Məhkəmə qərarları › İş №2(014)-220/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-220/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-220/2023 15.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə, X5 və qeyrilərinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə, X5 və qeyrilərinəqarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 nömrəli qərarı ilə Ağdaş rayonu Şıxlı kəndindən ona və ailə üzvülərinə J№-0041, KOD 90319018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 5,52 ha torpaq sahəsi verilmişdir. J№-0041, KOD 90319018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət edərək çıxarış alımağı istəyən zaman ona məlum olmuşdur ki, aktın 4-cü adlı siyahısında Ərizəçi adı səhvən X2 qeyd edilmişdir. Bütün sənədlərdə onun Ərizəçi olduğu qeyd edilmişdir. Hətta ailə üzvülərində Əşid adlı birisi olmamışdır. Dövlət aktına düzəliş edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etsə də həmin şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Dövlət aktında qeyd edilən yanlışlığa düzəliş edilməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 nömrəli qərarı ilə J№-0041, KOD 90319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 4-cü adlı siyahısında X9 adına verilmiş 5,52 ha torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə ərizə ünvanlayaraq bildirdi ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 nömrəli qərarı ilə J№-0041, KOD 90319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 4-cü adlı siyahısında X9 adına verilmiş 5,52 ha torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə JN-0041, KOD 90319018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının adlı siyahısında adları qeyd edilən ailə üzvülərinin işə cəlb edilməsini zərurəti yaranmışdır.Qeyd olunanlara əsasən, atası X6, anası X1, qardaşı X3, bacısı Məsimova (Məmmdova) Çinarə Mehri qızının iş üzrə tərəf kimi cəlb edilmələri xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçilərin ailə üzvlərinin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədində ərizəçinin adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X19 da özündən əvvəl ifadə vermiş şahid X14 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 0041 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, X15, X7, X12, X20 və X8 Ağdaş rayonunun Şıxlı kəndindən 5,52 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********51 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Asan Mingəçevir tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA2611997 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1957-ci il tarixdə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmaqla, Ağdaş rayonunun Şıxlı kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № 17612631 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1982-ci il tarixdə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmaqla, Ağdaş rayonunun Şıxlı kəndində qeydiyyatdadır. İşin materiallarında olan Asan Mingəçevir tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA1023792 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1963-cü il tarixdə Ağdaş rayonunun Mürsəl kəndində anadan olmaqla, Ağdaş rayonunun Şıxlı kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA2734811 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1985-ci il tarixdə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmaqla, Ağdaş rayonunun Mürsəl kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi oğu xx.xx.1984-cü il tarixdə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmaqla, Ağdaş rayonunun Mürsəl kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş 04 aprel 1984-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi oğu xx.xx.1984-ci il tarixdə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuş, atası X15, anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, № 292 saylı arayışdan görünür ki, torpağa mülkiyyət hüququna dair Dövlət aktında ərizəçinin adı, soyadı və ata adı “Ərizəçi” əvəzinə “X17” kimi yazılmışdır. Beləliklə, məhkəmə iclasında Ərizəçi izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 29 fevral 2000-ci il tarixli torpağa mülkiyyət huququna dair JN-0041 nömrəli (kod ********) Dövlət aktında texniki səhv olaraq ərizəçinin adı “Rəşad” əvəzinə “Əşid” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 12 saylı qərarına əsasən torpağa mülkiyyət huququna dair JN-0041 saylı (kod ********) Dövlət aktının X15, X7, X12, Ərizəçi oğu və Məsimova (Məmmdova) Çinarə Mehri qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə, X5 və qeyrilərinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 12 saylı qərarına əsasən torpağa mülkiyyət huququna dair JN-0041 saylı (kod ********) Dövlət aktının X15, X7, X12, Ərizəçi oğu və Məsimova (Məmmdova) Çinarə Mehri qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar