Məhkəmə qərarları › İş №2(014)-2224/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2224/2021

01.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2224/2021 01.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC «Ağdaş Sukanal» TSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC «Ağdaş Sukanal» TSC-yə qarşı «su-kanalizasiyasından istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC «Ağdaş Sukanal» TSC-yə qarşı «su-kanalizasiyasından istifadəyə görə qanunsuz hesablanmış borcların ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Ağdaş Sukanal" TSC tərəfindən qanunsuz hesablanmış 178 manat borcun əsassız olduğu, həmçinin iddia müddətinin ötürülməsi səbəbindən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın Ağdaş Sukanal TSC ilə aralarında bağlanmış təbii su ilə təmin edilməsi, ondan istifdə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii su ilə təmin edilmiş, sərf etdiyi təbii suya görə nəzarətçi tərəfindən verilən bildirişdə göstərilən məbləği vaxtlı vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Ağdaş Sukanal TSC-nin əməkdaşları tərəfindən bugündək istifadə etdikləri su sərfiyyatından əlavə heç bir məbləğ tələb olunmamışdır. Bir neçə aydır ki, cavabdeh orqan tərəfindən ona əsassız olaraq 178 manat borc hesablanmışdır. Cavabdeh orqandan borcun səbəbini soruşduqda isə ona 5- 10 il bundan əvvəlin borcu olduğunu bildirmişlər. Ancaq onun 5-10 il əvvəl yaranmış borcuna dair də cavabdeh orqan tərəfindən ona heç bir arayış və akt təqdim edilməmişdir. Onun 5-10 il bundan əvvəl su borcu nə vaxt və hansı əsasla yaranmışdır. Ağdaş Sukanal TSC –nin əməkdaşlarının bir çox qanunsuzluqlara yol verdiyi müəyyən olunur. Odur ki, ondan 2011-ci ildən etibarən yığılmış su-kanalizasiya borcu tələb olunur. Bu isə sui-istifadə halına səbəb olmuşdur. Halbuki cavabdeh orqan tərəfindən təbii su və kanalizasiya sistemi ilə 2020-ci ilin yay aylarında təmin olunmuşdur. Həmin tarixdən etibarən bildirişdə göstərilən məbləği vaxtlı-vaxtında ödəmişdir. Hesab edir ki, cavabdehin idda etdiyi borc məbləği əsassız hesablanmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsini, əsasız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbininin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərsu” ASC-nin "xxxx" MMC-nin “Ağdaş Sukanal” TSC-si tərəfindən verilmiş abonent kodu **********000 saylı abonent kartından məlum olur ki, İddiaçı 2016-ci il üzrə 97.68 manat, 2017-ci il üzrə 67.20 manat, 2018-ci il üzrə 36.3 manat, 2019-cu il üzrə 5.7, 2020-ci il üzrə 54 manat və 2021-ci il üzrə 84.54 manat borcu vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş sukanal sahəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, Ağdaş rayon İ.Millətoğlu küçəsində yaşayan Cəmiyyətinin kompüter bazasında 01.10.2011-ci il tarixdən abonent olan İddiaçı məxsus ünvanın illər üzrə borc dinamikası aşağıdaı kimidir. 2011-ci il üzrə 34.10 manat borc, 2012ci il üzrə 13.50 manat borc, 2012-ci ildə 26.01.2012-ci il tarixdə 3.10 manat, 24.09.2012-ci il tarixdə 10 manat 16.10.2012-ci il tarixdə 3.10 manat yekun olaraq 16.20 manat ödəniş etmişdir 13.50 manat borc qalmışdır. 2013-cü il üzrə 7.20 manat borc, 2014-cü il üzrə 7.80 manat borc, 2015-ci il üzrə 14.40 manat borc, 2016-cı il üzrə 5.80 manat borc yaranmışdır. 2016-cı ilədək abonentin toplam olaraq 82.80 manat su pulu borcu yaranmışdır. 2016-cı ildə X3 keçid zamanı abonentin 82.80 manat borcunun üstünə 14.88 manat dəbbə pulu gəldikdə sonra abonentin borcu 97.68 manat olmuşdur, həmin ildə 20 manat ödəniş olmuşdur yekunda 2016-cı il üzrə 77.68 manat borc qalmışdır. 2016-cı ildədək olan borc dinamikası aşağıdakı kimidir. 2016-cı il üzrə 77.68 manat, 2017-ci il il üzrə 57.20 manat borc, 2018-ci il üzrə 36.30 manat, 2019-cu il üzrə borc yaranmamışdır abonentin ünvanında 2019-cu il üzrə 5.70 manat AZN dəyərində su istifadə olunmuş əvəzində 20 manat ödəniş etmişdir bu o deməkdir ki, ödənişdən artıq qalan 14.30 manat abonentin borcundan çıxılmışdır. 2020-ci il üzrə 54 manat dəyərində su istifadə olunmuş 35 manat ödəniş edilmiş 19 manat borc yaranmışdır. 2021-ci il üzrə 92.34 manat dəyərində su istifadə olunmuş 67 manat ödəniş edilmiş 25.34 manat borc qalmışdır. 14.10.2019-cu il tarixdə abonentin həyətində su xəttinə mexaniki su sayğacı quraşdırılmışdır. Yekun bolaraq yaranmış 201.22 AZN borcun 77.68 AZN hissəsi 2016-cı ildək olan borcdur, 79.20 AZN su sayğacı quraşdırılan tarixədək, 44.35 su sayğacı quraşdırıldıqdan sonra yaranmış borcdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərsu” ASC-nin "xxxx" MMC-nin “Ağdaş Sukanal” TSC-si tərəfindən verilmiş abonent kodu **********000 saylı abonent kartından məlum olur ki, İddiaçı 2011-ci il üzrə 34.10 manat, 2012-ci il üzrə 13.50 manat, 2013-cü il üzrə 7.20 manat, 2014-cü il üzrə 7.80 manat, 2015-ci il üzrə 14.40 manat və 2016-cı il üzrə 5.80 manat borcu vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərsu” ASC-nin "xxxx" MMC-nin “Ağdaş Sukanal” TSC-si tərəfindən verilmiş abonent kodu **********000 saylı abonent kartından məlum olur ki, 05.11.21-ci il tarixə abonentin borcu 201.22 AZN təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin("Ədalətli məhkəmə araşdırma hüququ") 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşi hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xqsusi hallar zamm ciddi zərurət olduqda mətbuat və ictimayyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı ünvan 1 ünvanında “Ağdaş Sukanal” TSC-nin abonent bazasında 05.11.21-ci tarixə borcu 201.22 AZN təşkil edir. Həmin 77.68 AZN hissəsi 2016-cı il tarixədək olan borcdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 AZN, 500 manatdan yuxarı olduqda isə 30 AZN müəyyən edilmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "Ağdaş Sukanal" TSC tərəfindən Ağdaş şəhər, İ.Millətoğlu küçəsi 10-da yaşayan İddiaçı adına (abonent kodu **********000) 2011-2016-cı il tarixinə hesablanmış 77.68 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar