Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-210/2023 25.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, ailələrinə Ağdaş rayonu, Orta Ləki kəndində JN-333A, KOD 90315005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.25 ha həyətyanı torpaq sahəsi və JN-932, KOD 90315005 torpağa mülkiyyət hüququna dair dövlət akt əsasında 0.85 ha pay torpaq sahələri vardır. Həmin şəhadətnamə və dövlət aktı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Çıxarış almaq istəyərkən məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 2-ci adlı siyahısında Ərizəçi1 adı ata adı səhvən Ərizəçi1 Camal qızı və 3-cü adlı siyahısında Ərizəçi2 adı səhvən Ərizəçi2 adı səhvən X1, torpağa mülkiyyət hüququna dair dövlət aktının 2-ci adlı siyahısında Ərizəçi1 ata adı səhvən Ərizəçi1 Camal qızı və 4-cü adlı siyahısında Ərizəçi2 adı səhvən X1 qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə həmin səhvlərin düzəldilməsi üçün şifahi olaraq müraciət etsə də, həmin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən yalnışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkməyə müraciət etmişdir. Buna görə də Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarı ilə JN-333A, KOD 90315005 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 2-ci adlı siyahısında Ərizəçi1 Camal qızının və 3-cü adlı siyahısında X4 adına verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin Ərizəçi2 və Ərizəçi1 məxsus olması, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarı ilə JN-932, KOD 90315005 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2-ci adlı siyahısında Ərizəçi1 Camal qızının və 4-cü adlı siyahısında X4 adına verilmiş 0.85 ha pay torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiklərini, ailə vəziyyətləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər və işə onların iştirakları olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər, məhkəmə mülki işə ərizəçilərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iş üzrə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ünvanlanmış 28 noyabr 2022-ci il tarixli **********50 №-li məktubdan görünür ki, hüququmüəyyənedici sənədlərdə olan səhvin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan doğum haqqında olan şəhadətnamələrin surətlərindən görünür ki, X11 xx.xx.1961-ci ildə, Ərizəçi2 xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X2 Hidayət Həbibillah oğlu ilə xx.xx.1985-ci il tarixdə rəsmi nikaha girmişlər, X11 “Mahmudova” soyadını qəbul etmiş, Ərizəçi2 X13 xx.xx.2014-cü ildə rəsmi nikaha girmişlər. İş materiallarında olan JN - 932, KOD 90315005 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə 0.85 hektar torpaq sahəsi Ərizəçi1 Camal qızı və ailə üzvləri olan X9 və X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN – 333A, KOD 90315005 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə 0.25 hektar torpaq sahəsi X3 və ailə üzvləri olan Ərizəçi1 Camal qızı və X4 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarı ilə JN-333A, KOD 90315005 torpağınm mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 2-ci adlı siyahısında Ərizəçi1 Camal qızının və 3-cü adlı siyahısında X4 adına verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin Ərizəçi2 və Ərizəçi1 məxsus olması, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarı ilə JN-932, KOD 90315005 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2-ci adlı siyahısında Ərizəçi1 Camal qızının və 4-cü adlı siyahısında X4 adına verilmiş 0.85 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-210/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-210/2023
25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver