Məhkəmə qərarları › İş №2(014)-2149/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2149/2021

16.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2149/2021 16.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Gözəlova (Həsənova) Ülviyyə Əbülfəz qızı və Söyünova (Həsənova) Xəyalə Əbülfəz qızının maraqlı orqan ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçilər Ərizəçi1, Gözəlova (Həsənova) Ülviyyə Əbülfəz qızı və Söyünova (Həsənova) Xəyalə Əbülfəz qızının maraqlı orqan ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Əmirarx kəndi ərazisində yerləşən 0.80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14, X8, Ərizəçi1, X11 və X6 mülkiyyətinə verilməsinə dair JN-0064 KOD 90304028 torpağa mülkiyyət hüququna dair Dövlət aktının mərhumlar X14 və X7 və ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizə onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarına əsasən 0.80 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0064 kod 90304028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydiyyata alınmışdır. X5 12 fevral 2006-cı ildə Qaraciyər çatışmamazlığı səbəbindən vəfat etmişdir. Ərizəçi2 03 mart 2017-ci ildə ailə həyatı qurub və Gözəlova soyadı götürmüşdür. Ərizəçi3 07 noyabr 2014-cu ildə ailə həyatı qurub və Söyünova soyadı götürmüşdür. X14, X8, Ərizəçi1, Gözəlova (Həsənova) Ülviyyə Əbülfəz qızı və Söyünova (Həsənova) Xəyalə Əbülfəz qızının adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarına əsasən 080 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0064 KOD 90304028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. Həmin JN-0064 KOD 90304028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında anasının adı Limon olduğu halda səhvən “Ləman” kimi qeyd edilmişdir. Hazırda onun JN-0064 KOD 90304028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış yanlışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Gözəlova (Həsənova) Ülviyyə Əbülfəz qızı və Söyünova (Həsənova) Xəyalə Əbülfəz qızına və maraqlı orqan DƏDRX-nın 17 saylı Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, ərizəşilər və DƏDRX-nın 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişlər və işə оnların iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə ərizəçilər və maraqlı orqanın nümayəndəsinin, məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR əMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli **********75 saylı məktubdan məlum olur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-0064 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda hüquq subyektlərinin ad və soyadlarında uyğunsuzluqlar mövcuddur. Belə ki, ümumibirgə mülkiyyət hüququ üzrə hüquq sahibi X1 adı (onun şəxsiyyətini və ya ölmünü təsdiq edən şəhadətnamə) əslində X8 kimi qeyd olunmuşdur. Qeyd edilən düzəlişlərin aparılması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. “Şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 avqust 2019-cu il tarixli AZ-İİ 030737 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 09.08.2019-cu il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Güvəkənd kənd inzibai ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 fevral 2006-cı il tarixli AZ-İ 139091 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 12 fevral 2006-cı il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Güvəkənd Kənd İƏD-si üzrə nümayəndəliyinin 14.09.2021-ci il tarixli, 339 saylı arayışından məlum olur ki, ARDT və XK-sı tərəfindən ona verilmiş JN-0064, kod 90304028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının adlı siyahısında şəxsin mərhum anasının adında texniki səhvlərə yol verilmişdir. Belə ki X9 əvəzinə olmalıdır X8. Odur ki, İn 0064 kod 90304028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktında adlı siyahıda arayışda göstərilən kimi nəzərə alınmağını xahiş edilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:0064 saylı (kod ********) dövlət aktına əsasən X14, X9, Ərizəçi1, X11, X10 Ağdaş rayonun Əmirarx kəndi ərazisində 0.80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 mart 2017-ci il tarixli AZ-İİ 182459 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X12 ilə X11 arasında nikah 03 mart 2017-ci il tarixdə 62 saylı akt ilə qeydə alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Güvəkənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 noyabr 2014-cü il tarixli AZ-İ 992479 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X17 ilə X13 arasında nikah 14 noyabr 2014-cü il tarixdə 11 saylı akt ilə qeydə alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Güvəkənd kənd soveti tərəfindən verilmiş 25 avqust 1986-cı il tarixli Xİ-ЖГ 323952 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X13 29 iyun 1986-cı ildə Ağdaş rayon Əmirarx kəndində anadan olmuşdur. X5, anası X3r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Güvəkənd kənd soveti tərəfindən verilmiş 20 dekabr 1982-ci il tarixli İX-ЖГ 258571 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X11 xx xxxxxx 1982-cı ildə Ağdaş rayon Əmirarx kəndində anadan olmuşdur. X5, anası X3r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Güvəkənd kənd İ/N-yi tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli AZ-T 188003 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1981-ci ildə Ağdaş rayon Əmirarx kəndində anadan olmuşdur. X5, anası X3r. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə Ağdaş rayonu, Güvəkənd ərazisində yerləşən 0.80 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X14, X9, Ərizəçi1, X11, X10 birgə mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN 0064 KOD 90304028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin aktda texniki səhvə yol verilərək ərizəçinin anası X2 əvəzinə səhvən X9 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X14, X9, Ərizəçi1, X11, X6 birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu, Əmirarx kəndi ərazisində yerləşən 0.80 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair JN 0064 KOD 90304028 dövlət aktının X4 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamənin icrası ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə həvalə edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar