Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2221/2021 05.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC Birləşmiş Sukanal MMC Ağdaş Sukanal TSC-nə qarşı Su-kanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC Birləşmiş Sukanal MMC Ağdaş Sukanal TSC-nə qarşı sukanalizasiyadan istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh orqanın Ağdaş Sukanal TSC ilə aralarında bağlanmış təbii su ilə təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii su ilə təmin edilmiş, sərf etdiyi təbii suya görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtlı-vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Ağdaş Sukanal TSC-nin əməkdaşları tərəfindən bugünədək istifadə etdikləri su sərfiyyatından əlavə heç bir məbləğ tələb olunmamışdır. Bir neçə aydır ki, cavabdeh orqan tərəfindən ona əsassız olaraq 285 manat borc hesablanmışdır. Cavabdeh orqandan borcun səbəbini soruşduqda isə ona 5-10 il bundan əvvəlin borcu olduğunu və borcun var ödəməlisən sözündən başqa heç bir söz deyilməmişdir. Ancaq onun 5-10 il əvvəl yaranmış borcuna dair də cavabdeh orqan tərəfindən ona heç bir arayış və akt təqdim edilməmişdir. Ona bügunə qədər də məlum deyil ki, onun 5-10 il bundan əvvəl su borcu nə vaxt və hansı əsasla yaranmışdır. Ağdaş Sukanal TSC rəhbərliyinin əsassız və gülünc cavabı ilə tanış olduqda Ağdaş Sukanal TSC-nin əməkdaşlarının bir çox qanunsuzluqlara yol verdiyi müəyyən olunur. Ən əsası da odur ki, ondan 2011-ci ildən etibarən yığılmış su-kanalizasiya borcu tələb olunur. Bu isə sui-istifadə halına səbəb olmuşdur. Halbuki cavabdeh orqan tərəfindən təbii su və kanalizasiya sistemi ilə 2020-ci ilin yay aylarında təmin olunmuşdur. Həmin tarixdən etibarən də bildirişdə göstərilən məbləği vaxtı-vaxtında ödəmişdir. Hesab edir ki, cavabdehin iddia etdiyi borc məbləği əsassız hesablanmışdır. Odur ki, Ağdaş Sukanal TSC-nin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 285 manat borcun əsassız olduğu, həmçinin iddia müddətinin ötürülməsi səbəbindən ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia rizəsində göstərilənlərə uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı istehlakçı kimi Cavabdeh ASC Birləşmiş Sukanal MMC Ağdaş Sukanal TSC-nin xidmətlərindən istifadə etmiş, təbii su ilə təmin edilmiş, lakin aylıq borcunun cüzi hissəsini ödəmiş, buna görə də borcu yığılmışdır, hesab edir ki, iddia əsassızdır, buna görə də iddianın rədd ediləsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Cavabdeh ASC Birləşmiş Sukanal MMC Ağdaş Sukanal TSC tərəfindən İddiaçı adına verilmiş hesab fakturadan görünür ki, ondan dövr və dövrdən əvvəlki borc da daxil olmaqla 313.49 manat borcun ödənilməsi tələb olunur. Cavabdeh ASC Birləşmiş Sukanal MMC Ağdaş Sukanal TSC-nin rəisi Adil Zakirov tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2016-cı ilə qədər 173.79 manat borcu olmuş, 2017-ci ildə 82.80 manat dəyərində sudan istifadə etmiş, 45 manat ödəniş etmiş, 37.80 manat borcu qalmışdır, 2018-ci ildə 47.25 manat dəyərində sudan istifadə etmiş, 20 manat ödəniş etmiş, 27.25 manat borcu qalmışdır, 2019-cu ildə 110.70 manat dəyərində sudan istifadə etmiş, 105.20 manat ödəniş etmiş, 5.50 manat borcu qalmışdır, 2020-ci ildə 153 manat dəyərində sudan istifadə etmiş, 88 manat ödəniş etmiş, 65 manat borcu qalmışdır, 2021-ci ildə 301.07 manat dəyərində sudan istifadə etmiş, 180 manat ödəniş etmiş, 121.07 manat borcu qalmışdır, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin("Ədalətli məhkəmə araşdırma hüququ") 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşi hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xqsusi hallar zamm ciddi zərurət olduqda mətbuat və ictimayyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2 və 551.2.1-ci maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iclasında arşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsi ilə müəyyən edilmiş beş illik müddət keçdiyi üçün iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC "Ağdaş Sukanal" TSC tərəfindən iş üzrə İddiaçı 2011-2016-cı illər üçün yaranmış 173.79 manat borc tələb edilə bilməz, buna görə həmin illər üzrə İddiaçı öhdəliyinə xitam veriləmli, iddia qalan hissədə əsassız oduğu üçün rədd edilməli, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət hesabına tutulmalıdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC "Ağdaş Sukanal" TSC qarşısında olan 2011-2016-cı illər üçün təbii sudan sudan istifadə görə yaranmış 173.79 manat borcun ödənilməsi öhdəliyinə xitam verilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC "Ağdaş Sukanal" TSCə olan borcu 173 manat 79 qəpik (yüz yetmiş üç manat yetmiş doqquz qəpik) hissədə ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC "Ağdaş Sukanal" TSC-dən 20 (iyirmi) manat dövlət rüsumu tutulraq dövlət hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-2221/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2221/2021
05.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver