Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2096/2021 28.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Hüquqi əhəmiyyəti olan sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1961-ci ildə Ağdaş rayonu, Birinci Aral kəndində anadan olmuşdur. X3 01 yanvar 1930-cu ildə Ağdaş rayonu, Birinci Aral kəndində anadan olmuşdur. X3 ilə anası X9 rəsmi nikahlarından doğulmuşdur. Atası Ərizəçi 02.03.2020-ci il tarixdə vəfat etmişdir. X1 adına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarına əsasən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-077A KOD 90317038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Həmin JN-077A KOD 90317038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə babasının, yəni X1 atasının adı səhvən “Kərim” kimi qeyd edilmişdir. Hazırda həmin JN-077A KOD 90317038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə buraxılmış yalnışlıqları hər hansı formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, X10 adına rəsmiləşdirilmiş JN-077A KOD 90317038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarına əsasən 0.12 hektar həyətyanı torpaq sahəsi X10 mülkiyyətinə verilmiş və bu barədə adına JN-077A KOD 90317038 saylı dövlət aktı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 atasının X2r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 ata adı Əmirquludur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi X3dur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 ata adı Əmirquludur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ağdaş rayon İcra Hakimiyyəti başçısının Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 224 saylı 12.08.2021-ci il tarixli arayışdan görünür ki, X11 Ağdaş rayon Aqrar İslahatı Komissiyası tərəfindən verilmiş JN-077A, kod 90317038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin adlı siyahısında texniki səhv səbəbindən ailə üzvlərinin adında texniki səhvə yol verilmişdir. X12 ilə X8 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfidən iş üzrə Ərizəçi ünvanlanmış 23 avqust 2021-ci il tarixli **********85 №-li məktubdan görünür ki, mərhum X1 adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X10 adına rəsmiləşdirilmiş JN-077A, kod 90317038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-2096/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2096/2021
28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver