Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-217/2023 18.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və X2 iştirakı ilə, İddiaçı Cavabdeh və X4, üçüncü şəxs Ağdaş rayon Notariat ofisinə qarşı "daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə, Ağdaş rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh və 3-cü şəxslər Ağdaş rayon Notariat ofisinə və X4 qarşı "daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olub ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evinin və yerləşdiyi 0.05 hektar həyətyanı torpaq sahəsinin üçücü şəxs X4 bağışlanması ilə əlaqədar 09 aprel 2022-ci il tarixdə üçüncü şəxs Ağdaş rayon Notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli 4Ə-279 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma oğludur. Cavabdeh AR AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016cı il qeydiyyat tarixli, **********37-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olub ünvan 2 ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsini və üzərində yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evini Ağdaş rayon Notariat ofisində (keçmiş Ağdşa rayon notariat kontoru) 27 iyul 2016-cı il tarixdə reyestrdı 4Ə-368 nömrə ilə qeydə alınmış “Daşınmaz əmalkın Bağışlanması Müqaviləsi”nə əsasən ona bağışlanmışdır. Məlumat üçün bildirir ki, həmin torpaq sahəsini cavabdehin adına özü alaraq üzərindəki yaşayış evini öz hesabına inşa etdirmişdir. Bağışlanma müqaviləsi dövlət orqanında rəsmiləşdirildiyindən və cavabdeh doğma oğlu olduğundan, həmçinin bağışlanma müqaviləsindən sonra ailə vəziyyəti ilə əlaqədar o müqaviləyə əsasən həmin əmlakı DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsində adına qeydə aldıraraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarış almamışdır.Cavabdeh 09 aprel 2022-ci il tarixdə 2 otaqdan ibarət həmin yaşayış evini və yerləşdiyi 0.05 hektar həyətyanı torpaq sahəsini tam hissədə qardaşı oğlu olan üçüncü şəxs X4 bağışlamışdır. Belə ki, 2021-ci ildə onun ailəsində yaranmış mübahisə zəmninində o həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zamanı cavabdeh ona dedi ki, əgər sən arvadından boşansan bütün əmlakını o cümlədən ona bağışlanan əmlakın yarısı həyat yoldaşına düşəcəkdir. Həmin evi və torpaq sahəsini onun nəvəsi, cavabdehin isə qardaşı oğlu olan üçüncü şəxsə bağışlamağı təklif edərək, ailə mübahisəsinin həll etdikdən sonra həmin mülkün yenidən üçüncü şəxsin ona bağışlayacağını bildirmiş, o oğlunun səmimiyyətinə inanaraq buna razılıq vermişdir. Bundan sonra cavabdeh həmin həyətyanl torpaq sahəsini və üzərində yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evini xx.xx.2021-ci il taridə DƏDKR publik hüquqi şəxsin 17saylı Yevlax ərazi idarəsində təkrar xüsusi mülkiyyət hüququ əsasında öz adına qeydə aldıraraq **********37-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestiondən çıxarış almışdır. Ailə münasibətlərini həll edəndən sonra cavabdehə və üçüncü şəxsə faktiki olaraq özünə məxsus olan həmin əmlakın yenidən ona bağışlanmasını onlara bildirən zaman onlar hər dəfə bir bəhanə ilə bundan boyun qaçırmışlar. Göründüyü kimi Cavabdeh onun xəstə və qocalığından ailə vəziyyəti ilə əlaqədar düşdüyü durumundan sui-istifadə edərək onu aldatmışdır. İddiaçı sonradan ərizə verərək X2 üçüncü şəxs qismində deyil, cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini AR MPM-nin 51.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddia ərizəsi ilə tanışdır, iddianı qəbul edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 və üçüncü şəxs Ağdaş rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh X2 və üçüncü şəxs Ağdaş rayon Notariat ofisinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak eidilməməsi barədə arayışdan məlum olur ki, “daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğvi” mübahisə üzrə xx.xx.2022-ci il tarixində, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə 8 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində pulu İddiaçı tərəfindən ödənmişdir. İş materiallarına əlavə olunmuş 27 iyul 2016-cı il tarixli 4Ə-368 nömrəli Daşınmaz Əmlakın Bağışlama müqaviləsindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 73.9 kv.m fərdi yaşayış evinin və ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə İddiaçı bağışlamışdır. İş materiallarına əlavə olunmuş 9 aprel 2022-cı il tarixli 4Ə-279 nömrəli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 73.9 kv.m yaşayış sahəsi 36.8 kv/m, yardımcı sahəsi 37.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evini və ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə bütövlükdə qardaşının oğlu X4 bağışlamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 6–da ev Cavabdeh adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış fərdi yaşayış evi xx.xx.2022 03:48:31 tarixinə olan məlumata əsasən mıhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. İş materiallarına əlavə olunmuş Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8/132 saylı məktubdan məlum olur ki, Ağdaş RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kartotekasına əsasn sizə məxsus olan ünvan 4 ünvanında Cavabdeh xx.xx.2015-ci il tarixdən, xx.xx.1937-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən Ağdaş rayonu Maşad kəndində, xx.xx.1959-cu il təvəllüdlü X5 xx.xx.2004-cü il tarixdən Ağdaş rayon Maşad kəndində, xx.xx.1994-cü il təvəllüdlü X12 xx.xx.2012-ci il taruxdən Ağdaş rayon Maaşd kəndidnə, xx.xx.1992-ci il təvəllüdlü X16 xx.xx.2008-ci il tarixdən Ağdaş rayonu Maşad kəndində qeydiyyatdadırlar. Bunlardan başqa göstərilən ünvanda qeydiyyatda olan yoxdur. İş materiallarına əlavə olunmuş Ağdaş rayonu Maşad kəndində qeydiyyatda olan İddiaçı tərəfindən verilmiş 9.04.2022-ci il tarixli **********313 saylı ərizədən məlum olur ki, yaşayış yeri üzrə qeydiyyatda olduğu Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********37-10301 reyetsr nömrəli, xx.xx.2021-ci il tarixli elektron çıxarışa əsasən Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 73.9 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin bağışlanmasına razıdır, etirazı yoxdur. İş materiallarına əlavə olunmuş Ağdaş rayonu Maşad kəndində qeydiyyatda olan X6 tərəfindən verilmiş 9.04.2022-ci il tarixli **********314 saylı ərizədən məlum olur ki, yaşayış yeri üzrə qeydiyyatda olduğu Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********37-10301 reyetsr nömrəli, xx.xx.2021-ci il tarixli elektron çıxarışa əsasən Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 73.9 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin bağışlanmasına razıdır, etirazı yoxdur. İş materiallarına əlavə olunmuş Ağdaş rayonu Maşad kəndində qeydiyyatda olan X11 tərəfindən verilmiş 9.04.2022-ci il tarixli **********304 saylı ərizədən məlum olur ki, yaşayış yeri üzrə birgə nikah dövründə əldə etdikləri Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********37- 10301 reyetsr nömrəli, xx.xx.2021-ci il tarixli elektron çıxarışa əsasən Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 73.9 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin bağışlanmasına razıdır, etirazı yoxdur.Bildirir ki, aralarında əmlakın rejimini müəyyən edən hər hansı nikah müqaviləsi bağlanmamışdır. İş materiallarına əlavə olunmuş Ağdaş rayonu Maşad kəndində qeydiyyatda olan X16 tərəfindən verilmiş 9.04.2022-ci il tarixli **********311 saylı ərizədən məlum olur ki, yaşayış yeri üzrə qeydiyyatda olduğu Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********37-10301 reyetsr nömrəli, xx.xx.2021-ci il tarixli elektron çıxarışa əsasən Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 73.9 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin bağışlanmasına razıdır, etirazı yoxdur. İş materiallarına əlavə olunmuş Ağdaş rayonu Maşad kəndində qeydiyyatda olan X12 tərəfindən verilmiş 9.04.2022-ci il tarixli **********303 saylı ərizədən məlum olur ki, yaşayış yeri üzrə qeydiyyatda olduğu Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********37-10301 reyetsr nömrəli, xx.xx.2021-ci il tarixli elektron çıxarışa əsasən Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 73.9 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin bağışlanmasına razıdır, etirazı yoxdur. İş materiallarına əlavə olunmuş Yevlax şəhər VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1964-cü il traixli A3 738518 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh xx.xx.1963-cü il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X7r. İş materiallarına əlavə olunmuş Ağdaş rayon BBAQ şöbəsir tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli V-ЖГ 421689 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətidnənn məlum olur ki, Cavabdeh ilə X8 xx.xx.1991-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarına əlavə olunmuş Yevlax şəhər VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1964-cü il traixli A3 738517 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 xx.xx.1964-cü il tarixdə Nuxa rayonunda anadan olmuşdur. Atası İddiaçı, anası X7r. İş materiallarına əlavə olunmuş Ağdaş şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cü il tarixli XX- ЖГ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 xx.xx.1999-cu il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X3, anası X10r. İş materiallarına əlavə olunmuş Ağdaş RİHB-nin Ağdaş şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1682 saylı arayışdan məlum olur ki, Cavabdeh adına məxsus olan Ağdaş şəhər Y.Nəbiyev küç 2/17 saylı fərdi yaşayıç evində pasport qeydiyyatında heç kim yoxdur. İş materiallarına əlavə olunmuş Ağdaş rayon Məşəd kəndində qeydiyyatda olan X11 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ərizədən məlum olur ki, əri Cavabdeh məxsus Ağdaş şəhər Y.Nəbiyev küç 2/17 ünvanında yerləşən ümumi sahəsi 73.9 kv/m olan fərdi yaşayış evinin və 0.05 ha torpaq sahəsinin bağışlanmasına razılıq vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir(MM-nin 390.4-cü maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bağlanan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilələrin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin olunmalıdır. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh onun doğma oğludur. Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, **********37-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olub ünvan 2 ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsini və üzərində yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evini Ağdaş rayon Notariat ofisində (keçmiş Ağdşa rayon notariat kontoru) 27 iyul 2016-cı il tarixdə reyestrdı 4Ə-368 nömrə ilə qeydə alınmış “Daşınmaz əmalkın Bağışlanması Müqaviləsi”nə əsasən ona bağışlanmışdır. Məlumat üçün bildirir ki, həmin torpaq sahəsini cavabdehin adına özü alaraq üzərindəki yaşayış evini öz hesabına inşa etdirmişdir. Bağışlanma müqaviləsi dövlət orqanında rəsmiləşdirildiyindən və cavabdeh doğma oğlu olduğundan, həmçinin bağışlanma müqaviləsindən sonra ailə vəziyyəti ilə əlaqədar o müqaviləyə əsasən həmin əmlakı DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsində adına qeydə aldıraraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarış almamışdır. Cavabdeh 09 aprel 2022-ci il tarixdə 2 otaqdan ibarət həmin yaşayış evini və yerləşdiyi 0.05 hektar həyətyanı torpaq sahəsini tam hissədə qardaşı oğlu olan üçüncü şəxs X4 bağışlamışdır. Belə ki, 2021-ci ildə onun ailəsində yaranmış mübahisə zəmninində o həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zamanı cavabdeh ona əgər sən arvadından boşansan bütün əmlakını o cümlədən ona bağışlanan əmlakın yarısının həyat yoldaşına düşəcəyini bildirmişdir. Həmin evi və torpaq sahəsini onun nəvəsi, cavabdehin isə qardaşı oğlu olan üçüncü şəxs bağışlamağı təklif edərək, ailə mübahisəsinin həll etdikdən sonra həmin mülk yenidən üçüncü şəxs ona bağışlayacaq deyə bildirdi. O oğlunun səmimiyyətinə inanaraq buna razılıq vermişdir. Bundan sonra cavabdeh həmin həyətyanı torpaq sahəsini və üzərində yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evini xx.xx.2021-ci il taridə DƏDKR publik hüquqi şəxsin 17saylı Yevlax ərazi idarəsində təkrar xüsusi mülkiyyət hüququ əsasında öz adına qeydə aldıraraq **********37- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçı cavabdehə və üçüncü şəxsə faktiki olaraq özünə məxsus olan həmin əmlakın yenidən ona bağışlanmasını bildirən zaman onlar hər dəfə bir bəhanə ilə bundan boyun qaçırmışlar. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının izahatı hadisələrin həqiqi təffərrüatını olduğu kimi çatdırır, daha inandırıcı və ardıcıldır. Belə ki, müqavilənin ilk öncə iddiaçı ilə bağlanması, sonradan həmin əmlakın cavabdehə verilməsi halları iddiaçının söylədiklərini daha ağlabatan edir. Mülki Məcəllə müqavilənin şərtlərini təfsir edərkən müqavilə tərəflərinin həqiqi iradəsini müəyyən etməyi başlıca şərt kimi irəli sürür. Bu zaman bir çox meyarlarla yanaşı, müqaviləyə qədərki, hadisələr zəncirini nəzərə almağı tələb edir. Aldatma yolu ilə bağlanılan Əqdin etibarsızlığının əsas şərti odur ki, aldatma olmasa idi, müqavilə tərəflərindən biri həmin müqaviləni bağlamayacaqdı. İddiaçı onun əmlakın əlində çıxması qorxusu altında daşınmaz əmlak üzərində sərancam verilməsinə razı olmuşdur. Onun həqiqi iradə ifadəsi daşınmaz əmlakın özgəninkiləşdirilməsinə yönəlməmişdir. Müqavilə görünüş üçün bağlanılmış, hüquqi nəticələri yaratmaq niyyəti güdməmiş, özünün də qeyd etdiyi kimi və məhkəmə iclasında müəyyən edildiyi kimi, öz əmlaklarını xilas etmək olmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, daşınmaz əmlakın bağışlama müqaviləsi aldatma yolu ilə bağlanmışdır, əgər iddiaçı cavabdeh tərəfindən aldadılmasa idi, adi şəraitdə həmin müqaviləni bağlamazdı. Bundan əlavə iddiaçı aldadılsa da, aldatma nəticəsində formalaşan iradə ifadəsi də, qüsurlu olmuşdur, həqiqi niyyət daşınmaz əmlakın özgəninkiləşdirilməsi deyil, görünüş üçün bağlanılan müqavilə ilə iddiaçı və cavabdehə məxsus olan daşınmaz əmlakın birgə əmlak kimi bölgü predmeti olmaqdan çıxarmaq olmuşdur. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməlidir Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh (hədiyyə verən) Cavabdeh iddiaçını aldadaraq mülkiyyətində olan daşınmaz əmlakın üçüncü şəxs X4 bağışlanmasına razı saldığından, aldatma olmasa idi, bu razılıq mümkün olmadığından, habelə iddia tələbləri cavabdehlər tərəfindən etiraf edilərək qəbul edildiyindən, iddiaçının tələbi Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən təmin olunmalı, Ağdaş rayon Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli 4Ə-279 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Ağdaş rayon Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli 4Ə-279 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və X1 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-217/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-217/2023
18.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver