Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2150/2021 28.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mən Ağdaş rayon məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, Ərizəçi maraqlı orqan ƏMDK Yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə və maraqlı şəxslər Əhmədova (Rəhimova) Fatma Vahid qızına, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs6 və İsmayılova (Rəhimova) Günəş Vahid qızına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı orqan ƏMDK Yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə və maraqlı şəxslər Əhmədova (Rəhimova) Fatma Vahid qızına, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs6 və İsmayılova (Rəhimova) Günəş Vahid qızına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni Ərizəçi və ailə üzvlərinin, yəni X6, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs6, X4 və X3 adına rəsmiləşdirilmiş JN-021E KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən 0.01 hektar qeyd edilən həyətyanı torpaq sahəsinin 0.20 hektar olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, o xx xxxxxx 1985-ci ildə Ağdaş rayonu, Qolqəti kəndində anadan olmuşdur. X2, anası Maraqlı şəxs3dır. X2 ilə anası Maraqlı şəxs3 rəsmi nikahlarından o anadan olmuşdur. Onun X2, anası Maraqlı şəxs3, qardaşları Maraqlı şəxs2, X5, bacıları Maraqlı şəxs5 və Maraqlı şəxs4 adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-021E KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. X1 03 yanvar 2011-ci il də vəfat etmişdir. Onlara qanuni verilmiş torpaq sahəsinin ölçüsü 0.20 hektar olmasına baxmayaraq həmin JN-021E KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin ölçüsü səhvən ”0.01 hektar” kimi qeyd edilmişdir. Hazırda həmin JN-021E Kod ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə buraxılmış yanlışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmirlər. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkün olduğundan məhkəməyə müraciət edilməsinə zəruriyyət yaranmışdır. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan müəyyən olunur ki, ərizəçilərin qanuni mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 0.20 hektar olmasına baxmayaraq həmin JN-021E KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin ölçüsü səhvən ”0.01 hektar” kimi qeyd edilmiş, hazırda həmin JN-021E Kod ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə buraxılmış yanlışlıqların düzəldilərək torpaq sahəsinin 0.20 ha olması faktının müəyyən edilməsi xahiş edilir. Bu qəbildən olan ərizələrə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi kimi xüsusi icraat üzrə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə deyil, inzibati icraatı qaydasında baxılıb araşdırıldıqdan sonra müvafiq inzibati orqanın imtinası və ya hərəkətsizliyi olduğu təqdirdə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın İİ hissəsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2, 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarın 2 və 4-cü bəndlərində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə, təsvir edilənlərə əsasən hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəçiyə şəhadətnamə yol verilmiş yanlışlığın düzəldilməsi ilə bağlı ƏMDK Yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməsi, inzibati orqanın imtinası və hərəkətsizliyi halında müvafiq iddia növü ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi maraqlı orqan ƏMDK Yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə və maraqlı şəxslər Əhmədova (Rəhimova) Fatma Vahid qızına, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs6 və İsmayılova (Rəhimova) Günəş Vahid qızına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, şəhadətnamə yol verilmiş yanlışlığın düzəldilməsi ilə bağlı ƏMDK Yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə, inzibati orqanın imtinası və hərəkətsizliyi halında isə müvafiq iddia növü ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində ondan Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-2150/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2150/2021
28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver