Məhkəmə qərarları › İş №2(014)-209/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-209/2023

27.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-209/2023 27.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X20 iştirakları ilə Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 14 sentyabr 2004-cü il tarixdə anadan olmuş X8 anadan gəlmə xəstə olmuşdur. Oğlu “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində “Uşaq serebral iflicindən qalıq əlamətləri, spastik tetraparez, orta dərəcəli ağıl zəifliyi” diaqnozu ilə dispanser qeydiyyatdadır və kənar şəxslərin himayəsinə ehtiyacı var. X3 həmin diaqnozla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səhiyyə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı X24 filialından Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsləri 1-ci dərəcə əlil kimi müddətsız sosial müavinət təyin edilibdir. X8 xəstəliyi ilə əlaqədar əmək qabiliyyətsizdir və onun daim kənar şəxsin qulluğuna ehtiyacı var. X1 üzərində qəyyum təyin edilməyi məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X27 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X22 2 saylı X24 filialı Ağdaş rayon Qəbul şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********2 saylı arayışdan görünür ki, X6 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı X24 filialından Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə l-ci (birinci) dərəcə əlil kimi müddətsiz hər ay 220 (iki yüz iyirmi) manat sosial müavinət və l-ci (birinci) dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 130 (yüz otuz) alır. Müavinət müddətsizdir. İşin materiallarında olan Ağdaş Rayon Mərkəzi X15 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № HPŞ/622-3-2022-506 saylı arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi ondan ötrü ki, həqiqətən onun övladı xx.xx.2004-cü il təvəllüdlü X4 rayon mərkəzi X15 şəxsin poliklinika şöbəsində “Uşaq serebral iflicindən qalıq əlamətləri. Spastık tetraparez. Orta dərəcəli ağıl zəifliyi” diaqnozu ilə dispanser qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RİHB-nın Nehrəxəlil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 dekabr 2004-cü il tarixli, AZ-İ № 556552 saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X19 14 sentyabr 2004-cü il tarixdə Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuş, atası X13, anası isə Ərizəçidır. İşin materiallarında olan Ağdaş rayon Hapıtlı kənd soveti tərəfindən verilmiş 12 yanvar 1984-cü il tarixli, İİİ-JQ № 342016 saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X14 ilə X7 12 yanvar 1984-cü il tarixdə 01 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Bağırova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş 11 sentyabr 2013-cü il tarixli, AZ-İ seriyalı, № 869595 saylı doğum haqqında səhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 25 iyun 2003-cü il tarixdə Ağdaş rayonunun Maşad kəndində anadan olmuş, atası X5, anası isə Ərizəçidır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 xx.xx.2023-cü il tarixli, 51 saylı rəyindən görünür ki, Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert psixiatr bu qənaətə gəlir ki, yoxlanılan şəxs X10 hal-hazırda orta dərəcəli kəmağıllıq, ifadə olunmuş davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri, tetraparez ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F71.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Ağdaş RMX PHŞ-dan verilmiş xx.xx.2022-ci il tarixli arayış, DSMF-nın 2 saylı X24 Filialı Ağdaş rayon qəbul şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli **********2 sayh arayış), anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri (bələdliyinin zəifləməsi, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretlik aşkar edilməsi, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkürünün zəif olması, adi məişət problemlərini belə sərbəst həll etmək qabiliyyətində olmaması, emosiyalarında ifadə olunmuş davamsızlıq müşahidə edilməsi, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar olunması, İQ=42 % və s.) sübut edir. Yekun hissəsi. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məlikəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş suallan aşağıdakı kimi cavalandırır. Sual 1. X18 anlaqlıdırmı, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarındadırmı? Cavab: X12 hər hansı cinayət əməli şamil edilmədiyindən onun anlaqlı olub-olmaması barəsində rəy vermək mümkün deyildir. X18 hazırki ekspertiza zamanı orta dərəcəli kəmağıllılıq, ifadə olunmuş davranış pozuntuları, uşaq serebral iflicinin qalıq əlamətləri, tetraparez ilə xbt-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında deyildir. X18 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, məhkəmədə iclasında müəyyən olundu ki, X18 anadangəlmə xəstə olmuş, birinci dərəcəli əlildir, Ağdaş rayon mərkəzi X15 şəxsin poliklinika şöbəsində “Uşaq serebral iflicindən qalıq əlamətləri. Spastık tetraparez. Orta dərəcəli ağıl zəifliyi” diaqnozu ilə dispanser qeydiyyatdadır. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və 14 sentyabr 2004-cü il təvəllüdlü X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilsin. 14 sentyabr 2004-cü il təvəllüdlü X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar