Məhkəmə qərarları › İş №2(014)-2100/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2100/2021

27.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2100/2021 27.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı X6 27.05.2003-cü ildə anadan olmuşdur. Doğulduğu gündən etibarən X6 əqli gerilik və davranış pozuntusu ilə doğulmuş, bu səbəbdən fəaliyyət qabiliyyəti mövcud deyildir. Qızı əqli qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Ağdaş rayon Mərkəzi Xəstəxanasında ağır dərəcə əqli gerilik, digər davranış pozuntuları diaqnozu ilə qeydiyyatdadır. Onun bu qüsuru 1-ci qrup əlil kimi qiymətləndirilmiş, aylıq 150 manat təqaüd təyin edilmişdir. İllərdir ki, övladının fəaliyyət qabiliyyəti olmadığı üçün qızı Həsənova Aliməyə özü baxır və bütün ehtiyacları onun tərəfindən qarşılanır. Odur ki, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 məhkəmə iclasında məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, X6 27.05.2003-cü ildə anadan olmuşdur, atası X8, anası Ərizəçidır. X2 RMX-in PHŞ-də “Ağır dərəcəli əqli gerilik, digər davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. X1 Sim 18 yaşınadək uşaq kimi müavinət alır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdaiə X15 Şəxsinin 13 saylı Regional Ərazi filialının Ağdaş rayon Qəbul şöbəsindən Ərizəçi adına 901902 saylı müavinət işinə əsasən hər ay 150 manat müavinət və 50 manat təqaüd, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdaiə X15 Şəxsinin 13 saylı Regional Ərazi filialından İ qrup əlil kimi müddətsiz hər ay 150 manat sosial müavinət və İ qrup əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 130 manat alır. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 17 noyabr 2021-ci il tarixli 191 saylı rəyindən görünür ki, X6 uşaqlıqdan ağır dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloci) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 may 2003-cü il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar