Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-226/2023 30.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və qeyrilərinin maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və qeyriləri maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi1 xx xxxxxx 1957-ci ildə Ağdaş rayonunun Yenikənd kəndində anadan olmuşdur. Onların, yəni Ərizəçi1, X7, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs2 adına Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 6,02 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0067 KOD 90303038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. X7 20 mart 1999-cu ildə ölmüşdür. X1 13 oktyabr 2015-ci il tarixdə X5 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək "Əbdurəhmanova” soyadını qəbul etmişdir. Həmin JN-0067 KOD 90303038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında onun adı və ata adım səhvən “Tofiq Məmmədyar oğlu” kimi, Ərizəçi3 adı və ata adı “Cəmalə Tofiq qızı" kimi, Ərizəçi2 adı və ata adı “Cəlal Tofiq oğlu" kimi qeyd edilmişdir. Həmin qeydiyyat JN-0067 KOD 90303038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış yanlışlıqdır. Hazırda həmin JN-0067 KOD 90303038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış yanlışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Qeyd olunanlara əsasən X7, X8, X13, X19 və Maraqlı şəxs2 adına rəsmiləşdirilmiş JN-0067 KOD 90303038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X4, X7, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Ərizəçi1 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, o, ərizəçi qismində Ağdaş Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, X7, X8, X13, X19 və Maraqlı şəxs2 adına rəsmiləşdirilmiş JN-0067 KOD 90303038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, X7, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 və Ərizəçi3 ərizədə maraqlı şəxs qismində qeyd etmişdir. Həmin mülki iş üzrə maraqlı şəxslər Ərizəçi2 və Ərizəçi3 ərizəçi kimi tanınmasını xahiş etmişdir. Ərizəçi1 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, o, ərizəçi qismində Ağdaş Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, X7, X8, X13, X19 və Maraqlı şəxs2 adına rəsmiləşdirilmiş JN-0067 KOD 90303038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, X7, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs1 ərizədə yanlışlıqla maraqlı şəxs qismində qeyd etmişdir. Həmin mülki iş üzrə Maraqlı şəxs1 maraqlı şəxslər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Ərizəçi3 və maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə digər Ərizəçi3 və maraqlı şəxs Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 və Maraqlı şəxs2 izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, ərizəçilər onun qonşularıdır. Ərizəçi və onun ailə üzvlərinin adına dövlət tərəfindən torpaq verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçilərin adı və ata adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X22 da özündən əvvəl ifadə vermiş şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 0067 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, X7, X8, Maraqlı şəxs2, X19, X9 Ağdaş rayonunun Yenikənd kəndindən 6,02 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********51 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, № 243 saylı arayışdan görünür ki, torpağa mülkiyyət hüququna dair Dövlət aktında ərizəçilərin adı, soyadı və ata adı “X6” əvəzinə “X8” kimi, “Ərizəçi3” əvəzinə “X13” kimi, “Ərizəçi2” əvəzinə “X19" kimi yazılmışdır. İşin materiallarında olan Ağdaş rayon Nemətabad kənd ZDC tərəfindən verilmiş 16 iyun 1957-ci il tarixli, İ-İE № 502206 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 xx xxxxxx 1957-ci il tarixdə Mingəçevir şəhəri Yenikənd kəndində anadan olmuş, atasının adı qeyd olunmayıb, anası isə X3r. İşin materiallarında olan Ağdaş rayon Nemətabad kənd soveti tərəfindən verilmiş 22 fevral 1967-ci il tarixli, AZ № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X15 xx xxxxxx 1967-ci il tarixdə Ağdaş rayonunun Yenikənd kəndində anadan olmuş, atası X23, anası isə X12r. İşin materiallarında olan Ağdaş rayon Aşağı Nemətabad kənd XDS tərəfindən verilmiş 16 iyul 1990-cı il tarixli, V-JQ № 354456 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 ilə X15 16 iyul 1990-cı il tarixdə 16 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Aşağı Nemətabad kənd XDS tərəfindən verilmiş 29 aprel 1991-ci il tarixli, XV-JQ № 459669 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxx 1991-ci il tarixdə Ağdaş rayonunun Yenikənd kəndində anadan olmuş, atası X6, anası isə Maraqlı şəxs2dır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli, № 1796 saylı doğum haqqında arayışdan görünür ki, X11 xx xxxxxxxx 1994cü il tarixdə Ağdaş rayonunun Yenikənd kəndində anadan olmuş, atası X6, anası isə Maraqlı şəxs2dır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 oktyabr 2015-ci il tarixli, AZ-İİ № 047362 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 ilə X11 13 oktyabr 2015-ci il tarixdə 212 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Əbdurəhmanova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli, № 1791 saylı ölüm haqqında arayışdan görünür ki, X7 20 mart 1999-cu il tarixdə Ağdaş rayonunun Aşağı Nemətabad kəndində ölmüşdür. Beləliklə, məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 adı və ata adı Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 21 fevral 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair JN-0067 nömrəli (kod ********) Dövlət aktında texniki səhv olaraq “X6” əvəzinə “X8” kimi, “Ərizəçi3” əvəzinə “X13” kimi, “Ərizəçi2” əvəzinə “X19" kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adı, soyadı və ata adı onların şəxsiyyətini təsdiq edən sənəddəki adı, soyadı və ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli, 03 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-0067 nömrəli (kod ********) Dövlət aktının Ərizəçi1, X7, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və qeyrilərinin maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli, 03 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN-0067 nömrəli (kod ********) Dövlət aktının Ərizəçi1, X7, Ərizəçi2, Ərizəçi3 və Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-226/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-226/2023
30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver