrilə bilər. SƏDRLİK EDƏN: ƏLİYEV NİZAM.
Məhkəmə qərarları › İş №2(014)-2042/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2042/2021
02.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver