Məhkəmə qərarları › İş №2(014)-2105/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2105/2021

02.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2105/2021 02.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili X1 Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2021-ci il iyul ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona aid olan ticarət obyektində işıq sayğacına baxış keçirilmişdir. Bundan sonra N 038635 nömrəli 09 iyul 2021-ci il tarixli akt tərtib edilərək aktda göstərilmişdir ki, obyektdə quraşdırılmış sayğaca və sxemə baxış keçirilən zaman obyektin işlədicilərinin gücü çox olduğu üçün həmin qəsəbədə yaşayan X6 məxsus fəaliyyəti dayandırılmış dülgər sexinin 3 fazlı 584516 saylı sayğacı qeyd olunan ticarət obyektinə quraşdırılmışdır. Yazılmış aktda sayğacın istismar müddəti bitdiyi, şüşəsinin olmadığı və 2015-ci ildən işləmədiyi qeyd edilmişdir. Sayğac adına olan Qürbət Məmmədov və mərhum atası ilə birgə dülgər sexi işlətmiş və sayğac atası ilə şərikli alınmışdır. Qeyd olunan dülgər sexinin fəaliyyəti dayandığı üçün həmin sayğac onlara qalmış və sayğacı atasından onlara qalmış ticarət obyektinə quraşdırmışdır. Sayğac quraşdırılan zaman işlək vəziyyətdə olmuş və aylıq 3 fazlı sayğaca əsasən yazılan məbləği hər ay "xxxx"ın hesabına ödəmişdir. Göstərdiyi faktlar ərizəsinə əlavə etdiyi ödəniş dinamikasında öz əksini tapmışdır. Sayğac 3 fazlı işlək vəziyyətdə sayğac olmuşdur və sərf edilən enercinin dəyəri ödənilmişdir. Lakin obyektə baxış keçirilən gündən 1 ay əvvəl o, "xxxx"ın onların əraziyə baxan əməkdaşlarına şifahi müraciət etsə də müraciət cavabsız qalmışdır. Lakin sayğac dayansa da o həmin dinamikaya uyğun sərf etdiyi enercinin dəyərini ödəmişdir. O, sayağaca heç bir müdaxilə etməmişdir. Sayğacda kənar xətt işlətməmişdir. Sayğaca hesablanan 1652.98 manat cərimə borcu əsassızdır. Aktda qeyd edilənlər hamısı yalandır. Qeyd olunan akt tərtib edilən zaman işığın gücünü ölçmək üçün heç bir xüsusi cihazdan istifadə edilməmişdir. Aktda qeyd edilmişdir ki, obyekt sahibinin nümayəndəsini idarəyə dəvət etsələr də, idarəyə gəlməkdən imtina edilmişdir. Lakin akt onun iştirakı ilə tərtib edilməmiş və tərtib edilərkən də idarəyə dəvət olunmamışdır. Belə ki, o, göstərilən ünvanda illərdir ticarətlə məşğuldur. Yandırdığı enercinin dəyərini də hər ay vaxtı vaxtında ödəmişdir. Ona həmin ünvanda qanunsuz işıq işlətmək lazım deyil. Çünki həmin ünvanda hər ay onunla yanaşı 0 fazlı sayğaca sərf etdiyi enercinin dəyərini ödəyir. O, hər ay istifadə etdiyi işığın dəyərini poçt və ya bank vasitəsilə ödəyir və heç vaxt sayğaca müdaxilə etməmişdir. Qeyd olunan faktları "xxxx" əməkdaşlarına dəfələrlə desə də, narahatlığın olmadığını və onluq bir şey olmadığını bildirmişlər. Lakin bir neçə müddət keçdikdən sonra sayğaca cərimə yazıb abonent koduna vurmuşlar. Ödəniş cədvəlindən, dinamikadan aşkar görünür ki, ona 1652.98 manat yazılan cərimə qanunsuz və əsassızdır. Belə ki, hər ay nəzarətçinin tərtib etdiyi məbləğə uyğun enerci haqqını ödəmiş və müvafiq olaraq qeydiyyatı aparmışdır. Lakin sonradan ona 2 aydan sonra bildiriş göndərdilər ki, ona 1652.98 manat ödənilməmiş cərimə borcu yaranmışdır. Lakin qətiyyətlə bildirir ki, tərəflərindən elektrik sayğacına heç bir müdaxilə edilməmişdir. "xxxx" tərəfindən yazılanlar tam qanunsuzdur. Odur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanaraq onun abonent koduna vurulmuş 1652.98 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-in nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsində yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanaraq onun abonent koduma vurulmuş 1652,98 manat borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini bu kimi səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, 09 iyul 2021-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” X11 və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X8 rəisi İntiqam Əbilov, baş mühəndis İsmayıl Gözəlov və nəzarətçi mühəndis Əlimədət Bağırlı tərəfindən Ağdaş rayonu, Ləki Qəsəbəsində yaşayan və fəaliyyət göstərən elektrik enercisi istehlakçıları tərəfindən “EEİQ”-na riayət edilməsi vəziyyəti yoxlanılarkən elektrik enercisinin istehlakçısı X10 məxsus ticarət-xidmət obyekti kimi fəaliyyət göstərən “Market № 1”-in elektrik enercisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı obyekti elektrik enercisi ilə təchiz edən elektrik hesablama sayğacını 1 fazlı olduğu halda (M 550 tipli, zavod nömrəsi ********) obyektdə faktiki işlədicilərin gücünün artıq olması və obyektə Ağdaş EŞ-nin “Proqram bazası”nda qeyriistehlakçı qrupu üzrə **********5 saylı kodla qeydiyyatda olan və X7 məxsus, fəaliyyəti 2015-ci il tarixdən dayandırılmış “Dülgər sexi”-ni elektrik enercisi ilə təchiz edən 3 fazlı DT 86201 tipli, zavod nömrəsi 584516 olan istismara yararsız elektrik hesablama sayğacının quraşdırılaraq enercidən həmin sayğac vasitəsi ilə qanunsuz istifadə edilməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar Enercitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən “X2 Qaydaları”nın tələblərinə uyğun olaraq 09 iyul 2021-ci il tarixli AKT R № 038635 saylı Akt tərtib edilmişdir. Xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçü aparılaraq sayğacdan keçən elektrik enercisinin yükünün 0.48 kvt təşkil etdiyi müəyyən edilmişdir. Sayğaca baxış İddiaçı iştirakı ilə keçirilməsinə baxmayaraq o akta imza etməkdən imtina etmişdir. Onun akta imza etməkdən imtina etməsi barədə enercitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə Aktın müvafiq hissəsində qeydiyyat aparılmışdır. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən İddiaçı barəsində tərtib edilmiş akta əsasən obyektin işləmə saatları nəzərə alınmaqla 180 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 1652,40 manat təşkil edən 18360 kvt miqdarında itirilmiş elektrik enercisi bərpa edilmişdir. İddiaçı barəsində adına “EEİQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və akta əsasən itirilmiş elektrik enercisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hərhansı bir hüquqazidd və qərəzli hərəkətlərə yol verilməmiş, akt iddiaçının iştirakı ilə “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. Belə ki,“EEİQ”-nın 8.17-ci bəndində “İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enercitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir göstərilmişdir. İddiaçı məxsus ticarət obyektində (Market №1) elektrik enercisindən X5 məxsus, 2015-ci ildən fəaliyyəti dayandırılmış “Dülgər Sexi”ni elektrik enercisi ilə təchiz edən, istismara yararsız 3 fazlı DT 86201 tipli, zavod nömrəsi 584516 olan elektrik hesablama sayğacı vasitəsi ilə qanunsuz istifadə edilməsi faktı onun Ağdaş EŞ-nin “Proqram bazası”nda **********31074 saylı istehlakçı kodu ilə qeydiyyatda olan M550 tipli, zavod nömrəsi 19022734 olan və ticarət obyektini elektrik enercisi ilə qidalandıran elektrik hesablama sayğacı vasitəsi ilə “İstehlak edilmiş elektrik enecisinin miqdarı, dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda aydın görünür. Belə ki, həmin elektrik hesablama sayğacı vasitəsi ilə iddiaçıya məxsus ticarət obyektində 2016-cı ilin oktyabr ayından 2020-ci ilin avqust ayına kimi olan dövr ərzində (Dəyəri 9296,37 manat təşkil edən 103293 kvt saat miqdarında elektrik enercisi istehlak edilmişdir. Orta aylıq enerci sərfiyyatı 206,58 manat təşkil etmişdir. 25.08.2020-ci il tarixdə obyektdə istismarda olan elektrik hesablama sayğacının enerci sərfiyyatı göstəriciləri mini kompyuter vasitəsi ilə oxunarkən sayğacın 32 gün ərzində dəyəri 63,90 manat təşkil edən 710 kvt saat,25.09.2020-ci il tarixdə 31 gün müddətinə dəyəri 54,09 manat təşkil edən,601 kvt saat,24.10.2020-ci il tarixdə 29 gün müddətinə dəyəri 29,43 manat təşkil edən 327 kvt saat,23.11.2020-ci il tarixdə 30 gün müddətinə dəyəri 24,93 manat təşkil edən 277 kvt saat,23.12.2020-ci il tarixdə 30 gün müddətinə dəyəri 21,24 manat təşkil edən 236 kvt saat,12.01.2021-ci il tarixdə 20 gün müddətinə dəyəri 50,13 manat təşkil edən 557 kvt saat,19.02.2021-ci il tarixdə 38 gün müddətinə dəyəi 55.80 manat təşkil edən 620 kvt saat,23.03.2021-ci il tarixdə 29 günə dəyəri 184,86 manat təşkil edən 2054 kvt saat,08.05.2021-ci il tarixdə 49 günə 46,89 manat təşkil edən 521 kvt saat,26.06.2021-ci il tarixdə 47 gün müddətinə dəyəri 46,62 manat təşkil edən 518 kvt saat miqdarında elektrik enercisinin istehlakını qeyd etməsi sayğacdan qanunsuz istifadə edilməsinin əyani sübutudur. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı barəsində Akt tərtib edilərək Qürbət Məmmədova məxsus elektrik hesablama sayğacı enercitəchizatı müəsissəsinin əməkdaşları tərəfindən götürüldükdən sonra elektrik hesablama sayğacı 24.07.2021-ci il tarixinə 30 gün ərzində dəyəri 147,69 manat təşkil edən 1641 kvt saat (Pozuntu faktının 09.07.2021-ci il tarixdə aşkar edilməsi nəzərə alındıqda), 26.08.2021-ci il tarixinə 33 gün müddətinə dəyəri 389,52 manat təşkil edən 4328 kvt saat və 27.09.2021-ci il tarixinə 32 gün müddətinə dəyəri 258,48 manat təşkil edən 2872 kvt saat miqdarında elektrik enercisinin istehlakını qeyd etmişdir. Orta aylıq enerci sərfiyyatı 265,23 manat təşkil etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, buna görə də iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, 09 iyul 2021-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” X11 və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X8 rəisi İntiqam Əbilov, baş mühəndis İsmayıl Gözəlov və nəzarətçi mühəndis Əlimədət Bağırlı tərəfindən Ağdaş rayonunun Ləki Qəsəbəsində yaşayan və fəaliyyət göstərən elektrik enercisi istehlakçıları tərəfindən “EEİQ”-na riayət edilməsi vəziyyəti yoxlanılarkən elektrik enercisinin istehlakçısı X10 məxsus ticarət-xidmət obyekti kimi fəaliyyət göstərən “Market № 1”-in elektrik enercisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı obyekti elektrik enercisi ilə təchiz edən elektrik hesablama sayğacını 1 fazlı olduğu halda (M 550 tipli, zavod nömrəsi ********) obyektdə faktiki işlədicilərin gücünün artıq olması və obyektə Ağdaş EŞ-nin “Proqram bazası”nda qeyri-istehlakçı qrupu üzrə **********5 saylı kodla qeydiyyatda olan və X7 məxsus, fəaliyyəti 2015-ci il tarixdən dayandırılmış “Dülgər sexi”-ni elektrik enercisi ilə təchiz edən 3 fazlı DT 86201 tipli, zavod nömrəsi 584516 olan istismara yararsız elektrik hesablama sayğacının quraşdırılaraq enercidən həmin sayğac vasitəsi ilə qanunsuz istifadə edilməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar Enercitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən “X2 Qaydaları”nın tələblərinə uyğun olaraq 09 iyul 2021-ci il tarixli AKT R № 038635 saylı Akt tərtib edilmişdir. Xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçü aparılaraq sayğacdan keçən elektrik enercisinin yükünün 0.48 kvt təşkil etdiyi müəyyən edilmişdir. Sayğaca baxış İddiaçı iştirakı ilə keçirilməsinə baxmayaraq o akta imza etməkdən imtina etmişdir. Onun akta imza etməkdən imtina etməsi barədə enercitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə Aktın müvafiq hissəsində qeydiyyat aparılmışdır. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən İddiaçı barəsində tərtib edilmiş akta əsasən obyektin işləmə saatları nəzərə alınmaqla 180 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 1652,40 manat təşkil edən 18360 kvt miqdarında itirilmiş elektrik enercisi bərpa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir və hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3, 560.3.1 və 560.3.5.2-ci maddələrinin tələbinə görə qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci bəndinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «X2 qaydaları»nın 8.33-cü bəndinin tələblərinə əsasən, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enercitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enercitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enercitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enercisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Enerci təchizatı müəssisəsinin qərarına məişət abonentinin etiraz ərizəsi verməsi onu qoyulmuş müddətdə ödəniş sənədi üzrə elektrik enercisinin haqqını ödəməkdən azad etmir. Məişət abonenti on gün müddətində əlavə ödəniş sənədi üzrə elektrik enercisi haqqını ödəmədikdə, enerci təchizatı müəssisəsi bu qaydaların 8.31-ci bəndinə uyğun olaraq onu elektrik şəbəkəsindən aça bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “EEQ”-in 8.32-ci bəndinə əsasən “Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırılmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik saygacını zədələyərək onu sıradan çıxarılmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enercitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enercisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 01 oktyabr 2021-ci il tarixə qədər qüvvədə olmuş 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan artıq oluqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar uzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC-nin təsisi etdiyi “Mərkəzi Aran”RETSİ-in struktur tərkibində fəaliyyət göstərən X8 əməkdaşları tərəfindən elektrik istehlakçıları tərəfindən X2 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən iddiaçıya məxsus ticarət obyektinin elektrik enercisi ilə təchizatına baxış keçirilən zaman istismara yararsız elektrik hesablama sayğacının quraşdırılaraq enercidən həmin sayğac vasitəsi ilə qanunsuz istifadə edilməsi faktı müəyyən edilərək ona 1652.98 manat borc yazılmışdır. Məhkəmə hesab edir ki, aşkar edilmiş yararsız elektrik hesablama sayğacının quraşdırılaraq enercidən həmin sayğac vasitəsi ilə qanunsuz istifadə edilməsi nəticəsində iddiaçıya hesablanmış borc şişirdilmişdir, belə olan halda cavabdeh tərəfindən hesablanmış 1652.98 manat borc azaldılaraq tələb edilən borcun 1/3 hissəsi məbləğində, yəni 550,99 manat müəyyən edilməli, qalan məbləğ silinməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Mərkəzi Aran” RETSİ-in struktur tərkibində fəaliyyət göstərən X8 əməkdaşları tərəfindən tərtib edilmiş X2 Qaydaları”nın tələblərinə uyğun olaraq 09 iyul 2021-ci il tarixli R038635 saylı akta əsasən hesablanaraq İddiaçı **********31074 saylı abonent koduna vurulmuş 1652.98 manat borcun 2/3 hissəsi-1101.98 manat (bir min bir yüz bir manat, doxsan səkkiz qəpik) borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar